STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

İT-də analitik düşüncə istedad deyil, zəruri bacarıqdır.

IT STEP

Soft Skills

15.04.2023

674 baxış

Work Styles qeyd edir ki, analitik düşüncə İT peşələrində tələbat baxımından 100 xaldan 97-sini toplayır. Dərindən düşünmək və məsələləri anlamaq istedaddır yoxsa qazanılmış vərdiş? Məqaləmiz Nobel mükafatı laureatı Daniel Kahnemanın tədqiqatlarına əsaslanır.

Analitik düşüncə nədir

Müəyyən hallarda niyə tez qərar verdiyimizi, digərlərində isə niyə uzun müddət düşünməli olduğumuzu anlamağa bizə Daniel Kahnemanın ümumi düşüncə konsepsiyası kömək edəcək.

İnsan beyni iki düşüncə sistemində işləyir: sürətli (1-ci sistem) və asta (2-ci sistem). Sürətli sistem hər gün avtomatik qəbul etdiyimiz qərarlardır.

  • Avtomobili yol hərəkəti qaydalarına uyğun idarə və park etmək.
  • Reklam lövhəsinə baxaraq təklif olunan malı almaq və ya almamaqla bağlı qərar qəbul etmək.
  • Yazışma zamanı mesajlara şablon ifadəsi, emoji və ya smayliklə cavab vermək.

Sürətli düşüncənin vaxta xeyli qənaət etməsi çox yaxşıdır. Hər gün biz minlərlə qərar qəbul edirik. Və heç də həmişə uzun müddət düşünmək lazım olmur. Biz hər bir qərar üzərində uzun müddət düşünsəydik (məsələn, maşını sola və ya sağa park edim), əlavə heç nəyə vaxtımız qalmazdı. Və ya bütün işləri pis görərdik, çünki diqqətimiz yalnız bir işə yönəlmiş olardı.

Sürətli düşüncə sistemi iki hissədən ibarətdir. Onlardan biri intuisiya, ikincisi isə təcrübədir.

İntuisiya bir şeyin mahiyyətini öncədən duyma qabiliyyətidir: duyğu, duyma, sezmə, ürəyə damma. Məsələn, futbol komandası yaxşı yoxsa pis oyun nümayiş etdirəcək, sabah və ya birigün konkret bir valyutanın qiyməti qalxacaq yoxsa düşəcək, növbəti prezident kim olacaq və s.

Təcrübə isə qazanılmış bacarıq deməkdir. Təcrübəli şahmatçı oyunun nəticəsini və ya rəqibin növbəti gedişini əvvəlcədən təxmin edə bilər. Çünki onun üçün şahmat fiqurlar toplusu deyil, bir sistemdir. Bu oyunda təcrübə oynanılan oyunların sayı və kombinasiyalar haqqında biliklə gəlir. Təcrübə sayəsində şahmatçı vəziyyəti təhlil edir və tez qərar verir.

Sürətli düşüncədən fərqli olaraq 2-ci sistem asta düşüncə üzərində qurulub. Elmi işlərdə o, analitik adlanır.

İnsan asta düşüncədən kifayət qədər təcrübə, ilkin məlumat  və ya intuisiya olmadıqda istifadə edir. Dərindən düşünmək, bütün müsbət və mənfi cəhətləri tərəziyə qoyub nəticə çıxarmaq lazımdır.

Sürətli düşüncə vasitəsilə də düzgün hərəkət variantı tapılmadıqda analitik düşüncə tətbiq olunur.

Məsələn, 17*24 ifadəsinin qiymətini necə tapmaq olar?

  • Riyaziyyatda vurmanın əsaslarını xatırlamalı.
  • Misalı asanlaşdırmaq üçün variantlar axtarmalı. 17*20 + 17*4 kimi.
  • Aralıq mərhələlərin cavablarını yaddaşda saxlamalı.
  • 408-ə bərabər nəticə əldə etməli. Nəticə yanlış olarsa, geriyə qayıtmalı və yenidən hesablamalı.

Analitik düşüncə məhz budur. İnsan həll edilməli olan problemlə tanış olur. Sonra onu bacardığı kimi komponentlərə ayırır. Nəyisə yadına salır, nəyisə öyrənir və sonda qərar qəbul edir.

Sürətli düşüncə çox vaxt aldadıcı olur

Kostyumun seçilməsindən tutmuş futbol matçının nəticələrinin təhlil edilməsinə və ya şahmatda gedişin edilməsinədək istənilən bir məsələ ilə qarşılaşdıqda sürətli düşüncə tam gücü ilə işə düşür. Verdiyiniz qərar təcrübədən və biliklərdən irəli gəlir.

Lakin bəzən bu, həll yolu deyil, problem ola bilər. Məsələn, təcrübə az olduğu üçün yanlış nəticə çıxarılar.

Məşhur bir deyim var: öyrənmək istəyirsən - praktikada tətbiq et. Ona görə də yaxşı tələbə dərsi keçdikdən və ya kitabın bir hissəsini oxuduqdan sonra aldığı bilikləri tətbiq etməyə çalışır. Aldığı məlumatdan istənilən uyğun olan və uyğun olmayan vəziyyətdə istifadə etməyə çalışır.

- Danışıqlar zamanı insan kitabdakı taktikadan istifadə edir. Müştəri və ya həmkarlar bunu görürlər. Onlar elə bilir ki, onları aldatmağa çalışırlar.

- Sayt tərtib etdikdə tərtibatçı öyrəndiyi teqi bütün elementlərə əlavə edir. Təlimçi bunun yanlış bir yanaşma olduğunu bildirir və qeyd edir ki, belə sayt brauzer tərəfindən oxunmur. İşə saytın tərtib edilməsi qaydalarına uyğun olaraq düzəliş vermək lazımdır.

Yolun əvvəlində səhv etmək normaldır. İnsan öz biliyini faktdan asılı olmayaraq istifadə edir. Fakt isə imkanların xeyli daha geniş olduğunu deyir. Bu zaman sürətli düşünсə yanlış nəticə verə bilər.

Daha bir misal. İnsanın biliyi yoxdursa, bilmədiyi anlayışı mənaca yaxın anlayışlarla əvəz edir. O, daha sadə bir cavabla çətin bir sualın öhdəsindən gəldiyini düşünür.

Daniel Kahneman sahibkar və avtomobilləri misal gətirir.

Fordun korporativ təqdimatlarından birində professor bir sahibkarla söhbət edir. Sahibkar maşınları bəyəndiyini bildirir. Buna görə də gəlirin bir hissəsini Forda yatırdım edəcəyini deyir.

Həmin sahibkar investisiya ilə bağlı çox şey bilmir: fond bazarının quruluşu necədir, səhmlərin qiyməti nədir və Ford-u satın almaq hal-hazırda düzgündürmü. O, anlayışları əvəz edib sürətli qərar verir:

Ford səhmlərinə sərmayə yatırmağa dəyərmi? – Mən bu maşınları bəyənirəmmi?

İT sahəsi də belə misallardan məhrum deyil. Tutaq ki, şöbənin layihə meneceri müştəri ilə işin müddətini razılaşdırır.

Müştəri deyir: "Mənim 3 ayım var". Menecerin vaxtı məhduddur və tərtibatçıların bu işin öhdəsindən vaxtlı-vaxtında gələ biləcəyini bilmir. Ancaq anlayışları əvəz edərək razılaşır:

Saytı 3 aya yığa bilərikmi? – Tərtibatçılar heç oxşar layihələr icra ediblərmi?

Menecer komandanı və şirkəti pis vəziyyətdə qoyaraq sürətli qərar verdi. Bu misal bir qədər şişirdilib, lakin belə çətinliklər də olur. Xüsusilə də ilk dəfə layihə üzərində işə başlayan və özünü müstəqil sanan və öz müstəqilliyini nümayiş etdirməyə çalışan təcrübəsiz əməkdaşlarla.

Analitik düşüncə də mükəmməl deyil

Məqalənin əvvəlindəki vurma misalını xatırlayın. 17*24 ifadəsini hesablamaq üçün düşünmək, qaydaları yada salmaq, sadələşdirmək və ya vərəqdə sütun qurub ədədləri ardıcıl olaraq bir-birinə vurmaq lazımdır. Bu, diqqət tələb edir.

Sütunla vurma əməlini icra edərkən insan 2-ci sistemi (analitik düşüncəni) işə salır. O, bütün diqqətini misalın həll edilməsi üsuluna yönəldir. Lakin burada müxtəlif amillərin də rolu ola bilər. Buna bəzən "gözün torlanması"  deyilir.

Buna görə də analitika bir misal üzərində qurulmamalıdır. Biz yalnız bir variant təqdim etsək, zaman keçdikcə o, sürətli düşüncənin bir hissəsi olar. Avtomatiklik dərəcəsinə gəlmiş bir təcrübəyə çevrilər. Buna görə də biz baxış dairəsini genişləndirməliyik.

Daha bir hal: diqqətimizi yalnız bir üsulda cəmləsək, verilmiş qərar yanlış olsa belə, qərarı verən insan onu düzgün hesab edər.

Misal: Amerika xəstəxanalarından birində diaqnozların düzgünlüyü müəyyənləşdirilir. Sınaqda təcrübəli həkimlər iştirak edir.

Alimlər aşağıdakıları müəyyən edir: asta düşüncə yaddaşa əlavə yük verir. Həkim gündə 10-dan artıq diaqnoz qoyur. Nəzərə alaq ki, həkimin yaddaşı bütün işanların yaddaşıtək məhduddur. Buna görə həkim təcrübə ilə deyil, uzun müddət düşünməklə qərar qəbul etdikdə bəzən yanlışlıqlar olur.

Daniel Kahneman həkimlərlə bağlı misalı aşağıdakı kimi izah edir:

Basketbol oyunu gedir. Komandalar meydançada ağ və qara formalarda oynayır. İki qrup insan dəvət edilir: bir qrupun vəzifəsi ağ forma geyinmiş oyunçuların ötürmələrini saymaqdır, digəri isə oyunu məhdudiyyətsiz izləyir.

Birinci qrupun üzvləri xüsusi olaraq bir elementə diqqət yetirir. Digərləri isə baş verənlərin hamısını yaxşıca görür.

Matçın ortasında meydançaya bir qorilla buraxılır. O, təxminən bir dəqiqə ərzində meydançada olur. Sonra oyun normal rejimdə davam etdirilir.

Matçdan sonra tədqiqatçılar bu iki qrup arasında sorğu keçirir. Məlum olur ki, ağ formalı oyunçuları izləyənlər ümumiyyətlə qorillanı görməyib. İkinci qrup isə bu heyvanı aydın şəkildə görüb.

Qorilla ilə bağlı araşdırma onu göstərir ki, diqqətin məhdudlaşdırılması səbəbindən insan aydın-aşkar faktları görməyə və görmədiyini bilməyə bilər. Ağ formalı oyunçuları izləyən qrupun üzvləri matçdan sonra dediyinin üstündə durur: meydançada qorilla olmayıb, çünki qrup üzvlərindən heç kəs onu görməyib.

Bu misal göstərir ki, yalnız bir elementi analiz etsək, o zaman digərlərini görməyə bilərik. Ona görə də vəziyyəti tamam anlamaq və məsələnin digər həll variantlarını və ya həll yollarını tapmaq üçün fasilələr vermək lazımdır.

Nə zaman sürətli, nə zaman isə analitik düşüncədən istifadə etməli

Uyğun olmayan vəziyyətdə istifadə edildikdə iki sistemin heç biri mükəmməl olmur. Müxtəlif həll yollarının sınaqdan keçirilmədiyi və ya biliklərin məhdud olduğu hallarda sürətli düşüncə yanlış nəticə verə bilər. Analitik düşüncə isə müəyyən faktların nəzərə alınmaması ilə nəticələnə bilər.

Çıxış yolu analitik düşüncədən yalnız zəruri hallarda istifadə etməkdir. IT dünyasından bəzi misallarla sizi tanış etmək istəyirik.

Analitik düşüncə harada tətbiq olunur

Görüləcək işin mahiyyətini öyrənərkən. Görüləcək işlə bağlı sizdən nə tələb olunduğunun bütün xırdalıqlarını dəqiq anlamaq lazımdır, çünki insanlar bir-birini yaxşı başa düşmürlər, daha doğrusu bəzən onlar bir-birini yanlış anlayır.

İnsanlarla işləyərkən bir-birinizi başa düşməyə çalışın. Sizin dediyinizi yanlış anlayan müştərilərə çox rast gələcəksiniz. Siz bir şey deyirsiniz, müştəri isə xəyalında onqat artığını canlandırır və belə də qəbul edir. Bu, ən pis haldır. Siz sözünüzü deyirsiniz və gedib səssizcə işləməyə gedirsiniz. Müştəri isə əmindir ki, siz onu tam anlamısınız və istəklərini icra etməyə getmisiniz.

Müştəri deyir: “Şirkət üçün bir sayt istəyirəm".

Siz isə onun sözlərini "Bir Wordpress saytı istəyirəm, çünki o, şirkət üçün çox əlverişlidir" kimi qəbul edibsiniz.

Və ya siz müştərinin sözlərini "İnstagram reklamı istəyirəm" kimi anlamısınız.

O isə "İnstagram-da hər kəs satışla məşğul olur. Mənim də mallarımın satışını təşkil edin" deyibmiş.

Müştəri ilə anlaşılmazlıq çox pis nəticələr verə bilər. Əgər siz layihənin icra zəncirinin bir hissəsisinizsə, o zaman problem təqdimat anına qədər aşkarlanmaz. Təqdimat zamanı isə ona dəyişiklik etmək çox gecdir. Nəticə: müştəri layihəni qəbul etmir, rəhbərlik məsuliyyətsiz adlandırılır, siz isə töhmət qazanırsınız.

Belə nəticələrin olmaması üçün tapşırıqları alarkən analitik düşüncəni işə salın. Müştərinin sizə verdiyi layihəyə heç nə anlamamış kimi yanaşın, sıfırdan başlayın, sual verməkdən çəkinməyin, hər bir xırdalığı aydınlaşdırın, hər bir xırdalıqla maraqlanın.

Görüləcək işin müddətini təyin edərkən. Tapşırıqların icra edilmə müddətini təyin edərkən biz çox zaman səhvə yol veririk.

Tutaq ki, müştəri sizə bir tapşırıq verir: rezin şinlərin satışı üçün bir internet mağaza tərtib etmək. O, sizdən işin bitməsi zamanını soruşur.

“Qısa zamanda həll edə bilərik”, “Biz 10 gün ərzində sayt hazırlamışıq. İndi də hazırlaya bilərik”, “10 günə hazır olacaq” yanaşmaları düzgün deyil.

Bir qayda olaraq, layihələrdə heç də hər şey plan üzrə getmir. Kompüter və telefon üçün dizayn əvəzinə, tərtibatçının yalnız telefon üçün dizaynı var. Deməli, kompüter üçün dizaynı tərtibatçının özü qurmalı olacaq. Belə çıxır ki, siz heç zaman belə sayt yaratmamısınız. 10 gün çox azdır.

Çıxış yolu bir qədər fasilə vermək və analitik düşüncəni işə salmaqdır. Sayt üzərində işin nə qədər vaxt aparacağını düşünün. Tutaq ki, 10 gün. Əvvəllər hansı problemlərlə rastlaşdığınızı xatırlayın, internetin kəsilməsini və proqramçının dişinin ağrımasını yada salın. Fors-major halları üçün iş müddətinə 5 gün əlavə edin.

Zamanın təzyiqindən işin keyfiyyəti əziyyət çəkə bilər. Alimlər bir araşdırma aparıb: eyni xəstələrə 42 həkim diaqnoz qoyub. Həkimlər iki qrupa bölünüb: onlardan 23-ü vaxtın məhdud olması şəraitində sürətli düşüncə ilə işləyib, 19-unun isə diaqnoz qoymaq üçün qeyri-məhdud vaxtı olub.

Vaxt çatışmazlığı şəraitində diaqnoz qoyan 23 həkim bu işə vaxt məhdudiyyəti olmayan 19 həkimə nisbətən daha az vaxt sərf edib. Ortalama = 96,00 saniyə və müvafiq olaraq ortalama = 151,97 saniyə.

Vaxt məhdudiyyətli diaqnozların dəqiqliyi digərlərinin dəqiqliyindən 37 % daha aşağı olub.

Təlim alarkən. Qaydanı kor-koranə tətbiq edib nəticənin yaxşı ya pis alındığını gözləyə də bilərsiniz, müəyyən bir işi götürüb niyə məhz belə edildiyini araşdıra və özünüzə izah edə də bilərsiniz.

Məsələn: “Bu halda mən bu qaydadan istifadə etdim, çünki müəllim dərsdə bizə məhz bu misalı göstərmişdi”.

Və ya: “Hal-hazırda mən mövzunu yaxşı bilmirəm, çünki bu hələ üçüncü dərsdir. İşi dərsdəki qaydalara uyğun görəcəm, Youtube internet portalında isə bu işi insanların fərqli şəkildə görməsi videolarına baxacam. O zaman mənim bir neçə variantım olacaq”.

Alternativ həll yollarının axtarılması və izah faydalı informasiyanı yadda saxlamağın, lazımi yerdə istifadə etməyin çox yaxşı yollarıdır.

Sürətli düşüncə harada tətbiq olunur

İşi araşdırıb onun mürəkkəb olmadığını anladıqda. Təcrübəli işçi üçün müştəri şablonuna uyğun qurulacaq bir dizayn və ya Wordpress-də yığılacaq bir bloq kimi. Bu halda zamanla əldə edilmiş bacarıqları tətbiq edə bilərsiniz. Lazım olmayan yerdə dərin düşüncədən istifadə etməyin.

İnsanlardan işinizə qiymət verməyi xahiş edərkən. Tutaq ki, bir nəfər 10 gün ərzində dayanmadan təkbaşına bir sayt yığır. O, bütün diqqətini öz işinə yönəldib və ona dərindən qərq olub. O, zəruri vasitələrdən istifadə edir və layihəni səhvsiz icra etdiyini düşünür.

Layihənin təkmilləşdirilməsi üçün həmkarların sürətli düşüncəsi lazım olur. Onlar yaranmış bu və ya digər problemin həll yollarını göstərə və ya səhvləri tapa bilərlər. İşə sürətlə göz gəzdirməklə həmkarlarınız işinizin çatışmazlıqlarını tapar, kodun təkrarlanmasını aradan qaldırar, qısaldılacaq məqamları göstərər.

Bu halda bizim üçün səhvləri 2-ci sistemlə analiz etmək daha doğrudur: həmkarımız bir həll variantı təklif edir, biz isə onu tətbiq edib etməyəcəyimizi düşünürük. Həmkarımızın tövsiyəsi yanlışdırsa, işə əvvəlki qaydada davam edirik.

Daha bir misal: reklam çağırışlarının və başlıqların işlənməsi. Reklamın diqqəti cəlb etməsi üçün onun parlaq və qeyri-adi bir girişi, yəni sürətli düşüncə aktivatoru olmalıdır.

Seçilmiş variantın yaxşı olub-olmamasını bilmək üçün reklamçı başlığı istehlakçıların və ya həmkarlarının sürətli düşüncəsi ilə sınaya bilər: işi onlara göstərib nəyin yaxşı və təsirli, nəyin isə hələ tamamlanmadığı ilə bağlı şərh almaq olar.

Marketinqdə buna fokus qrupları və A/B testi deyilir: reklam üçün uyğun bir ideya tapmaq üçün bir qrup insandan rəy almaq.

Gündəlik həyatda. Sadə bir misal həll etmək, avtomobil park etmək, evə ərzaq məhsulları almaq və ya danışıqlarda güclü bir gediş etmək: bütün bu hallarda sürətli düşüncədən istifadə olunur. Çünki bu hallarda çox düşünməyə vaxt olmur. Bu işlərdə təcrübə çox mühüm rol oynayır.

Analitik düşüncəni necə inkişaf etdirməli

Müəyyən sahədə məlumatları dərindən yoxlamaq və dəqiqləşdirmək üçün həmin sahədə təcrübə və bilikləri daim artırmaq zəruridir. Tibb universitetlərindən birində alimlər araşdırma aparıb. Bu testdə ikinci və dördüncü kurs tələbələri iştirak edib. Araşdırmada tibb tələbələrinin analitik düşüncənin qiymətləndirilməsinə yönəlmiş Ber testindən istifadə edilib. Bu zaman hər suala iki səhv cavab əlavə edilib.

Nəticə: ikinci kurs tələbələrinin orta xalı 61,2%, dördüncü kurs tələbələrinin isə orta xalı 82,2% olub.

 

Daniel Kahnemanın "Asta düşün. Tez qərar ver" kitabını oxuyun. Düşüncə sistemlərinin necə fəaliyyət göstərdiyini dərindən anlayacaqsınız. İntuisiyaya səhvləri niyə yaranır. İşlə bağlı məsələləri sürətli və analitik düşüncə vasitəsilə necə həll etmək olar.

Nəzəriyyənin beyində yalnız nəzəriyyə kimi qalmaması üçün analitik qabiliyyət testindən keçin. Məsələn, icra etdiyiniz layihə rutin və sadə olduqda. İşi icra edə bilər, işdən sonra isə 30-60 dəqiqənizi işin digər həllərinin axtarılmasına sərf edə bilərsiniz. Bu üsulla siz rutin işlərinin yeni daha sürətli və daha səmərəli həllərini tapa bilərsinız.

IT STEP proqramlarında tələbələr öz analitik düşüncə bacarıqlarını inkişaf etdirir. Müəyyən müddət sonra onların bilik və praktikası təcrübəyə, yəni sürətli düşüncəyə çevrilir. Tələbələr qeyri-standart məsələlərin həlli ilə məşğul olur, iş prosesləri arasında keçid edirlər. Təlim kurslarını bitirdikdən sonra onlar cəsarətlə "Analitik düşüncə" tələb olunan vakansiyalara sənəd ötürürlər.

 

 



Müəllif::

IT STEP Academy

Rəqəmsal Dizayn

İnteryer dizayner olmaq üçün nə bilmək lazımdır

Görünür, loft və xaytek üslubunda olan gözəl mənzillərin və ya kovboy üslubunda olan restoranların arxasında, yalnız dizaynerin yaradıcılığı, gözəlliyi və zövqü gizlənir. Əsas olan, insanlar dizaynı bəyənməsi, restoranın fotoşəkillərini instaqramda paylaşması və barmenin bar arxasında rahat kokteyl hazırlamasıdır - bunun üzərində işləyən şəxs isə interyer dizayneridir. Bu məqalədə interyer dizaynın nə olduğunu və başqalarını minimalizm, avanqard və ya yüzlərlə başqa üslubla necə sevdindirə biləcəyiniz barədə danışacağıq. İnteryer dizayner kimdir İnteryer dizayneri - gələcək təmir və binaların tikintisi üçün planlar yaradan mütəxəssisdir. Bu, restoran, kafe, kovorkinq mərkəzi, ofis, mənzil və ya biznes mərkəzi üçün olan plan ola bilər. Dizayner otağın daxili dekorasiyasə haqqında düşü

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Kibertəhlükəsizlik-bu çətindir? Amma yox!

İnternet təhlükəsizliyi qaydaları-etibarlı antivirus yükləmək və quraşdırmaqdan daha çoxudur. Kibertəhlükəsizlik üzrə mütəxəssisin IT STEP Kompüter Akademiyasında kurslarda nə öyrətdiyini öyrənin Təhlükəsizlik proqramını yaradın 2015-ci ildə proqramçılar Wired jurnalı üçün eksperiment bir aparıblar. Səbəb istənilən sistemin haker hücumlarına qarşı zəif olduğunu göstərməkdir. Hərəkətdə olan bir avtomobil kimi böyük və mürəkkəb bir cihaz belə. Hakerlər Jeep Cherokee markalı avtomobilin bort kompüterinə hücum ediblər. Sistemə girdilər, kondisioneri və şüşə silənləri işə saldılar. Sonra da avtomobili yolda saxlayaraq mühərriki tamamilə söndürdülər. Eyni zamanda, mütəxəssislər həmin vaxt Jeep-dən bir neçə kilometr aralıda olublar. Təcrübə uğurlu alındı,

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb sayt və ya sosial şəbəkələr üçün infoqrafika necə yaradılır

  İnfoqrafiya məlumatları daha asan formada təqdim edir: həmkarlar və menecerlər üçün hesabat, auditoriya üçün məqalənin xülasəsi və ya reklam təklifi - hədəf kütlə və ya digər reklamlar üçün. Bu məqalədə sizə infoqrafikanın nə olduğu və onların necə yaradılacağı haqqında danışacağıq. Yaxşı infoqrafikanın, qeyri- dəqiq məlumatlı, illüstrasiyasız və şəkilsiz infoqrafikadan: nə ilə fərqləndirdiyinə də baxacağıq. İnfoqrafika nədir İnsanlara məlumatlar maraqlı deyil: ensiklopediyaları və ya gəlir hesabatlarını oxumaq üçün vaxtları məduddur. Nəticələri və əsas məqamları başa düşmək daha vacibdir. Buna görə də insanlar məlumatları digər insanlar: rəhbərlik, həmkarlar və ya hədəf auditoriyası üçün sadələşdirir:. İnfoqrafika - məlumatı dəstəkləyici məqamlar, şəkillər və

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb dizayneri - peşə haqqında və necə olmaq barədə hər şey

Veb saytlar yaratmaq istəyirsinizsə, lakin kod yazmaq Everest dağına qalxmaq və ya paraşütlə tullanmaq kimidirsə, veb-dizayner peşəsinə daha yaxından nəzər salın. Onun veb-saytların yaradılmasında əli var: proqramlaşdırma və ya rəsm texnikası olmadan. Veb dizayneri nə edir? Veb dizayneri bir komandada veb saytlar və mobil proqramlar yaradan İT mütəxəssisidir. O, açılış səhifələri (landing page), çox səhifəli vebsaytlar, onlayn mağaza maketləri və veb proqramları yaradır. Netflix və ya Rozetka veb saytının dizaynı veb-dizaynerin işidir.       Tutaq ki, biz OLX-də velosiped satırıq. Mesaj lövhəsini tapmaq üçün brauzerə keçin və axtarış çubuğuna «internet-marketpleys» və ya «OLX» daxil edin. OLX veb-saytını axtarış sistemində tapmaq bizim üçün vacibdir. Siyahının birinci sətri olsa daha yaxşıdır. Enter düyməsini ba

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti