STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Kontent planı nədir və necə tərtib edilir?

IT STEP

14.03.2023

3082 baxış

Kontent planı sosial şəbəkələrlə işləməyə imkan verir və yaxşı nəticələr əldə
etməyə kömək edir. Onun tərtib edilməsi görünə biləcəyi qədər çətin deyil.
Bu məqalədə biz kontent planının nə olduğu öyrənəcək, öz kontent planımızı
hazırlayacaq və ya hansısa bir kontent planına marketoloq və ya müştəri
nəzərindən düzəliş verəcəyik.
Kontent planı nədir və nəyə lazımdır
Kontent planı internet saytının, sosial şəbəkə səhifəsinin və ya hansısa bir bloqun
məqalə cədvəlidir. İdarəetmə və doldurma prosesini asanlaşdırmaq üçün adətən bu
cədvələ məqalələrin növü, mövzular və qaralamalar əlavə olunur. Çox zaman
kontent planı cədvəl və ya tapşırıq, müddət və məsul şəxslərin adı yazılmış kartlar
(lövhəciklər) şəklində hazırlanır.
Kontent planı bir planlama vasitəsidir. O, şirkət, blogger və İnstagram, Facebook
və digər sosial şəbəkələrlə işləyən SMM mütəxəssisi üçün çox faydalıdır. O,
Youtube və Tiktok kimi video platformalarında da aktiv istifadə olunur.
- Əksər layihələr üçün kontent planı müştəri ilə icraçı arasında ünsiyyət qurmağın
yoludur. O, SMM mütəxəssisləri, internet marketoloqları, kopirayterlər,
dizaynerlər üçün tərtib edilir. Müştərinin iş prosesini və işin nəticəsini görməsi
üçün kontent planını müştəri üçün də tərtib edirlər. Layihənin hələlik
rəqəmlərlə təqdim olunan (satış) nəticəsi olmadığı təqdirdə kontent planı çox faydalıdır – onun vasitəsilə müştəriyə görülən işin həcmini asanlıqla göstərmək
olar.
-Kontent planı vasitəsilə bloqa müxtəlif formatlar vermək asandır. Məsələn, bir
bloggerin yalnız reklam mətnləri yazması oxucuların darıxmasına səbəb olar.
Çatışmayan kontenti cədvəldə görmək asandır: reklam kontenti arasında
əyləncəli videolar, memlər və ya faydalı postlar yerləşdirilir.
-Kontent planında hadisələri asanlıqla planlamaq olar. Məsələn, Qara Cümə,
Yeni İl və ya digər əlamətdar günlər, bayramlar və tədbirlər üçün əvvəlcədən
hazırlıq işləri görmək və plan qurmaq asandır. Bir neçə gün ərzində endirimlər
və müsabiqələr üzərində düşünmək olar. Nəticələr planda öz əksini tapır.
-Çevik büdcə planlaması. Müştəri bu ay 20 postun haqqını ödəməkdə çətinlik
çəkirsə, o zaman SMM mütəxəssisi kontent planındakı tarixlərə dəyişiklik
edərək daha az post yerləşdirə bilər. Və ya ciddi ekspert mətnlərini və kiçik
oxucu kütləsinə aid olan mətnləri daha asan qavranılan və daha tez yaradılan
əyləncəli kontentlə əvəz edə bilər. Müştəri büdcəni azaldır, bunun müqabilində
isə SMM mütəxəssisi özünün görəcəyi işin həcmini azaldır. Nəticədə hamı razı
qalır.
Bəzi layihələrdə kontent planı əsasında işləmək lazım olmur. Tutac ki, bir blogger
marketinq haqqında maarifləndirici İnstagram səhifəsini idarə edir. Deməli bütün
kontent az-çox eyni mövzuya və ya auditoriyaya uyğundur. Bu zaman onun
mövzular siyahısı və postlar planın malik olması kifayətdir. Buna temnik deyilir.
Kontent planını kim tərtib edir
Kontent planını frilans kopirayter, ştatlı baş redaktor, marketoloq və ya digər
əməkdaşlar tərtib edə bilər. Bu məqam müştəri ilə kimin işləməsindən və layihənin
büdcəsinin nə qədər olmasından asılıdır.
Kontent planı üzərində iş iki sxem üzrə aparıla bilər: "generaldan sıraviyə"; və ya "sıravidən generala".
Generaldan sıraviyə:
- Marketoloq layihənin məqsədini özü təklikdə və ya müştəri ilə birgə
(müştərinin marketologiyadan anlayışı olduqda) düşünür. Məsələn, məqsədimiz
auditoriyanı Qara Cümə endirimlərinə hazırlayaraq dizayn üzrə təlim kursu
satmaqdır.
- Marketoloq məqsəd və icra planı haqqında məlumatı redaktora ötürür. Redaktor
kontent planını düşünür, onu marketoloqla birgə müzakirə edir.
- Razılaşdırılmış plan müəllifə və dizaynerə ötürülür.

Bu formatda marketoloq planın məqsədinə, müəllif isə planın icrasına məsuldur.
Məqsədə düzəliş verilə bilər.
Sıravidən generala:
- Müəllifin özü postlar, videolar, storis üçün mövzu seçir və kontent planı
hazırlayır. Redaktora ötürür.
- Redaktorla birlikdə plana düzəlişlər edilir. Məsələn, postlar, formatlar və
rubrikalara. Marketoloqa ötürülür.
- Plan məqsədə uyğundursa, o zaman onu təsdiq edib işə başlayırlar. Uyğun
deyilsə, o zaman ona yenidən düzəliş edilir.
Bu baxımdan ideyaya və onun icra edilməsinə müəllif cavabdehdir. Onun öz
təxəyyülünü və düşüncələrini işə salması üçün daha çox imkan olur. Bu halda
redaktor və marketoloq kontent planına daha az vaxt sərf edir. Hər kəs qazanır.
“Tənha döyüşçü” adlı daha bir variant var. Müəllifin özü mövzuları, post cədvəlini,
rubrikaları və formatları düşünür. Nəticə müştərinin tələblərinə və layihənin
məqsədlərinə uyğunlaşdırılır.
Belə hərtərəfli mütəxəssislər tez-tez kontent marketoloqlar adlanır. Onlar ayrı-ayrı
mərhələlərin deyil, ümumi layihənin məsuliyyətini daşıyırlar: ideyanın
formalaşmasından tutmuş onun icra edilməsinədək. Bir nəfərə ödəniş etmək
müştəri üçün daha rahatdır, həmin mütəxəssis isə işin həcmi və mürəkkəbliyinə
görə daha çox qonorar alır.
Kontent planını harada tərtib etmək olar
Çox vaxt kontent planları iki yolla tərtib edilir: Google cədvəli və ya tapşırıq
siyahısı vasitəsilə (məsələn, Trello). Yanaşmalar bir-birindən fərqlənir: birincisi
uzunmüddətli planlamaya uyğundur, ikincisində isə icra planını qurmaq daha
asandır - tərəqqi şkalası, idarəetmə vasitələri, başlıqlar üçün rəngli lövhələr.
Şəkil

- Cədvəl. Üzərində 1-2 mütəxəssisin (məsələn, müəllif və dizayner) çalışdığı
layihələrə uyğundur:
1. Müəllif mövzunu seçir, mətn yazır və dizayner üçün link əlavə edir.
2. Dizayner mətnin dizaynını şəkillər və fotoşəkillərlə bəzəyir. Diaqramlar və
ya qrafiklər də əlavə edə bilər.
3. Müəllif postu sosial şəbəkədə yerləşdirir.

Cədvəldə post planını və təqvimi tərtib etmək asandır. Müxtəlif mərhələləri isə
müxtəlif rəngə boyamaq lazımdır: məsələn, paylaşılmış postlar yaşıl,
paylaşılmaqda olan postlar isə sarı rəngə boyanır.
Şəkil

- Tapşırıq kartları. Bloq üzərində redaktorun və ya agentliyin işlədiyi zaman
istifadə olunur. Tapşırıq lövhəsində (задачник) kartları mərhələlər üzrə hərəkət
etdirmək olar. Beləliklə, menecer hər bir əməkdaşın gördüyü işə nəzarət edə
bilər. Məsələn, müəllif postları yazıb, dizayner isə yatıb və heç bir posta tərtibat
verməyib.
Tapşırıq kartları ilə işləyən populyar proqramlar: Trello, Remember The Milk,
Things. SMM mütəxəssisləri və müəlliflər çox zaman Trello proqramından istifadə
edir.
Kontent planının müddəti
Hər bir kontent planının ömrü var. Bu müddət onun nəticə verməsinədək və ya ona
yenidən baxılanadək hansı müddətin keçəcəyini bildirir. Çünki kontent planı əbədi
olmur. Belə ki, onu daim layihənin ehtiyaclarına uyğunlaşdırmaq lazım gəlir.
Məsələn, hər hansı bir spa salonu kosmetik studiyaya çevrilir. Bu zaman biz
prosedurları reklam etmək əvəzinə master-klasslar haqqında postlar yazmalı
oluruq. Köhnə kontent planı artıq işə yarımır, dəyişiklik etmək lazım gəlir.
Kontent planı müşahidə ilə sıx əlaqəlidir. Auditoriyanın postlara necə reaksiya
verdiyinə baxın: postların paylaşılması zamanı bir rubrikanın digərindən daha
maraqlı olduğu məlum olur. Üçüncü rubrika isə ən az bəyənmə toplayır. Bu zaman
kontent planı yenidən nəzərdən keçirməliyik: son rubrikanı silməli, birincisi üçün
daha çox mövzu tapmalı və yeni post tarixlərini müəyyən etməli.
Bəzən deyirlər ki, kontent planı 3, 6 və ya 12 ay üçün tərtib edilməlidir. Bu, yanlış
düşüncədir. Belə olduqda, redaktorun diqqəti yayınmır, müəllif də iş başındadır.
Hər şey yaxşıdır. Nəticə: plan var, pullar xərclənir, irəliləyiş isə yoxdur.
Kontent planını bir ay üçün tərtib etməyi tövsiyə edirik. Auditoriyanın rubrikalara
alışmaq, ən maraqlı və maraqsız olanı təyin etmək üçün kifayət qədər vaxtı olar.
Uğursuz rubrikaları silmək olar.
Kontent planını qısa müddət üçün tərtib edərkən dəyişikliklərə vaxtında reaksiya
vermək daha asandır. Məsələn, hansısa sosial şəbəkə bağlana bilər. Və ya mətn
postları ləğv olunar – hər kəs videoya keçər. Uzun müddət üçün kontent planı
hazırlayan mütəxəssislər boş yerə işləmiş olarlar.

İnstagram, Facebook və ya internet saytı üçün kontent planını necə yaratmaq olar: addım-addım təlimat Nəzəriyyədən praktikaya keçək-marketinq haqqında bir bloq üçün kontent planı hazırlayaq. İki həftə üçün cədvəl tərtib edək, mövzular və rubrikalar hazırlayaq. Kimin üçün yazacağınıza qərar verin İnsanların istəklərinə daha dəqiq uyğunlaşmaq üçün layihənin hədəf auditoriyasını  müəyyən edin. Hədəf auditoriyası oxuculardan təşkil olunur.
- Marketinq səhifəsi üçün bu, üç kateqoriya ola bilər: öz biznesi üçün marketinqlə maraqlananlar (marketoloqların potensial müştəriləri), marketinqə
yeni gələnlər və qabaqcıl mütəxəssislər.
- Spa salonu səhifəsi üçün: depilyasiya xidmətindən tez-tez istifadə edən xanımlar (fotosessiya və ya sadəcə yaxşı görkəmdə olmaq üçün). Kişilər də
həmin səbəbdən salona müraciət edir. Onlar üçün salonda bacarıqlı ustalar görmək, keyfiyyətli xidmətlə rastlaşmaq çox vacibdir. Yazıları rəy və iş
nümunələri ilə təsdiqləyin.
- Toy fotostudiyasının hədəf auditoriyası 20-35 yaşlı subay xanımlardır. Onlar
yaxşı fotosessiya istəyir, buna görə fotoqrafın işinin təfərrüatlarını bilməlidir:
qiymətə nə daxildir, fotosessiya neçə saat davam edir və çəkiliş hansı
formatlarda aparılır. Nəticələr də çox vacibdir: şəkil redaktorunda işlənməzdən
əvvəlki və sonrakı fotoşəkillər, çəkiliş tərzi haqqında məlumat.
Hədəf auditoriyası haqqında məlumatı müştəri də verə bilər. Bunu özünüz də
müəyyən edə bilərsiniz: rəqiblərin səhifələrində, şərhlərdə və ya qrup
yazışmalarında.
Bu üsulla siz hədəf auditoriyasının maraq dairəsinə nəyin daxil olduğunu, onu
hansı mövzular və formatlarla cəlb edə biləcəyinizi anlayırsınız. Bəyənmələr
əsasında kontent üzərində dəqiq bir iş planı yaratmaq olar.
Gələcək kontent planı üçün cədvəl tutun
Cədvəli Google-da və ya tapşırıq lövhəsində (задачник) hazırlamaq olar. Bu
alətlərin hədəfi ilə biz əvvəl tanış olmuşuq. Hansı alətdə işləyəcəyinizdən asılı
olmayaraq, planda aşağıdakı kateqoriyalar olmalıdır:

  •  Postların yayımlanacağı platformalar. Tutaq ki, biz İnstagram, Facebook və ya Telegram marketinq haqqında bloq yazırıq. Hər bir platformanın postların formatlaşdırılması üçün öz xüsusiyyətləri var. Ona görə də hansı yazının harada yayımlanacağını qeyd etməliyik.
  •  Mövzu. İşlənməkdə olan mövzunu da qeyd etmək olar, planlı və tezisli hazır mövzu da qeyd edilə bilər.
  •  Postun tarixi.

Bir neçə platforma üçün baza kontent planı nümunəsi (Facebook, İnstagram, Telegram, İnternet saytı).
Baza kontent planı üçün üç kateqoriyanın olması kifayətdir: mövzular, platformalar və cədvəl. Daha nə əlavə etmək olar?

  • Postun rubrikaları. Məsələn, kontent planında reklam iki həftə müddətində aktiv olduqda. Gündə 1-2 inteqrasiya edirik, qalanını isə informativ postlarla doldurduq.
  • Kontentin formatı (post, storis və ya video).
  • Məsul şəxs işi görən şəxsdir. Məsələn, bir bloqda iki müəllif ola bilər: biri postlara cavabdehdir, digəri isə storis və ya videolar üçün ssenari yazır.
  • İşin statusu – kontentin hansı inkişaf mərhələsində olduğunu görmək üçün.

Mövzuları əvvəlcədən düşünün və temnikə qeyd edin. Cədvəlin hazırlanması zamanı mövzular haqqında düşünmək vaxt itkisidir. Bu zaman ideyalarınız olmaya bilər və ya müştərinin məlumatları hazırlaması lazımdır. Bəlkə heç bir ideya yoxdur və rəqiblərdə nümunələr axtarmaq lazımdır.
Bunu etmək üçün temnik adlanan mövzu anbarı yaradılır. Məsul şəxs fikir mübadiləsi aparır, 10-20 mövzu toplayır və anbara göndərir. Müəllif isə mövzunu götürür, redaktor və ya müştəri ilə müzakirə aparır və işə göndərir. Temnik üçün mövzu və rubrika kimi bir və ya iki kateqoriyanın olması
kifayətdir. Müəllifin və ya ekspertin ideyası varsa, o zaman onu dərhal temnikə əlavə etmək lazımdır. Temnikin üstün cəhəti onu hər zaman genişləndirə bilmək imkanıdır. Müəllifin mövzu axtarmasına ehtiyac yoxdur: istədiyiniz rubrikada mövzu seçmək, razılaşdırmaq və mətn tərtib etmək kifayətdir.
Kontent üçün fikirləri asanlıqla toplamaq məqsədilə temnik sadə olmalıdır. Mövzuları kontent planın ayrıca səhifəsində yazmaq olar (bu temnik heç zaman itməz), mövzular da hər zaman müəllifin əlinin altında olar. Bloknotdan da, messencer arxivindən də, digər vasitələrdən də istifadə edə bilərsiniz. Kimə nə rahatdırsa, ondan da istifadə edir.

Mənbə siyahısı yaradın Hər zaman ekspertə müraciət etmək və ya mövzular haqqında düşünmək mümkün deyil. Bunun üçün əvvəlcədən məlumat mənbələri düşünülür. Bu mənbələrdən ilhamlanmaq və ya onlardan hazır mövzu götürmək olar. Bu, aşağıdakılar ola bilər:

🟢 Mənbələri dərhal qeyd etmək və kontent planına əlavə etmək lazımdır. Beləliklə,
işin daha əyləncəli və səmərəli getməsi üçün, eləcə də ilhamlanıb yeni ideyalar
tapmaq üçün həmkarların yazılarını oxuyurlar.
🟢 Resurs yanaşması. Müştəridən onun məhsulu haqqında harada və hansı suallar verildiyini soruşun. Marketinq bloqunda bunu storis-də bir sorğu anketi kim əks etdirmək olar: siz sorğunu storis-də dərc edirsiniz, oxucular isə öz suallarını verirlər. Bunun əsasında müəllif mövzuları tərtib edir və temnikə ötürür.
🟢 Rəqib bloqları. Bütün düşüncələr və yeniliklərdən xəbərdar olmaq, yaxşı fikirlərdən ilham almaq üçün. Yaxşı bir mövzu tapıldıqda, müştəri ilə birlikdə siz onu öz layihənizə uyğunlaşdıra bilərsiniz.
🟢 Mövzu ilə bağlı mesajlar. Bu, marketinq jurnalları, ekspert bloqları və ya Youtube videoları ola bilər.
🟢 Tədbirlər. Marketinq bloqu üçün real tədbirlərdə iştirak etmək olar. Sərgilər, görüşlər, toplantılar, konfranslara qatıla bilərsiniz. İnsanlarla ünsiyyət qurun və məlumat toplayın. Görüşlərdə storis yaradın, müsahibə götürün.
🟢 Mövzu çatları (yazışmaları). Məsələn, Facebook marketinq qrupundakı və ya ekspert Telegram kanalı çatındakı fikir və düşüncələrdən istifadə edə bilərsiniz. Orada da çoxlu suallar verilir və problemlər paylaşılır.
Postları kontent planına daxil edin.
Bu mərhələdə aşağıdakılar düşünülür: layihə üçün neçə post lazımdır, onların növü və paylaşılma tarixi.
Postların sayını layihənin büdcəsi müəyyənləşdirir. Əgər siz 30-postluq bir kontent
planı hazırlayırsınızsa, müştəri isə onların yalnız 10-unun pulunu ödəməyə
hazırdırsa, o zaman kontent planı kiçildilir.

Müştəri və ya sosial şəbəkələrdə işə cavabdeh olan şəxslə hansı formatda nə qədər
kontent olacağını razılaşdırın. İnstagram marketinq bloqu üçün gündə 1 post
kifayətdir. Teleqram hesabında isə adətən gündə 1-2 məlumat postu və reklam
yerləşdirilir. Aylıq kontent miqdarını dəqiqləşdirib işə başlayın.

Tarixlər və formatlar bölməsində nə yazdığınızı və nə vaxt yazdığınızı
göstərməyiniz kifayətdir.
Kontent planınızın işə yararlı olub olmadığını yoxlayın
Kontent planının işə uyğunluğunu yoxlamaq qalır. Aşağıdakı meyarlar əsasında
kontent planının sizə və digər mütəxəssislərə nə dərəcədə uyğun olub olmadığını
söyləmək olar:
👉 Kontent planı bütün məsul şəxslər tərəfindən istifadə olunur. Müəllif nə
yazmalı olduğunu bilir, dizayner hansı postun hazır olduğunu və nəyə dizayn
verilməli olduğunu anlayır. Redaktor postlara və kontekstli reklama nəzarət
edir, temnikdə isə mövzular və məşhur şirkətlər haqqında məlumat yerləşdirilir.
👉 Kontent planı daim doldurulur. Temnik çox sadə tərtib edilir: mövzu, əsas fikir
və ya bir neçə tezis. Fikrin və ya müəyyən məlumatın götürüldüyü məkana link
də əlavə etmək olar. Plana 5-10 dəqiqə ərzində bir post əlavə etmək olursa,
deməli o rahatdır, yaxşıdır və onun üzərində çox çalışmağa ehtiyac yoxdur.
👉 Kontent planını oxumaq asandır. Lövhəciklər və ya kartlar müştərinin anladığı
tərzdə yazılmalıdır. Müştəri nəyin və nə vaxt dərc ediləcəyini anlamırsa, o
zaman planı sadələşdirmək lazımdır. Az olsun, asan olsun!
👉 Layihə üzərində işdə heç bir fasilə olmur. Plan yaxşı tərtib olunmayıbsa, o
zaman müəllif onun həddindən artıq yüklənməsini (перегруз), vəzifələrin
mürəkkəb olmasını və ya tələblərin icra edilməsinin qeyri-mümkünlüyünü
nəzərə almaya bilər. Yaxşı planda "problemli" mövzuların sayı minimum olur.
Bunun 1-2 həftə davam etməsi normaldır. Plana uyğunlaşmaq üçün vaxt verin.
Lakin iki həftədən sonra müəllif hələ də çətinlik çəkirsə, o zaman planı yenidən
nəzərdən keçirmək lazımdır.



Müəllif::

IT STEP Academy

Rəqəmsal Dizayn

İnteryer dizayner olmaq üçün nə bilmək lazımdır

Görünür, loft və xaytek üslubunda olan gözəl mənzillərin və ya kovboy üslubunda olan restoranların arxasında, yalnız dizaynerin yaradıcılığı, gözəlliyi və zövqü gizlənir. Əsas olan, insanlar dizaynı bəyənməsi, restoranın fotoşəkillərini instaqramda paylaşması və barmenin bar arxasında rahat kokteyl hazırlamasıdır - bunun üzərində işləyən şəxs isə interyer dizayneridir. Bu məqalədə interyer dizaynın nə olduğunu və başqalarını minimalizm, avanqard və ya yüzlərlə başqa üslubla necə sevdindirə biləcəyiniz barədə danışacağıq. İnteryer dizayner kimdir İnteryer dizayneri - gələcək təmir və binaların tikintisi üçün planlar yaradan mütəxəssisdir. Bu, restoran, kafe, kovorkinq mərkəzi, ofis, mənzil və ya biznes mərkəzi üçün olan plan ola bilər. Dizayner otağın daxili dekorasiyasə haqqında düşü

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Kibertəhlükəsizlik-bu çətindir? Amma yox!

İnternet təhlükəsizliyi qaydaları-etibarlı antivirus yükləmək və quraşdırmaqdan daha çoxudur. Kibertəhlükəsizlik üzrə mütəxəssisin IT STEP Kompüter Akademiyasında kurslarda nə öyrətdiyini öyrənin Təhlükəsizlik proqramını yaradın 2015-ci ildə proqramçılar Wired jurnalı üçün eksperiment bir aparıblar. Səbəb istənilən sistemin haker hücumlarına qarşı zəif olduğunu göstərməkdir. Hərəkətdə olan bir avtomobil kimi böyük və mürəkkəb bir cihaz belə. Hakerlər Jeep Cherokee markalı avtomobilin bort kompüterinə hücum ediblər. Sistemə girdilər, kondisioneri və şüşə silənləri işə saldılar. Sonra da avtomobili yolda saxlayaraq mühərriki tamamilə söndürdülər. Eyni zamanda, mütəxəssislər həmin vaxt Jeep-dən bir neçə kilometr aralıda olublar. Təcrübə uğurlu alındı,

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb sayt və ya sosial şəbəkələr üçün infoqrafika necə yaradılır

  İnfoqrafiya məlumatları daha asan formada təqdim edir: həmkarlar və menecerlər üçün hesabat, auditoriya üçün məqalənin xülasəsi və ya reklam təklifi - hədəf kütlə və ya digər reklamlar üçün. Bu məqalədə sizə infoqrafikanın nə olduğu və onların necə yaradılacağı haqqında danışacağıq. Yaxşı infoqrafikanın, qeyri- dəqiq məlumatlı, illüstrasiyasız və şəkilsiz infoqrafikadan: nə ilə fərqləndirdiyinə də baxacağıq. İnfoqrafika nədir İnsanlara məlumatlar maraqlı deyil: ensiklopediyaları və ya gəlir hesabatlarını oxumaq üçün vaxtları məduddur. Nəticələri və əsas məqamları başa düşmək daha vacibdir. Buna görə də insanlar məlumatları digər insanlar: rəhbərlik, həmkarlar və ya hədəf auditoriyası üçün sadələşdirir:. İnfoqrafika - məlumatı dəstəkləyici məqamlar, şəkillər və

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb dizayneri - peşə haqqında və necə olmaq barədə hər şey

Veb saytlar yaratmaq istəyirsinizsə, lakin kod yazmaq Everest dağına qalxmaq və ya paraşütlə tullanmaq kimidirsə, veb-dizayner peşəsinə daha yaxından nəzər salın. Onun veb-saytların yaradılmasında əli var: proqramlaşdırma və ya rəsm texnikası olmadan. Veb dizayneri nə edir? Veb dizayneri bir komandada veb saytlar və mobil proqramlar yaradan İT mütəxəssisidir. O, açılış səhifələri (landing page), çox səhifəli vebsaytlar, onlayn mağaza maketləri və veb proqramları yaradır. Netflix və ya Rozetka veb saytının dizaynı veb-dizaynerin işidir.       Tutaq ki, biz OLX-də velosiped satırıq. Mesaj lövhəsini tapmaq üçün brauzerə keçin və axtarış çubuğuna «internet-marketpleys» və ya «OLX» daxil edin. OLX veb-saytını axtarış sistemində tapmaq bizim üçün vacibdir. Siyahının birinci sətri olsa daha yaxşıdır. Enter düyməsini ba

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti