Necə düşünürsünüz, dizaynerlər sizcə kimlərdir? Nəyə görə onlara dünyada bu qədər tələbat var və nəyə görə bizim ölkəmizdə insanlar bu peşəni buklet və banerlərlə bağlayırlar. Halbuki, dizaynerlərin fəaliyyət sahəsi artıq çoxdan genişlənib. Dizaynerlər, bu məqaləni oxuduğumuz telefon və kompüterin formasından başlayaraq ev, maşın və oyun personajlarının mürəkkəb üçölçülü modellərinə kimi ətrafdakı bütün müasir dünyanı yaradan insanlardır. Biz sizin üçün ümumuyyətlə dizayna qarşı düşüncənizi dəyişəcək 6 aktual dizayner vakansiyasını təqdim etmək qərara aldıq. Ən əsası odur ki, bu açıq vakansiyalar və iş yerləri bizdən elə də uzaq deyil. Biz xüsusi olaraq MDB ölkələrindən sizin üçün vakansiyaları seçmişik ki, gələcəyin çox yaxın olduğunu sizə göstərə bilək.
Vakansiya - 2D Artist (marketing)
Şirkət - Playrix
Şərtlər - uzaqdan (istənilən şəhər) və ya ofis
Namizədə tələblər:
- Photosop proqramını dərindən yiyələnmiş olmalı, Illustrator, Corel Draw, Flash proqramlarını bilməsi də müsbət qarşılanır;
- Kompozisiya prinsiplərini, tipoqrafiyanı, qrafik üslubları və onları tətbiq etmək qabiliyyətlərini bilmək;
- Rəng, məkan və kompozisiya hissinin olması;
- Qarfik planşetdə işləmə bacarığı;
- İstifadə rahatlığı anlamaq;
- Dizayn, veb-dizayn və ya oyunların hazırlanması sahəsi üzrə portfolio;
- Cizgi film üslubunda işləmə arzusu.
Əmək haqqı – göstərilməyib.
Vakansiya – ikonlar üzrə 2D rəssam / dizayner
Şirkət – MagicCraft
Şərtlər - göstərilməyib
Namizədə tələblər:
• Photoshop yüksək səviyyədə
• İnterfeys və ikonlarla iş üzrə təcrübə
• Oyun sahəsinə maraq göstərmək
• Sürətli və keyfiyyətli işləmək bacarığı
• Portfolionun olması
• Test tapşırıq hazırlamağa hazır olsun.
Üstünlükləri olacaq
• UNITY-də iş təcrübəsi
• UI/UX Dizaynda təcrübə
Əmək haqqı – 900 dollara –qədər
Vakansiya - 3D Animator & Rigger
Şirkət – Playrix
Şərtlər – Dünyanın istənilən yerindən sizə uyğun qrafiklə uzaqdan işləmə imkanı;
Namizədə tələblər:
- Oyun və animasiya layihələrində animator və rigger kimi iş təcrübəsi;
- Maya –nı yüksək səviyyədə bilmə;
- Animasiyanın əsas prinsiplərini mükəmməl anlama;
- Öz işinə həvəsli, oyun və cizgi filmlərinə maraqlı olması;
- 3d modelləşdirmə təcrübəsi və anatomiya biliyinin olması da bir üstünlükdür;
- Rəssamlıq üzrə təhsilin olması da xoş qarşılanır;
- Portfolionun olması mütləqdir.
Əmək haqqı – göstərilməyib
Vakansiya - Motion Designer / Kompozer
Şirkət – Lions Media
Şərtlər – Ofis işi
Namizədə tələblər:
- Adobe AfterEffects, Adobe Photoshop, Adobe Illustrator bilikləri
- 3D paketində (Maya, Cinema4D) iş təcrübəsi
- Televiziyada/prodakşnda iş təcrübəsi / ixtisas üzrə ən azı 2 illik təcrübə
- Portfoloi MÜTLƏQDİR (məktuba əlavədə link qoyulsun).
Əmək haqqı – 2 250$ - 2600$
Vakansiya - 3D-modeller / animator
Şirkət – Indium Games
Şərtlər – Ofis işi
Namizədə tələblər:
- Portfolionun olması
- Maya/3D-Max –da işləmə bacarığı
- Zbrush –da işləmə bacarığı
- Substance, Unity 3d.-də iş təcrübəsi böyük üstünlükdür
- Oyunlara olan sevgi və onları hazırlamaq arzusu.
- 3D Studio Max
- 3D Modelləşdirmə
- ZBrush
- Autodesk Maya
Əmək haqqı – 850$
Vakansiya - 3D-dizayner
Şirkət – RAVAK
Şərtlər – Ofisdə iş
Namizədə tələblər:
Qrafik proqramları üzrə biliklər (3d max, Corel, Photoshop, InDesign)
-
Keyfiyyətli layihələr yaratmaq və onlarla işləmə arzusu
-
Kreativlik
-
Müəyyən edilmiş müddətdə işi yerinə yetirmək
-
Portfolionun olması – MÜTLƏQDİR
Əmək haqqı – 1200$
Düşünürük ki, kompüter qrafikası və dizayn ixtisasının nə dərəcə əhəmiyyətli və yüksək maaşlı olduğunu anlamaq üçün bu 6 vakansiya tamamilə kifayət edir. Siz zamanın nəbzini tutmaq, maraqlı və yüksək əmək haqqı ilə işə sahib olmaq istəyirsinizsə o zaman yuxarıda sadalanan tələbatların əksəriyyətinə nail olacağınız Kompüter Qrafikası və Dizayn üzrə peşəkar təlim kursuna yazılmağa tələsin. Uğurlar!