STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Bizə nə üçün etibar edirlər?

STEP IT Academy 1999-cu ildən IT təhsili sahəsində liderdir. Dünyada yüz minlərlə məzunu olan iri bir təşkilatıq. Biz həm uşaqlar həm böyüklər üçün IT təhsili üzrə ixtisaslaşmışıq.

Dərs zamanı ən böyük diqqəti təcrübəyə ayırırıq. Tədris proqramımız hər zaman IT sənayesi ilə uyğunlaşır və mütəmadi olaraq yenilənir. Məzunlarımızın dünyanın ən yaxşı IT şirkətlərinin hissəsinə çevrilməkdə kömək etmək üçün hər zaman ən aktual və ən tələb olunan bilikləri verdiyimizdən əminik.

Uğurumuzun sirri nədədir?

Bizdən tez-tez necə Braziliya, Meksika, Amerika, Kamboca, Gürcüstan, Rumıniya, Bolqarıstan, İsveçrə, Ukrayna kimi ölkələrdə lider olduğumuzu soruşurlar.

Əslində, heç bir sirr yoxdur. Biz əmək bazarında nələrin tələb olunduğunu dəqiqliklə bilirik. Əminik ki, keyfiyyətli IT-təhsil 3 əsas sütun üzərində qurulur: peşəkar təlimçilər, müasir tədris proqramı və düşünülmüş infrastruktur.

Ali IT-təhsil

IT STEP University Bu, Ukraynada ilk lisenziyalaşmış ali IT-təhsil ocağıdır. Tələbələrimiz proqramlaşdırma, qrafik dizayn, şəbəkələr və kibertəhlükəsizlik kimi ixtisaslar üzrə təhsil alırlar.

Biz təcrübəyə üstünlük veririk. Tələbələrimiz ilk həftələrdən real praktiki layihələr üzərində çalışır. Tələbələrimizin startaplarının müdafiəsinə isə IT sənayesindən olan tərəfdaşlarımızı dəvət edirik.

İkinci kursdan etibarən, tələbələrimiz "Dual təhsil" proqramı çərçivəsində təhsil ilə parallel Epam, Eleks, Softserve, Nix Solutions, Sigma kimi aparıcı IT şirkətlərində təcrübə keçə bilərlər. Aralarında ən yaxşıları isə karyeralarını həmin şirkətlərdə davam etdirir.

4

Ukraynada universitet

95К

tələbələr bizimlə təhsil alırlar

<

Orta təhsil

IT STEP School Bu günümüzdə yer alan gələcəyin məktəbidir. Məktəblərimizdə, biz IT texnologiyalarının tədrisə inteqrasiyasına və xarici dillərin dərinləşdirilmiş öyrənilməsinə üstünlük veririk. Ənənəvi fənnlər isə veb-dizayn, proqramlaşdırma, soft-skill inkişafı və biznesin əsasları üzrə dərslərlə birlikdə keçirilir. Dərslər rahat və kompüterlərlə təchiz olunmuş siniflərdə, video-studiyalarda və laboratoriyalarda keçirilir.

Tələbələrimizin ev tapşırqları və imtahanlara hazırlaşmaq ilə problemləri olmur. Tədris prosesi elə qurulub ki, məktəblilər əlavə müəllim və repetitor yanına getmədən, yeni bilikləri bərkitdikləri zaman, həmçinin imtahanlara hazırlaşmış da olurlar. Uşağın hobbiləri və valideynləri ilə ünsiyyəti üçün boş vaxtının olmasını da təmin edirik.

Tədris prosesinə individual yanaşma, uşaqları sevən və onların ideyalarını hər zaman dəstəkləyən peşəkar müəllimlər, təhsil prosesini maksimum effektiv edir.

4

Ukraynanın bütün şəhərlərində məktəblər

95К

tələbələr bizimlə təhsil alırlar

Daha çox öyrənmək üçün

Onlayn məktəb

Unicorn World Virtual School Bu, STEP IT Academy mütəxəssislərinin tərtib etdiyi distant məktəbdir.

Unicorn School-un bir çox digər onlayn məktəblərdən əsas fərqi onun innovativ yanaşması və oyunlaşdırılmasıdır. Biz uşaqları oynamağa dəvət edərək öyrənməyə cəlb edirik. İstənilən dərs, personajlar və maraqlı tapşırıqlarla dolu bir kompüter oyunu şəklində keçir. Yoxlama işi əvəzinə - quest. Qiymətlər əvəzinə isə oyun personajları üçün yeni super güc!. Hansı uşaq oynamaqdan imtina edər ki?

Unicorn School-un nəticələri göstərir ki, "oyun" şəklində keçirilən dərslərin nəticəsində, uşaqlar materialı daha tez və asanlıqla qavrayır.

21

il təcrübə

95К

tələbələr burada təhsil alırlar

Daha çox öyrənmək üçün

Nailiyyətlərimiz

Tələbələrimiz beynəlxalq IT müsabiqələr və yarışmalarda birinci yerləri tuturlar

Tələbələrimiz, dünyanın 106 ölkəsindən 400 000 insanın iştirak etdiyi beynəlxalq Microsoft İmagine Cup çempionatında (Sidney, Avstraliya) qalib gəlmişdirlər. Autodesk şirkətinin müsabiqəsində, "Junior Master" nominasiyasında birinci yeri, Cisco şirkətinin olimpiadalarında isə V və VI yerləri tutmuşdur.

Beynəlxalq "Qızıl Bayt" IT-çempionatının təşkili

2017-ci ildə STEP IT Academy 3 000 000 qriven hədiyyə büdcəsi olan beynəlxalq "Qızıl Bayt" IT-çempionatını təşkil etmişdi. Çempionatın əsas məqsədi gənc mütəxəssisləri innovasiya və biznes ideyaları yaratmağa sövq etmək idi.

Kamboca filialımız IT təhsili sahəsində mükafata layiq görülmüşdü

Kambocadaki STEP IT Academy beynəlxalq "EQUALS in TECH Award 2020" müsabiqəsi çərçivəsində, Kambocada qadınlar üçün ilk proqramlaşdırma klubunun təşkili və inkişafına görə mükafatlandırılmışdı.

Kiçik Kompüter Akademiyası BMT-yə görə dünyanın 5 ən yaxşı layihələri siyahısına daxil olunmuşdur

Kiçik Kompüter Akademiyasının proqramı, UNESCO və ITU-ya görə dünyada insan potensialının inkişafı üçün yaradılmış 5 ən yaxşı layihəsi siyahısında yer almışdır.

Tərəfdaşlarımız

STEP IT Academy-nin filialları IT sənayesinin liderləri olan Microsoft, Cisco və Autodesk şirkətlərinin rəsmi tədris mərkəzləridir. Kursu sertifikatlaşdırılmış təlimçilər keçir. Tələbələr isə, elə tədris zamanı Microsoft, Cisco və Autodesk sertifikatlarını əldə edə bilər.

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat