STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Korporativ İT iyerarxiyası: Junior, Middle və Senior kimlərdir?

IT Step

Proqramlaşdırma

19.07.2023

476 blog_count_views_5_9_11_14

Hər peşədə mütəxəssisin səviyyəsini təyin edən vəzifələr var. IT mütəxəssisləri arasında peşəkarlığı müəyyənləşdirmək üçün Junior, Middle və Senior anlayışlarından istifadə olunur. Bu adlar kimlərə verilir və bu adları necə almaq olar? Gəlin bu məsələlərlə daha ətraflı tanış olaq.

Junior, Middle və Senior kimlərdir?

Proqramçılar arasında iyerarxiya bölgüsü çoxdan istifadə olunur, lakin əvvəllər proqramçılar sadəcə təcrübəsiz mütəxəssis və aparıcı proqramçı adlandırılırdı. Hal-hazırda bu anlayışlar daha konkret və dəqiqdir. Bu, xüsusilə HR menecerləri üçün çox rahatdır, çünki bu bölgü sayəsində onlar hər hansı bir namizədin şirkətdə hansı vəzifədə çalışa biləcəyini müəyyənləşdirirlər. Bəs Junior, Middle və Senior kimlərdir?

Junior (ingilis dilində “gənc”) demək olar ki, dünən Universitetini bitirib işdüzəlməyə gələn təcrübəsiz bir proqramçıdır. O çox zaman bildiyi bir proqramlaşdırma dilində sadə işləri görür. Çətin tapşırıqlar ona hələ verilmir. Bir çox hallarda şirkətdə təcrübə toplamağa gələn stajorlar da Junior adlanır.

Juniorun maaşı sahib olduğu bacarıqlardan və işlədiyi şirkətin fəaliyyət sahəsindən asılıdır. Məsələn, Ukraynada Python proqramlaşdırma dilində işləyən Junior proqramçı əvvəlcə 30000 qrivna, bir ildən sonra isə 50000 qrivna maaş alır. Junior-frontend proqramçısı 70000 qrivna qazana bilər.

Junior səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali və ya natamam ali təhsil (ali texniki təhsilə üstünlük verilir);
  • Proqramlaşdırmanın əsaslarını bilmək;
  • Səhvlər üzərində əzmlə çalışmaq bacarığı;
  • Bacarıqlarını artırmaq istəyi;
  • Tənqidlərə açıq olmaq və onlara adekvat reaksiya vermək.

Middle (ingilis dilində "orta") karyera nərdivanının ortasında yer almış bir proqramçıdır. O artıq gənc Junior deyil, lakin hələ yüksək səviyyəli peşəkar da hesab olunmur. Bu proqramçının peşə baxımından inkişafı dayanmazsa, onun karyerası sürətlə yüksələ bilər.

Middle proqramçısına "yuxarıdan" daha az nəzarət tələb olunur. O olduqca təcrübəli bir əməkdaşdır. Onun işinə artıq müstəqil layihələr və mürəkkəb tapşırıqlar daxildir. Onun tabeliyində hələ heç kim olmasa da, rəhbərlik artıq onun komanda və yeni gələnlər ilə münasibətinə diqqət yetirə bilər. Middle proqramçılar təcrübəsiz mütəxəssislərə tövsiyələr verə və onlarla master-klasslar keçirə bilər.

Middle proqramçılarının maaşı onların üzərinə qoyulan vəzifələrdən asılı olaraq 70000-100000 qrivna və ya daha yüksək olur.

HR menecerləri qeyd edir ki, middle səviyyəli bir proqramçının bir müddətdən sonrakı mərhələdə gördüyü işinin keyfiyyət göstəriciləri onun ilkin mərhələdə gördüyü işin keyfiyyət göstəricilərindən kəskin şəkildə fərqlənir. Peşə baxımından inkişaf və Middle proqramçısının Senior proqramçısına çevrilməsi növbəti mərhələ və daha çox məsuliyyət deməkdir.

Middle səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali təhsil (ali texniki təhsilə üstünlük verilir);
  • Proqram mühəndisliyi işini bilmək;
  • OS, SUBD və veb xidmətləri ilə işləyə bilmək;
  • Ünsiyyətli olmaq;
  • Mübahisəli vəziyyətləri həll edə bilmək.

Senior (ispan dilində "ağa") standart bir həll yolu olmayan mürəkkəb məsələləri həll edə bilən yüksək səviyyəli bir veb proqramçısıdır. Bir neçə layihənin icrasını düşünən, tabeliyində olan bütün əməkdaşları nəzarətdə saxlayan və komanda liderini əvəz etməklə iş prosesinə rəhbərlik edən senior proqramçı tez bir zamanda karyera nərdivanında daha yüksək səviyyəyə yüksələ bilər.

Bu mütəxəssisləri HR meneceri çox nadir hallarda kənardan işə götürür. Adətən onlar inkişaf edib bu səviyyəyə şirkətin daxilində çatır. Direktorlar onları itirmək istəmir, xüsusən də onların peşə keyfiyyətləri şəxsi keyfiyyətləri ilə sıx bağlı olduqda. Burada komanda işi böyük əhəmiyyət kəsb edir, çünki senior səviyyəli proqramçı şirkətin bütün əməkdaşları ilə işləməyi bacarmalıdır.

Bu qədər məsuliyyət senior proqramçının maaşını iri şirkətlərdə 100000-200000 qrivna səviyyəsinə qaldırır.

Senior proqramçısı həm geniş sahədə, həm də müəyyən bir ixtisas üzrə işləyə bilər. Bu, şirkətin ölçüsündən və hər bir mütəxəssisin görməli olduğu işin həcmindən asılıdır. Xüsusi sahə üzrə ixtisaslaşmış mütəxəssislər öz sahələrinin əsl peşəkarı olur. Öz işində hər cür çətinlik görmüş və yaxşı təcrübə toplamış senior proqramçı əvəzolunmaz və müstəqil olur, eləcə də ona həvalə edilmiş bütün işləri mükəmməlcə görür. Onların yüksək əmək haqqı alması tam təbiidir.

Senior səviyyəli IT mütəxəssisinə qarşı tələblər

  • Ali təhsil (ali texniki və bir neçə ali təhsilə üstünlük verilir);
  • İxtisasartırma kursları, vebinarlar və master-klasslarda iştirak;
  • İri bir şirkətdə ən azı 2-3 il iş təcrübəsi;
  • Bütün mövcud vasitələrdən istifadə etməklə layihələrin hazırlanmasında daimi iştirak;
  • Kommersiya korporativ layihələrdə iştirak;
  • Komanda işi və komandaya nəzarət;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinə görə məsuliyyət, dedlaynlara nəzarət və şirkətin proqram təminatının keyfiyyətinin yoxlanması.

Bu bölgü nəyə lazımdır?

Çoxları proqramçıları bir cür iyerarxik sxemə bölməyin nəyə lazım olduğunu soruşur.

Birincisi, proqramçının maaşı birbaşa onun tutduğu mövqedən asılıdır.

İkincisi, təcrübəsiz proqramçıların hər biri Middle, sonra isə Senior olmaq üçün nə etməli olduğunu bilir. Onlar bir mərhələ ilə digər mərhələ arasındakı fərqi bilir və bu fərqi dəf etmək üçün necə işləməli olduğunu da aydın şəkildə başa düşür.

Üçüncüsü, proqramçıların arasındakı bu iyerarxiya onları öz kiçik dünyalarında ilişib qalmamağa və inkişaf edib yeni-yeni hədəflərə çatmağa təşviq edir.

Dördüncüsü, kənardan hər hansı bir işçinin işinin keyfiyyətinin qiymətləndirilməsində də bu sxemin üstünlükləri var. Middle proqramçısı işə düzəlməyə gələndə şirkətin rəhbəri işə təcrübəsiz bir proqramçı deyil, təcrübəli bir mütəxəssis götürdüyünü anlayır.

Hər bir təcrübəsiz IT işçisi zəhmət və əzm sayəsində hansı zirvələri fəth edə biləcəyini bilməlidir. Junior proqramçısından Senior proqramçısına aparan yoldakı bütün çətinlikləri dəf etməyə kömək edən amil motivasiya adlanır.



Müəllif::

IT STEP Academy

Rəqəmsal Dizayn

İnteryer dizayner olmaq üçün nə bilmək lazımdır

Görünür, loft və xaytek üslubunda olan gözəl mənzillərin və ya kovboy üslubunda olan restoranların arxasında, yalnız dizaynerin yaradıcılığı, gözəlliyi və zövqü gizlənir. Əsas olan, insanlar dizaynı bəyənməsi, restoranın fotoşəkillərini instaqramda paylaşması və barmenin bar arxasında rahat kokteyl hazırlamasıdır - bunun üzərində işləyən şəxs isə interyer dizayneridir. Bu məqalədə interyer dizaynın nə olduğunu və başqalarını minimalizm, avanqard və ya yüzlərlə başqa üslubla necə sevdindirə biləcəyiniz barədə danışacağıq. İnteryer dizayner kimdir İnteryer dizayneri - gələcək təmir və binaların tikintisi üçün planlar yaradan mütəxəssisdir. Bu, restoran, kafe, kovorkinq mərkəzi, ofis, mənzil və ya biznes mərkəzi üçün olan plan ola bilər. Dizayner otağın daxili dekorasiyasə haqqında düşü

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Kibertəhlükəsizlik-bu çətindir? Amma yox!

İnternet təhlükəsizliyi qaydaları-etibarlı antivirus yükləmək və quraşdırmaqdan daha çoxudur. Kibertəhlükəsizlik üzrə mütəxəssisin IT STEP Kompüter Akademiyasında kurslarda nə öyrətdiyini öyrənin Təhlükəsizlik proqramını yaradın 2015-ci ildə proqramçılar Wired jurnalı üçün eksperiment bir aparıblar. Səbəb istənilən sistemin haker hücumlarına qarşı zəif olduğunu göstərməkdir. Hərəkətdə olan bir avtomobil kimi böyük və mürəkkəb bir cihaz belə. Hakerlər Jeep Cherokee markalı avtomobilin bort kompüterinə hücum ediblər. Sistemə girdilər, kondisioneri və şüşə silənləri işə saldılar. Sonra da avtomobili yolda saxlayaraq mühərriki tamamilə söndürdülər. Eyni zamanda, mütəxəssislər həmin vaxt Jeep-dən bir neçə kilometr aralıda olublar. Təcrübə uğurlu alındı,

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb sayt və ya sosial şəbəkələr üçün infoqrafika necə yaradılır

  İnfoqrafiya məlumatları daha asan formada təqdim edir: həmkarlar və menecerlər üçün hesabat, auditoriya üçün məqalənin xülasəsi və ya reklam təklifi - hədəf kütlə və ya digər reklamlar üçün. Bu məqalədə sizə infoqrafikanın nə olduğu və onların necə yaradılacağı haqqında danışacağıq. Yaxşı infoqrafikanın, qeyri- dəqiq məlumatlı, illüstrasiyasız və şəkilsiz infoqrafikadan: nə ilə fərqləndirdiyinə də baxacağıq. İnfoqrafika nədir İnsanlara məlumatlar maraqlı deyil: ensiklopediyaları və ya gəlir hesabatlarını oxumaq üçün vaxtları məduddur. Nəticələri və əsas məqamları başa düşmək daha vacibdir. Buna görə də insanlar məlumatları digər insanlar: rəhbərlik, həmkarlar və ya hədəf auditoriyası üçün sadələşdirir:. İnfoqrafika - məlumatı dəstəkləyici məqamlar, şəkillər və

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb dizayneri - peşə haqqında və necə olmaq barədə hər şey

Veb saytlar yaratmaq istəyirsinizsə, lakin kod yazmaq Everest dağına qalxmaq və ya paraşütlə tullanmaq kimidirsə, veb-dizayner peşəsinə daha yaxından nəzər salın. Onun veb-saytların yaradılmasında əli var: proqramlaşdırma və ya rəsm texnikası olmadan. Veb dizayneri nə edir? Veb dizayneri bir komandada veb saytlar və mobil proqramlar yaradan İT mütəxəssisidir. O, açılış səhifələri (landing page), çox səhifəli vebsaytlar, onlayn mağaza maketləri və veb proqramları yaradır. Netflix və ya Rozetka veb saytının dizaynı veb-dizaynerin işidir.       Tutaq ki, biz OLX-də velosiped satırıq. Mesaj lövhəsini tapmaq üçün brauzerə keçin və axtarış çubuğuna «internet-marketpleys» və ya «OLX» daxil edin. OLX veb-saytını axtarış sistemində tapmaq bizim üçün vacibdir. Siyahının birinci sətri olsa daha yaxşıdır. Enter düyməsini ba

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti