STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Veb sayt və ya sosial şəbəkələr üçün infoqrafika necə yaradılır

Rəqəmsal Dizayn

17.01.2024

447 blog_count_views_5_9_11_14

 

İnfoqrafiya məlumatları daha asan formada təqdim edir: həmkarlar və menecerlər üçün hesabat, auditoriya üçün məqalənin xülasəsi və ya reklam təklifi - hədəf kütlə və ya digər reklamlar üçün.

Bu məqalədə sizə infoqrafikanın nə olduğu və onların necə yaradılacağı haqqında danışacağıq. Yaxşı infoqrafikanın, qeyri- dəqiq məlumatlı, illüstrasiyasız və şəkilsiz infoqrafikadan: nə ilə fərqləndirdiyinə də baxacağıq.

İnfoqrafika nədir

İnsanlara məlumatlar maraqlı deyil: ensiklopediyaları və ya gəlir hesabatlarını oxumaq üçün vaxtları məduddur. Nəticələri və əsas məqamları başa düşmək daha vacibdir. Buna görə də insanlar məlumatları digər insanlar: rəhbərlik, həmkarlar və ya hədəf auditoriyası üçün sadələşdirir:.

İnfoqrafika - məlumatı dəstəkləyici məqamlar, şəkillər və rənglər vasitəsilə təqdim etmək üsuludur. İnfoqrafika idman zalına getmək və ya mağazaya getmək üçün cədvəl də ola bilər.

İnsanlar biznesdə, sosial şəbəkələrdə, mühasibatlıqda və İT sahələrində də infoqrafika ilə işləyir. Məsələn, ensiklopediyalar çoxlu məlumatı bir vərəqə sığdırmaq üçün rəngli diaqramlardan istifadə edirlər.

     

İnfoqrafikanın məqsədi başqa bir insanın məlumatı qavramasını asanlaşdırmaqdır. Hətta limfa sisteminin düyünləri kimi, ən mürəkkəb olanları da. İnsanlar gündəlik həyatda infoqrafika ilə qarşılaşırlar.

Piyada keçidlərində, metro xətlərində və ya hava limanlarında olan işarələr infoqrafik nümunələridir.

                                   

 

İndi infoqrafika sadələşdirilib: onlar şəhər xəritəsi olmadan da başa düşülə bilər: çünki artıq daha böyük və aydın şəkildə dizayn olunur. Bunu başa düşmək daha asandır: məsələn, siz «Traktorny zavod» stansiyasında olan bir şərnişinsiniz. Siz, yaşıl xətt üzrərində yerləşən «Alekseyevskaya» stansiyasına çatmaq üçün, «Sportivnaya» stansiyasına getməli və yaşıl xətt üzrə hərəkət edən qatara minməlisiniz.

Əgər metroda şəkil yox, mətn bələdçisi olsaydı, onu başdan oxumaq vaxt aparardı. Bu, əlbəttə şəhər sakinlərini narahat etmir. Onlara marşrutla şəkilsiz hərəkət etmək çox tanışdır. Ancaq turist bu təlimatı oxuyarkən yolun itirə bilər. Və ya oxumağa vaxt itirərək, gecikə bilər.

İnfoqrafika illüstrasiya və mətndən bu cür fərqlənir. İnfoqrafika problemi müstəqil şəkildə həll edə bilər: məsələn, şirkət hesabatında əsas olan məlumatlr, metro xətlərini və ya orqanizmin strukturunu sadə sözlərlə və ya müqayisələrlə izah edə bilir.

Mətn materialını tamamlamaq üçün illüstrasiyalardan istifadə olunur. Məsələn, bu məqalədə infoqrafika - illüstrasiyalardır. Onlar başqa məqsədlər üçün də istifadə edilir: mətni genişləndirmək, oxumağı asanlaşdırmaq və bir nümunə göstərmək.

Əgər mətni silib, şəkilləri saxlasanız, məqalə mənasını itirəcək. Amma giriş hissə və 100 səhifəlik hesabatı olmayan bir infoqrafik olsa da, əsas tam olaraq aydın olar, çünki infoqrafika düzgün tərtib olunub.

İnfoqrafika hansı problemləri həll edir?

İnfoqrafikanın məqsədi oxucuya fayda verməkdir. Fayda isə şəklin, mətnin və hədəf auditoriyanın məqsədlərindən asılıdır. Burada insanlar üçün və biznes üçün: bəzi tapşırıq nümunələri verilmişdir.

Vaxta qənaət edir. Məlumatların vizuallaşdırılması hesabatları, cədvəlləri və diaqramları aydın sxemlərə çevirir. Bu, məsələn, maliyyə və ya analitik jurnallarda daha çox faydalıdır – hətta əgər oxucu terminologiya və ya statistikada barəsində məlumatsız olsa belə, əsas fikri başa düşəcək.

İnfoqrafika həmkarlar və rəhbərlik üçün də vaxta qənaət edir. Məsələn, gəlir hesabatının təqdimatında. Yüz səhifəni təkar etmək səhv hesablamalara səbəb ola bilər: auditoriyanın diqqəti yayına və vacib məqamları qaçıra bilər. Bu zaman nəticə istədiyiniz kimi başa düşülməyəcək.

İnfoqrafika böyük hesabat məlumatlarını əsas məqamlarla əvəz edir. Sadəcə bir şəxs nə istədiyini göstərir. Digərləri isə, bunun nəticəsində təqdimatlara və söhbətlərə çox vaxt sərf etmirlər.

Nəticələr və əsas məlumatlar - hazır hekayədən ibarətdir. Əgər infoqrafika menecerin diqqətini cəlb edərsə, hesabatı başdan sona qədər oxuyacaq.

Pula qənaət edir. Müəssisələrin infoqrafika üçün daha az ödəniş etdiyi nümunələr də var. Məsələn, IKEA kompaniyası infoqrafikası kimi. Burada şəkillər mebelin necə yığılacağını göstərirdi.

Reklamlardan auditoriya bunları öyrənir: məhsulun/xidmətin nə olduğunu, kim üçün olduğunu, faydalarının nə olduğunu və məhsul haqqında daha çox təfərrüatları almaq və ya öyrənmək üçün nə etmək lazım olduğunu.

Reklam seçimi auditoriyanın və onun ehtiyaclarından asılıdır. Şəkildəki nümunə şirkəti və məhsullarını tanıyanlar üçün faydalıdır. İnfoqrafikanın isə məqsədi qəhvədəmləyənlər və digər avadanlıqların alınmasının indi sərfəli olduğunu göstərməkdir.

Mürəkkəbliyi sadə dildə izah etmək. Statistikanı paylaşmaq işin yarısıdır. Siz həmçinin, onun yadda saxlanəlmasını, paylaşılmasını və başqalarına danışılmasını da təmin etməlisiniz. Və ya gigiyena qaydaları kimi – bunu həyatın bir parçası olaraq tətbiq etməlisiniz.

Bu vizual-təqvim bir insanın paltarları yuyucuya atmaqdan: daha çox şey etməli olduğunu xatırladır. İnfoqrafika - insanı yataq dəstindən istifadə edərkən və çarpayıda yatarkən hansı təhlükələrin gözlədiyini də izah edir.

Bundan əlavə, yastıqları, döşəkləri və yorğanları hansı sıxlıqla təmizləmək lazım olduğuna dair: ipuclarının olduğu bir təqvim daxil edilmişdir.

Sosial reaksiyaya yaratmaq. İnsanlar məqalələrdən daha çox infoqrafika paylaşırlar - çünki bir məqaləyə 20 dəqiqə vaxt sərf etməkdənsə, nəticə və ya faydalı məsləhətləri bir şəkildə görmək daha sürətlidir. Buna görə də, insanlar nəticəni bir təsvirdə görməyə,onu saxlamağa şərh etməyə daha çox meyllidirlər.

Budur bir arbitraj lüğəti nümunəsi. Hər kəs bir məqalədə və ya uzun bir mətndə gizlədilmiş terminologiya və nümunələri araşdırmaq üçün vaxt ayırmağa istəkli olmur. Xüsusilə də, sosial şəbəkələrdə insanlar öyrənməyə daha az meyllidirlər. Onlar bunu daha çox əylənmək üçün istifadə edirlər.

Yoxlama siyahısı hazırlayıb, bunu infoqrafika kimi təqdim etsəniz, şirkətdə sosial reaksiya yarana bilər. İnsanlar bu cür materialları öz divarlarından asır və müştərilərə iş standartı kimi təqdim edirlər.

Maksim Dorofeyevin «Jedi Texnikaları» kitabından bir nümunə. Bu texnika və sxemlər İT sahəsində də istifadə olunur və əlbəttə bunula da bitmir. Eyni zamanda onlar kitabdan ekran təsvirləri götürüb: təlimat və xatırlatma kimi divardan asırlar.

Effektiv infoqrafika necə hazırlanır

Biz sizə redaktor kimi infoqrafika üzərində necə işləməyi göstərəcəyik: ideyadan mətnə və dizayna qədər. Tapşırığın yerinə yetirilməsinə mane olan bəzi addımlar keçə bilərsiniz.

Məsələn, IKEA kimi təlimatlar üçün mətni keçib, ideya və təsvirlər üzərində işləyə bilərsiniz.

Yoxlama siyahısı: infoqrafikanı necə yaratmaq olar

Hədəf auditoriyanı müəyyən etmək və onları nəyin maraqlandırdığını öyrənmək.

İnfoqrafikanın faydalarını müəyyənləşdirmək.

Auditoriya üçün faktlar və nümunələr kimi detallar toplamaq.

Sübutlar toplamaq - niyə infoqrafikaya etibar etmək olar: mənbələr, ekspert rəyi.

Lazım gələrsə, metafora və müqayisələrlə nümunə göstərmək.

Mətni yazmaq.

Prototip və eskiz yaratmaq.

İnfoqrafikada məqsədli şəkildə mətn istifadə edilməyib. Şirkət demək olar ki, bütün dünyada fəaliyyət göstərir. 70 ölkə və 10-dan çox dil üçün mətn təlimatlarını çap etmək, kağıza, çapa və tərcüməçilərə çox pul xərcləmək deməkdir.

IKEA isə bunu sadələşdirdi - onlar mətnsiz infoqrafika yaratdılar. Bu da o deməkdir ki, Ukraynada, Böyük Britaniyada və ya Yaponiyada olan insanlar mebel yığmağı tam olaraq başa düşəcəklər.

Lego da mətnli infoqrafika hazırlasa idi, tərcümələrə və çapa çox pul xərcləməli olardı.

Oxucunu məhsul/xidmət haqqında daha çox öyrənməyə cəlb etmək lazımdır. İnfoqrafikanı reklam üçün də istifadə etmək olar. Buna misal olaraq sosial şəbəkələrdə verilən reklamları göstərmək olar. Onlar həm də infoqrafikanın vəziflərinin əvəz edirlər - məhsulu göstərmək, məlumatların xülasəsini vermək və onu sadələşdirmək.

Bir üslub seçmək.

İnfoqrafiyanı dizayn halında birləşdirmək.

Hədəf auditoriyasını tanımaq. Əgər insan öz auditoriyasının kim olduğunu və onları nəyin maraqlandırdığını başa düşərsə, infoqrafikada nələrin göstərilməli olduğunu bir araya toplaya bilər.

Hədəf auditoriyasını başa düşmürsənsə, bu təsadüfi işləyirsən deməkdir. Bu, kiməsə allergiyası olduğu yeməyi gətirməyə bənzəyir. Ən yaxşı nəticə qərarların başa düşülməməsi olacaqdır. Ancaq mənfi şərhlər, tənqidlər və qalmaqallar problem olmağa başlasa: bu daha pis nəticə deməkdir.

İnfoqrafikanıza kimlərin ehtiyacı olduğunu bir kağız parçasına yazın. Analar üçün - körpəni necə qundalayacağına dair bir şəkil; dizaynerlər üçün - dizayn yoxlama siyahısı və ya qaydanın izahı; rəhbər üçün - şöbənin işinin nəticələrini, gəlirini və ya risklərini göstərəcək hesabat haqqında məlumat. Hər şey infoqrafikanı kimə göstərəcəyimizdən asılıdır.

Əlverişli və faydalı hərəkətləri öyrənmək. İnsanlar onlara maraqlı və faydalı olanı oxuyur və izləyir. Buna görə də, bir şirkətin nailiyyətləri və ya işçinin iş təcrübəsi haqqında infoqrafika, auditoriyaya dəyər vermədikdə təsir edici olmayacaqdır.

Buna görə də infoqrafikanın faydalı təsiri haqqında düşünmək vacibdir. Məsələn, bu resept infoqrafikasını nəzərdən keçirək:

Auditoriya - sosial şəbəkələrdə qadınlardır.

İnfoqrafikaya baxmaq nə üçün daha əlverişlidir? Fasilə verməyə ehtiyac olmadığı üçün: bu videolardan daha sürətlidir. Şəkildə hər şey göstərilir.

Faydalı olan addım - yeməyi necə bişirməyi öyrətmək, pəhrizin şaxələndirilməsinə kömək etməkdir. Auditoriyanın diqqətini cəlb etmək lazımdır ki, infoqrafika yadda saxlanılsın və dostları ilə paylaşılsın.

«Qarmaqlar» seçmək. Qarmaq - infoqrafikaya baxarkən auditoriyanın anlayacağı məqamdır. Bu bir  resept belə ola bilər:

«Soyuducudakı inqrediyentlərdən istifadə edərək lazanya hazırlayaq» kimi bir başlıq. Mağazaya qaçmağa ehtiyac yoxdur, məhz buna görə də bu başlıq hər kəsə maraqlıdır.

Pişirmə vaxtı. İnsanlar məşğuldur və 5-15 dəqiqə ərzində hazır olan yeməklər auditoriya tərəfindən daha çox yaddaşda saxlanılır.

Nəticə. Məsələn, «Qayınana və həyat yoldaşı sevinəcəklər».

Şirkət infoqrafikasında qarmaqlar rəqəmlər və ya nəticələr ola bilər. Məsələn, «Bu alət növbəti rübdə satışları 15% artıracaq» və ya «Time-management kurslarını əlavə etsək, işçilərin diqqəti yayındıqda şirkət 1000 saata qədər vaxta qənaət edəcək» kimi bir nüans.

Reklamda məhsulun, tanıtımın auditoriyasını və ya xüsusiyyətlərini qeyd etmək lazımdır. Məsələn, vaxt azlığını vurğulamaq olar: «Sadəcə 24 saat üçün gödəkçələrdə endirimlər». 

Sübutları və mənaları toplamaq. Hesabat üçün - rəqəmlər, auditoriyanı maraqlandıran məqamlar, nümunələr və nəticələri toplamaq lazımdır.

Reklam üçün - məhsul haqqında məlumat və təklifin nə üçün sərfəli olduğu.

Reseptlər üçün – məhsulların siyahısı və bişirmə prosesi.

Müqayisə və metafora düşünmək (istəyə bağlıdır). Maliyyə statistikası kimi mürəkkəb elementləri ilk baxışdan başa düşmək çətindir. Məhz bu məqsəd üçün də sadələşdirmələr istifadə edilir.

İnfoqrafiyada hər şey aydındırsa, metaforalar məlumatı başa düşməyi çətinləşdirəcək. Bu, borş reseptinə «təmizlik pərisi kimi bişir» cümləsini əlavə etmək kimidir - əlbəttə əyləncəlidir, lakin məlumatsızdır.

Mətn yazmaq. Bu mərhələnin vəzifəsi sübutları, nümunələri və müqayisələri ardıcıl mətn halına gətirməkdir. Bəzən heç bir şey icad etməyə ehtiyac yoxdur: sadəcə hesabatdan cümlələr götürmək kifayətdir. Və ya reseptin mətnini yenidən yazmaq lazımdır.

Çox vaxt infoqrafikaya daha çox material əlavə etməyə çalışırılır: siyahılar, cədvəllər, mətnlər, qrafiklər. Bu, şəkli həddən artıq yükləyir - nəyisə ayırmaq və birləşdirmək mümkün olmur.

Buna görə də, bunu bir hekayə formatında yazmaq lazımdır. Bir reseptə başladığınız zaman – o yeməyin tarixi və ya onun həvəskarları haqqında yazmaq lazım deyil. Tərkibləri və bişirmə prosesini əlvə etmək lazımdır. Eyni məqam korporativ infoqrafikaya da aiddir: bir şəkil - bir hekayə. Yaxud bir reklamda: infoqrafika – tək bir şey satmaq, tək bir təklif.

Prototip yaratmaq. Bu mərhələdə rəng və şəkillər əlavə etsək - daha çox vaxt itirmiş olarıq. Çünki növbəti mərhələlərdə rəngin uyğun olmadığı, şəkli dəyişdirmək və ya mətni dəyişdirmək lazım olduğu ortaya çıxa bilər.

Prototip yaratmaq çətindirsə, Rendi Kramın «İnfoqrafika. Məlumatların vizual təqdimatı» adlı kitabında olan infoqrafika düsturlarından istifadə edin. Bu bir eklam və ya hesabat üçün də uyğun ola bilər.

Prototipdə vurğu istifadə olunur - nə daha çox olacaq, nə daha az olacaq; yuxarıda nə yerləşdirmək lazımdır, düyməni harada quraşdırmaq lazımdır və s. kimi. Maket, mətn və qara-ağ kvadratlar dəstindən ibarət olur. Daha sonra şrift və üslub əlavə edilir.

Prototip mərhələsində səhvlər üzə çıxacaq. Əgər mətn çox olarsa, o qısaldılmalıdır. Və ya məzmun vacibdirsə və tamamını yerləşdirmək mümkün deyilsə, bu zaman başqa bir təsvir seçilməlidir. Əgər mövzu-bəhs rənglər və bitmiş şəkillərdirsə - geri qayıdıb üzərində daha çox işlənməlidir.

Bir üslub seçmək. Rənglər qrafikanın ön plana çıxmasını təmin edir. Məsələn, bir şəxs sosial şəbəkələrdə reseptlər hazırlayırsa, auditoriya təsvirin üslubunu daha çox yadda saxlayırlar: fon, şrift, şəkillər və s. Əgər onlar kanala və infoqrafik məzmuna güvənərlərsə, növbəti məqaləni açıb oxumaq daha asan olacaqdır.

Bir şəxs infoqrafika şəklində hesabat hazırlayırsa - şirkətin korporativ üslubunun elementlərini istifadə edə bilər: məsələn, veb saytdan loqo və şriftləri götürmək, təqdimatlardan rəng əlavə etmək. Bunun nəticəsində isə, rəsmi sənəd və hesabatın tətbiqini əldə edir.

Bunu özünüz üçün etsəniz, ağ-qara bir sxemlə də edə bilərsiniz.

Dizaynda birləşdirmə. Son mərhələdə dizayner prototipə baxır və infoqrafikanı yekunlaşdırır. Fiqurların yerinə şəkillər yerləşdirir. Qara və ağ hissələr infoqrafikanın rəngləri və ya şirkətin korporativ üslubu ilə əvəz olunur.

Qrafik redaktor (Photoshop, Figma) infoqrafika üçün uyğundur. Əgər sizin üçün deyilsinizsə, hətta PowerPoint-də də infoqrafika yarad bilərsiniz.

Haradan başlamaq və haradan ilham almaq lazımdır

Dan Roem-in «Vizual Düşüncə» adlı kitabı - vizual təfəkkürün əsaslarından bəhs edir: misal olaraq, sadə təsvirlər vasitəsilə mürəkkəb mətni necə təqdim etmək lazımdır. Kitab heç vaxt qələm tutmayan və qrafik redaktorlara sevməyənlər üçün belə vizual düşünməyi öyrədəcək.

«İnfoqrafiya. Məlumatların vizual təqdimatı» - Rendi Krama. Müəllif kitabda müxtəlif sahələrdə infoqrafikanın vəzifələrini, düsturlarını və texnikalarını - məlumatı necə təqdim etməyi və infoqrafikanın təkmilləşdirilməsindən bəhs edir.

Rendi Kramanın Cool Infographics layihəsi - sayt tərkibində müxtəlif sahələrdən: reklam, maliyyə, ekologiya, ticarətdən infoqrafika nümunələri toplayıb. Müəllif infoqrafikada nəyin səhv olduğundan və işi necə təkmilləşdirməkdən bəhs edir.

Biznes üçün infoqrafika hazırlamaq və pul qazanmaq istəyirsinizsə, IT STEP-də «Rəqəmsal Dizayn» kursuna yazılın. Verilən linkə daxil olaraq proqramın təsviri və təlim cədvəli ilə tanış ola bilərsiniz.



Müəllif::

IT STEP Academy

Rəqəmsal Dizayn

İnteryer dizayner olmaq üçün nə bilmək lazımdır

Görünür, loft və xaytek üslubunda olan gözəl mənzillərin və ya kovboy üslubunda olan restoranların arxasında, yalnız dizaynerin yaradıcılığı, gözəlliyi və zövqü gizlənir. Əsas olan, insanlar dizaynı bəyənməsi, restoranın fotoşəkillərini instaqramda paylaşması və barmenin bar arxasında rahat kokteyl hazırlamasıdır - bunun üzərində işləyən şəxs isə interyer dizayneridir. Bu məqalədə interyer dizaynın nə olduğunu və başqalarını minimalizm, avanqard və ya yüzlərlə başqa üslubla necə sevdindirə biləcəyiniz barədə danışacağıq. İnteryer dizayner kimdir İnteryer dizayneri - gələcək təmir və binaların tikintisi üçün planlar yaradan mütəxəssisdir. Bu, restoran, kafe, kovorkinq mərkəzi, ofis, mənzil və ya biznes mərkəzi üçün olan plan ola bilər. Dizayner otağın daxili dekorasiyasə haqqında düşü

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Kibertəhlükəsizlik-bu çətindir? Amma yox!

İnternet təhlükəsizliyi qaydaları-etibarlı antivirus yükləmək və quraşdırmaqdan daha çoxudur. Kibertəhlükəsizlik üzrə mütəxəssisin IT STEP Kompüter Akademiyasında kurslarda nə öyrətdiyini öyrənin Təhlükəsizlik proqramını yaradın 2015-ci ildə proqramçılar Wired jurnalı üçün eksperiment bir aparıblar. Səbəb istənilən sistemin haker hücumlarına qarşı zəif olduğunu göstərməkdir. Hərəkətdə olan bir avtomobil kimi böyük və mürəkkəb bir cihaz belə. Hakerlər Jeep Cherokee markalı avtomobilin bort kompüterinə hücum ediblər. Sistemə girdilər, kondisioneri və şüşə silənləri işə saldılar. Sonra da avtomobili yolda saxlayaraq mühərriki tamamilə söndürdülər. Eyni zamanda, mütəxəssislər həmin vaxt Jeep-dən bir neçə kilometr aralıda olublar. Təcrübə uğurlu alındı,

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb sayt və ya sosial şəbəkələr üçün infoqrafika necə yaradılır

  İnfoqrafiya məlumatları daha asan formada təqdim edir: həmkarlar və menecerlər üçün hesabat, auditoriya üçün məqalənin xülasəsi və ya reklam təklifi - hədəf kütlə və ya digər reklamlar üçün. Bu məqalədə sizə infoqrafikanın nə olduğu və onların necə yaradılacağı haqqında danışacağıq. Yaxşı infoqrafikanın, qeyri- dəqiq məlumatlı, illüstrasiyasız və şəkilsiz infoqrafikadan: nə ilə fərqləndirdiyinə də baxacağıq. İnfoqrafika nədir İnsanlara məlumatlar maraqlı deyil: ensiklopediyaları və ya gəlir hesabatlarını oxumaq üçün vaxtları məduddur. Nəticələri və əsas məqamları başa düşmək daha vacibdir. Buna görə də insanlar məlumatları digər insanlar: rəhbərlik, həmkarlar və ya hədəf auditoriyası üçün sadələşdirir:. İnfoqrafika - məlumatı dəstəkləyici məqamlar, şəkillər və

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb dizayneri - peşə haqqında və necə olmaq barədə hər şey

Veb saytlar yaratmaq istəyirsinizsə, lakin kod yazmaq Everest dağına qalxmaq və ya paraşütlə tullanmaq kimidirsə, veb-dizayner peşəsinə daha yaxından nəzər salın. Onun veb-saytların yaradılmasında əli var: proqramlaşdırma və ya rəsm texnikası olmadan. Veb dizayneri nə edir? Veb dizayneri bir komandada veb saytlar və mobil proqramlar yaradan İT mütəxəssisidir. O, açılış səhifələri (landing page), çox səhifəli vebsaytlar, onlayn mağaza maketləri və veb proqramları yaradır. Netflix və ya Rozetka veb saytının dizaynı veb-dizaynerin işidir.       Tutaq ki, biz OLX-də velosiped satırıq. Mesaj lövhəsini tapmaq üçün brauzerə keçin və axtarış çubuğuna «internet-marketpleys» və ya «OLX» daxil edin. OLX veb-saytını axtarış sistemində tapmaq bizim üçün vacibdir. Siyahının birinci sətri olsa daha yaxşıdır. Enter düyməsini ba

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti