STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

İnteryer dizayner olmaq üçün nə bilmək lazımdır

Rəqəmsal Dizayn

30.01.2024

464 baxış

Görünür, loft və xaytek üslubunda olan gözəl mənzillərin və ya kovboy üslubunda olan restoranların arxasında, yalnız dizaynerin yaradıcılığı, gözəlliyi və zövqü gizlənir. Əsas olan, insanlar dizaynı bəyənməsi, restoranın fotoşəkillərini instaqramda paylaşması və barmenin bar arxasında rahat kokteyl hazırlamasıdır - bunun üzərində işləyən şəxs isə interyer dizayneridir.

Bu məqalədə interyer dizaynın nə olduğunu və başqalarını minimalizm, avanqard və ya yüzlərlə başqa üslubla necə sevdindirə biləcəyiniz barədə danışacağıq.

İnteryer dizayner kimdir

İnteryer dizayneri - gələcək təmir və binaların tikintisi üçün planlar yaradan mütəxəssisdir. Bu, restoran, kafe, kovorkinq mərkəzi, ofis, mənzil və ya biznes mərkəzi üçün olan plan ola bilər.

Dizayner otağın daxili dekorasiyasə haqqında düşünür: hansı mebelin hansı üslubda quraşdırılacağı, tavanlardakı künclərin necə hamarlanacağı və tavanın hansı rəngdə boyanacağını. Eyni zamanda otağı genişləndirmək və daha çox şkaf yerləşdirmək üçün daxili divarın  hansı hissədən yıxılacağını düşünməlidir.

                     

İnteryer dizaynı təkcə gözəllik, üslub seçimi və ya rənglərin birləşməsindən ibarət deyil. Bu, praktikliklə (erqonomika), planların qanunlara uyğunluğu ilə və otağın dizaynı ilə də bağlıdır. Səhvlərə yol verməmək üçün bütün bunları yadda saxlamaq lazımdır. 

Dar bir mənzildə geniş bir şkaf quraşdırsanız, koridor və ya digər mebel üçün kifayət qədər yer olmaya bilər. Bu cür dizayn müştərilər üçün əlverişsiz olacaq.

Dizaynerin planına görə, divarın sökülməsinə ehtiyac var. Amma qanuna və tikinti qaydalarına görə, bu mümkün deyil, çünki evin strukturu zəifləyəcək. Belə bir planla inşa etmək mümkün olmayacaq.

Mətbəxdə parlaq plitələr quraşdırsanız və ev sahibi təmizlik xidməti sifariş etməzsə və ya mənzil təmizlənməsə, plitələr tez xarab olacaq. Bu cür dizayn müştrəinin pulunu israf edəcək, eyni zamanda fayda da verməyəcək.

İnteryer dizaynerinin işi - təfərrüatları düşünməkdir ki, dizaynerin özünüə, inşaatçılara, sifarişçiyə və qanun qaydalarına uyğun olaraq yaxşı dizayn əldə olunsun. Bütün bunlar nəzərə alınarsa və müştəri bəyənərsə, bu, keyfiyyətli bir interyer dizayn ola bilər.

Dizayner ev tikmir və təmir etmir. Bunu digər mütəxəssislər edir. Məsələn, tikinti briqadası və ya usta interyer dizaynerindən fotoşəkilləri və çertyojları alır və bunları edir: divarları sarı rəngə boyamaq, mətbəxdə üç sıra piltə yerləşdirmək, mənzilin pəncərəyə yaxın küncündə televizor breketləri quraşdırmaq.

 

İnteryer dizayner nə edir: iş mərhələləri

Hər hansı bir dizayn layihəsində A nöqtəsi və B nöqtəsi var. Hər mərhələdə interyer dizayner müəyyən bir nəticəyə gəlir, gələcək otağın sənədlərini, fotoşəkillərini və ya vizualizasiyasını hazırlayır. Əsas addımlar isə bunlardır:

 

Müştəri ehtiyaclarının müəyyən edilməsi. Müştəri dizayn stüdyosuna və ya ofisinə bir istəklə gəlir - məsələn, loft üslubunda dizayn lazımdır. Və ya mənzil, kafe və ya şirkət ofisi üçün hansı dizaynın daha yaxşı olduğuna dair məsləhət istəyir.

İnteryer dizaynerinin işi müştərinin nəyə ehtiyacı olduğunu öyrənmək və həll yolunu göstərməkdir. Siz dizayn, mebel, işıqlandırma və tərtibatın müxtəlif üslublarının fotoşəkillərini göstərə bilərsiniz. Dizayner və müştəri material seçimi üçün ortaq bir fikrə gəlir.

Bu mərhələdə  ünsiyyət və müzakirə bacarıqları dizaynerə kömək edir. Müştərinin ideyasının uyğun olmadığını birbaşa desəniz, adam inciyəcək və bir daha agentlikdən dizayn sifariş etməyəcək.

Otaq ölçüləri. Təxminən üslub və dekorasiya ilə razılaşdıqdan sonra dizayner müştərinin məkanına gedir. Bir metr və xətkeş ilə içəridə gəzir. Bu mərhələnin vəzifəsi - mebel və dekorasiyanı kağız üzərində düzgün şəkildə yığmaq üçün bütün ölçüləri tapmaqdır - əlbəttə də rahat, qanuna və müştərinin ehtiyaclarına uyğun olan şəkildə. Və sonra - inşaatçılar dizaynerin kağız üzərində planlaşdırdığını baxıb həyata keçirsinlər.

 

İlk ölçü çertyoju qələm və ya karandaş ilə çəkilir. Daha sonra dizayner proqramda ölçüləri tənzimləyir.

 

Bu mərhələdə dizayner iki sənəd yaradır: texniki tapşırıq və ölçü çertyoju üçün. Nə edilməli olduğuna dair təlimatlar - texniki tapşırıqlar. Ölçü çertyoju - otağın, ofisin və s. ölçüləri olan məlumatlar.

Otağın istinad xətləri və ölçüləri proqrama köçürülür

Planlama. İndi interyer dizayneri kompüteri açır və otağın planını qurmağa hazırlaşır. Bu işdə ona ölçü çertyoju və interyer qurmaq üçün xüsusi proqram olan mühəndis redaktoru - kömək edəcək. Müştərinin hal-hazırda sahib olduğu nəticə - boş otaqdır.

Mebelin təşkili planı. Dizayner mühəndislik redaktorunda - boş otağı mebel blokları, stollar, stullar, lampalarla doldurur. Stilin təsviri və müştəri tərəfindən verilən, texniki tapşırıqların olduğu nümunələr məhz burada dizaynerə kömək edir. Həm də dizaynerin - hansı mebelin, hansı ölçüdə və haraya yerləşdirdiyi zaman, daha yaxşı görünəcəyinə dair anlayışı olmalıdır.

Mebelin təşkili ilə yanaşı, tikinti qaydalarına və qanuni qaydalara riayət etmək də vacibdir. Növbəti mərhələlərdə çertyoj təsdiqlənməlidir, lakin bu, digər insanlar tərəfindən edilir. Dizaynerin vəzifəsi planı sınaqdan keçirmək və rədd cavabı almamaq üçün sənədlər hazırlamaqdır. Əgər bir insan sizin planlarınızla hərəkət edirsə və rədd cavabı alırsa, planı yenidən düzəltmək onun deyil, sizin işinizdir.

Dizayn eskizləri əl ilə və ya kompüterdə qrafik redaktorlarda hazırlanır

Eskiz yaratmaq - həcmli obyektlər, rəng birləşmələri, materialların yaradılması deməkdir. Çertyoj üzərində razılaşdıqdan sonra interyer dizayneri - rənglər, mebel və materiallar, eyni zamanda, kafel, taxta və uzanan tavanlar ilə birlikdə dizaynın  ölçülü versiyasını hazırlayır. Nəticə isə - interyerin qrafik konseptidir.

3D vizuallaşdırma. Nəticə haqqında ətraflı təsəvvürə sahib olmaq üçün dizaynerlər və çertyoj kifayət etmir. Təmirdən sonra məkanın  üçölçülü real təsvirini canlandırmaq lazımdır.

Bunu etmək üçün 3D interyer dizayn yaratmaq lazımdır. Həmçinin dizayner həcmlər, erqonomika, düzgün hündürlük, lampalar, üslub, rənglər, materiallar üzərində də çalışır. Nəticə - müştəri ilə razılaşmaq üçün iş materialların hazırlanması, təmirdən sonra nəticənin necə olacağının bir təsvirinin olmasıdır.

Bu mərhələdə dizayner oxşar teksturada olan materialları ala biləcəyiniz mağazalar və ya mebel istehsalçıları axtara bilər.

                      

İşin layihəsi. Müştəri və dövlət qurumları ilə fotoşəkilləri və planı təsdiq etdikdən sonra – dizayner tikinti qrupu, mebel şirkəti, fabrik üçün təlimatlar olan - mühəndislik sənədlərini hazırlayır. Beləliklə, mebel ustasına da nə qədər mebeli və hansı rəngdə hazırlanmalı olduğu aydın olur. Həmçinin inşaatçı da nəyi harada yerləşdirilməli olduğunu, küncləri necə hamarlaşdıracağını və s. başa düşür. Hər kəs ətraflı təlimat almalıdır - müştərinin büdcəsinə uyğun olaraq nə, nədən və necə edilməlidir.

Müəllif nəzarəti. Bu mərhələdə dizayner mühəndisə sənədləri təhvil verir, mebel ustaları sifarişlə masa və stullar hazırlayır, daşıyıcılar isə materialları və mebelləri sahəyə gətirir. Bundan sonra isə hər şey inşaatçılardan nəzarətində olur.

Çox vaxt, usta vaxta qənaət etmək istəyir və müştəri ilə razılaşır ki – hamarlanmış künclər əvəzinə standart künclər istifadə olunsun, plitələr qoyulmasın və kənarlıqlar dəyişdirilsin. İnteryer dizayneri məkana gəlib inşaatçıların işinin keyfiyyətini də yoxlaya bilər. Vəzifə isə - inşaatçıya bunun plana uyğun olaraq razılaşdırıldığını, mümkün olduğunu izah etmək və müştərini əmin etməkdir.

Hər layihənin dizaynerə ehtiyacı yoxdur, çünki çətin ki, hər gün 8-dən 20-yə kimi inşaatçıların başında dayanmaq mümkün olsun. Həmçinin mühəndislik redaktorlarında başqa layihələr, planlar və çertyojlar da var. Hər kəsi eyni zaman məmnun edə bilməzsiniz.

Ancaq bu yeni başlayanlar üçün çox faydalıdır: gedib layihənin necə həyata keçirildiyini görə bilirlər. Bəlkə də yenidən etmək istədiyiniz məqamlar da ola - ilk səhvləri bu cür ayırd edə bilirsiniz. Materialları hiss edirsiniz, inşaatçının işinə baxırsınız. Bu, «döyüş meydanında» olan ən yaxşı təcrübədir.

İnteryer dizayneri əlaqəli peşələrdən nə ilə fərqlənir?

İnternetdə bir interyer dizaynerinin ofislərin və ya fərdi evlərin 3D təsvirlərini və rəsmlərini çəkədiyinə dair çoxlu məlumat var. Lazım gələrsə - o, otağı lent və rəsmlərlə bəzəyə də bilər. Gəlin bunun nə olduğunu anlayaq.

İnteryer dizayn sahəsində bir neçə əlaqəli peşə var: vizualizator, memar, dekorator və interyer dizayneri kimi. Onlar bir-birindən nə ilə fərqlənir:

 

Vizualizator - 3D redaktorunda gələcək layihənin fotoreal illüstrasiyalarını yaradan şəxsdir. Onun işi bundan ibarətdir. Büroda çox vaxt dizaynerləri və vizualizatorları ayrıdır.

Memar - strukturları layihələndirən bir şəxsdir: evlər, yaşayış binaları, ofis və ya ticarət mərkəzləri. O, çox vaxt həm tikinti planına, həm də bitirilməsinə cavabdehdir. Ancaq memar üçün ən vacib olanı - konstruksiyadır.

Dekorator – interyer dizaynerin işini tamamlayan şəxsdir. O, mebeli yerlışdirilmir və ya, lampa və ya elektrik yuvalarını dəyişdirmir. Dekorator son toxunuşlarla məşğuldur - otağı rəsmlərlə bəzəmək, çiçəklərlə birlikdə vazları yerləşdirmək və ya bar dəzgahına parlaq ornamentlər yapışdırmaq. Onun vəzifəsi interyerə bitmiş bir görünüş verməkdir.

İnteryer dizayneri - bir az rəssam, bir az memar, bir az dekorator və bir az da mühəndisdir.

İnteryer dizayneri hansı bacarıqlara sahib olmalıdır?

«Yumşaq bacarıqlar» - ünsiyyət qurmaq, insanları anlamaq və münaqişələri həll etmək bacarığı – bunlar çox vacibdir. Bununla siz, interyer dizaynda, dizayn üslubları və teksturalar üçün hansı proqramı istifadə edəcəyinizi bilə bilərsiniz. Ancaq ünsiyyət olmadan bu mümkün deyil.

Bütün bacarıqlar inkişaf etdirilə bilər. Vacib olan istedad deyil, sərf olunan vaxt, müşahidə və baxış bucağıdır.

texniki bacarıqlar

İnteryer dizayn proqramları - peşəkar kimi əldə etdiyiniz bacarıqları tətbiq etmək üçün bir vasitədir.

AutoCAD- interyer dizaynerin gələcək interyer üçün iki ölçülü planlar çəkdiyi xüsusi bir proqramdır. Planlar, otağı ölçdükdən və ölçü çertyoju hazırladıqdan sonra yaradılır.

 

                                  

SketchUp - bitmiş interyer hazırlamaq üçün olan proqramdır. Orada dizayner interyerin bir eskizini yaradır. Sketch UP-da təsvirlər ilə dizaynı müştəri ilə razılaşdırmaq və düzəlişlər etmək rahatdır.

3Ds Max - fotoreal interyer təsvirlər yaratmaq üçün olan proqramdır. Şirkətin vizualizatoru yoxdursa və ya Sketch UP istifadə etmirsə, müləq öyrənməlidir.

3D vizualizatorlarında - işləmək rəsm çəkmək deyil. Bir şəxs interyerin forması, rəngləri üzərində işləyir, teksturaları (ağac, kərpic), çalarları seçir. Yalnız bundan sonra fotoşəkillərdə realizm ortaya çıxır.

Kollaj formasında kobud şəkildi hazırlanan iş, vizualizatorlardan daha sürətli başa gəlir. Buna görə də müştərilərə əvvəlcə kollajlar göstərilir, sonra isə ətraflı planlar yaradılır.

Photoshop və ya başqa bir qrafik redaktor - dizaynerin rutin işləri üçün bir vasitədir. Məsələn, İnternetdən mebellərdən və mənzillərin fotoşəkillərindən təxmini bir təsvir yığmaq və müştəriyə göstərmək.

Aşağıdakı bacarıqlar interyer dizayn üçün əsasdır.

 

Erqonomika bilikləri - müəyyən bir otaq üçün dizaynın nə qədər əlverişli olduğunu alamaq üçün vacibdir. Erqonomikanın məqsədi mebeli rahat hala gətirməkdir.

Bu ölçülər çoxdan ixtira edilmişdir, sadəcə onları öyrənmək lazımdır. Məsələn, masa üstü, mətbəx dəzgahı və ya elektrik yuvaları üçün standart hündürlüklər mövcuddur.

Yenidənqurmaların təsdiqlənməsi üçün standartlar - interyer dizaynını həyata keçirmək və bir divarın sökülə biləcəyini, digərinin isə mümkün olmadığını başa düşmək düşməkdir.

Mühəndislik şəbəkələrində əsas biliklər. Əslində, interyerin elektrik yuvaları, kanalizasiya boruları və istilik sistemi olmadan edildiyini təsəvvür edin. Belə bir otaq əlbəttə ki, yaşayış üçün yararsızdır.

Buna görə də, interyer dizayner kanalizasiya borularının necə yerləşdiriləcəyini, hansı bucaq altında, harada düzgün bir şəkildə birləşdiriləcəyini düşünməlidir ki, həm borular, həm də mətbəx rakvinası üçün kifayət qədər yer olsun.

Büdcə ilə işləməyi bacarmaq. Müştərinin planında, məxmər tavanlar və qızılı örtüklər ola bilər, lakin bazar qiymətinə görə bu, müştərinin büdcəsinə uyğun gəlməyə bilər. Mütəxəssis kimi siz hesablama mözusunda kömək edə bilərsiniz.

Bu bacarıq müstəqil işləmək üçün faydalı olacaq. Bir ofisdə və ya studiyada işləyirsinizsə, bu iş başqa bir mütəxəssisə də həvalə edilə bilər. Ancaq gələcəkdə agentlik açmaq və ya layihə büdcələrini özünüz idarə etmək istəyirsinizsə, bunu başa düşmək sizin üçün faydalı olacaqdır.

Kompozisiyanın və üslubun əsasları. Dizayner loft üslubda bir qəhvə mağazası və ya xay-tek üslubunda studiya mənzilinin necə yaradılacağını bilməlidir. Ümumi qaydaları bilmədən: kompozisiya, dizayn istiqamətləri, rəng anlayışı və s. olmadan müştəriyə onun istədiyi üslubu verə bilməyəcəksiniz.

Yumşaq bacarıqlar (soft skills)

Empatiya - müştərinin hisslərini anlamaq, empatiya qurmaq və dünyaya obyektiv baxmaq bacarığıdır. İnsanların öz fikirləri, qərəzləri və maraqları ola bilər. Məsələn, bir nəfər öz üslubunu son ana qədər müdafiə edəcək. Lakin idarəçi də sizə vizyonunuza zidd olan bir şey etməyinizi söyləyəcək. Siz isə bu insanları dinləməyi və onların fikirlərini qəbul etməyi bacarmalısınız.

Detallara diqqət. Çertyoj yaradarkən bəzi detallar nəzərə alınmazsa, tikinti mərhələsində podratçı sizə: «Bunu etmək mümkün deyil» deyəcək. Müştəriyə hesabat verməli, çertyojları yenidən düzəltməli və yenidən danışıqlar aparmalı olacaqsınız. Bu isə, müştərinin vaxtının və pulunun itkiyə getməsi deməkdir.

Dözümlülük - müştərinin problemini həll edəcəksə, fikrinizi müdafiə etmək bacarığıdır.

Həddindən artıq iddialı və münaqişəli olmamaq da vacibdir - o zaman müştərilər sizi dinləməyəcək. Dizayner vəziyyəti düzgün çatdırmağı bacarırsa və onun həllinin müştəri üçün daha yaxşı olduğunu göstərirsə - o, rəhbərliyin və müştərilərin gözündə yüksəkləyəmə başlayır.

Dizayner usta və inşaatçılarla da ünsiyyət qura bilər. Onların zövq və dekorasiya üçün vaxtları yoxdur, ona görə də danışıqlar aparmalı olacaqsınız.

Öz-özünə öyrənmə. Daim interyer dizayn tendensiyalarını aradırmaq və müştərilərə təzə həllər təklif etmək lazımdır. Yeni şeylər öyrənməsəniz və məşhur dizaynerlərin nümunələrini vərəqləməsəniz, bu zaman bir mütəxəssis olaraq ideyalar, yaradıcılıq və kreativlik baxımından məhdud olacaqsınız.

Zövq hissi - layihə üçün ən yaxşısını seçmək bacarığıdır. Məsələn, vanna otağına daha yaxşı uyğunlaşmağı üçün fərqli çalarlarda rəflər tapmaq mümkündürsə - dizayner onu tapacaq və alacaq.

Zövq və estetik hissi zamanla inkişaf edir. Dizayner nə qədər çox layihə görür və edirsə, onun dünyagörüşü və zövqü də bir o qədər inkişaf edir.

İnteryer dizayneri kimi harada işləyə bilərsiniz?

Bunun üçün bir neçə məşğulluq variantı var:

Dizayn studiyasında və ya memarlıq bürosunda təcrübəçi olaraq başlaya bilərsiniz. Əvvəlcə interyerlər üçün illüstrasiyalar hazırlayacaqsınız və 3D proqramlarında vizualizator kimi işləyəcəksiniz. Sonra planlara və texniki sənədlərə keçəcəksiniz. Beləliklə, təcrübəli həmkarların rəhbərliyi altında təcrübəçidən müstəqil interyer dizayneri olmaq yolunda inkiçaf edəcəksiniz.

 

Öz interyer dizaynınızı yarada bilərsiniz. Təlimdən sonra dəstək almadan işləmək sizin üçün çətin ola bilər. Buna görə də məsləhət üçün müraciət edə biləcəyiniz bir müəllim olsa, daha yaxşı olar. Bu, səhvlər və yenidən öyrənmə ilə dolu çətin bir yoldur.

Freelancer kimi işləmək. Məsələn, Upwork-də həmişə interyer dizaynı üçün 1500-dən çox sorğu olur: mühəndislik redaktorunda sadə plandan və vizualizasiyadan, müştəri komandasında uzaqdan layihə işinə qədər. Siz 3D vizualizator kimi işləyə və agentliklər üçün real nümunələr yarada bilərsiniz.



Müəllif::

IT STEP Academy

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti