STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Kənan Cabbarlı

İnci Group of Companies: Dizayner

İstiqamət üzrə məzun:

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Salam mən Kənan Cabbarlı STEP İT Academy-də Dizayn üzrə təhsil almışam, hal-hazırda Qrafik Dizayner olaraq fəaliyyət göstərirəm.

Təhsildən öncə nə işlə məşgul olmusunuz?

STEP Academy-dən öncə kollecdə təhsil almışam.

Təhsil müddətində və ya sonra hansı nailiyyətlər əldə etmisiniz ? 

Təhsil müddətində və ya sonrasında düşünürəm ki, əldə tutulabilən böyük bir nailiyyətim olmayıb.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Bu işdən bəli. İlk gəlirim 2020-ci ildə Synergy Partnershipdə olub.

Belə bir hal olub ki  motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsindən necə gəlmisiz?

Bəli,əlbəttə olub. Motivasiyadan düşəndə həmişə gördüyüm işlərə baxıram və sonra düşünürəm ki, burda dayanacağdımsa, nəyə görə bura kimi gəlmişəm ki?

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Peşəmdə istedad qədər, əzmkarlıq da çox vacibdir. İstedad insanı bir yerə qədər aparar, artıq qalan yolu getməyində kömək əzmkarlıqdır təbii ki.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?

Hal-hazırda İnci Group of Companies'də Dizayner olaraq çalışıram.

Step It həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Step IT mənə yeni şeylər, həyata baxış bucağımı dəyişdirdi. Həyata fərqli rakursdan baxmağı öyrətdi. 

Niyə məhz Step It Academy?

Çünki STEP IT Academy-nın təhsili keyfiyyətlidir və mən bundan razıyam.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Akademiyada təhsil alan və təhsil ilə maraqlananlara onu demək istəyirəm ki, əgər bir şeyi istəyirsinizsə ,nə olur olsun xəyallarınızın arxasıyca gedin, heç vaxt yoruldum deyib dayanmayın, yıxılsanız belə daima davam edin.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti