STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Sertifikat və diplomlar xarici universitetlərə qəbul olmaqda necə yardımçı ola bilər?

IT Step

Soft Skills

Proqramlaşdırma

Şəbəkələr Və Kibertəhlükəsizlik

Rəqəmsal Dizayn

23.06.2023

476 blog_count_views_5_9_11_14

İnformasiya texnologiyaları sahəsinin kosmik sürətlə inkişaf etdiyini desək, güman ki yeni bir şey demiş olmayacayıq. IT sahəsində təhsil almaq prestijlidir, perspektivlidir və dünyanın istənilən nöqtəsində iş tapmaq imkanı yaradır.

 

Ölkə və təhsil müəssisəsi seçdikdə həmin ölkədə IT sahəsinin necə inkişaf etməsinə, məzunlrın uğur hekayələrinə və əlbəttə ki universitetin reputasiyasına xüsusi diqqət yetirmək lazımdır.

 

İnformasiya texnologiyaları sahəsində təhsil verən dünya universitetlərin top onluğu belə görsənir:

 

  • Massachusetts Institute of Technology (MIT)

  • Stanford University

  • Carnegie Mellon University

  • University of California, Berkeley

  • University of Oxford

  • University of Cambridge

  • Harvard University

  • EPFL

  • ETH Zurich - Swiss Federal Institute of Technology

  • University of Toronto

 

Dünyanın top IT universitetlərinin geniş siyahısı ilə bu linkə keçid etməklə tanış ola bilərsiniz.

 

Hər universitetinin özəl qəbul şərtləri və sənəd siyahısı var. Həmin şərtlər və sənəd siyahıları ilə universitetlərin rəsmi səhifələrində tanış olmaq olar.

 

Lakin, demək olar ki bütün universitetlərin qəbul komissyiları abituriyentlərin baza biliklərini yüksək qiymətləndirirlər. Bu bilikləri əsas təhsil müddətində və ya əlavə IT təhsili zamanı qazanılmış diplom və sertifikatlar vasitəsilə sübut etmək mütləqdir. Bu tip şəhadətnamələr nəyinki sizin qəbul olma şansınızı artıra, həmçinin universitet tərəfindən cəlbedici endirim almaq imkanını da yarada bilər!

 

Demək olar ki istənilən xarici universitetə qəbul olmaq üçün arzuolunan sənəd siyahısı təxminən aşağıdaki bəndlərdən ibarətdir:

 

  • Attestat (bakalavriat üçün), bakalavr/magistr diplomu (magistrauta/PhD üçün). Böyük Britaniya kimi bəzi ölkələrə qəbul zamanı müəyyən fənnlərdə qazanılan qiymətlər də rol oynaya bilər (məsələn riyaziyyat üzrə)

  • Motivasiya məktubu;

  • Tövsiyyə məktubu;

  • Qəbul imtahanlarının nəticələri (ABŞ üçün: SAT / ACT, GRE / GMAT, İsveçrə üçün ECUS);

  • İngilis dili biliklərinin təsdiqlənməsi (TOEFL / IELTS);

  • İntervyu, CV, sinifdən kənar nailiyyətlər, seçilmiş ixtisas üzrə verilmiş testlər və sertifikatlar. Məsələn Cisco tərəfindən təqdim olunan PCAP: Programming Essentials in Python və ya IT Essentials: The Fundamentals of Connecting Computers to Networks

 

STEP IT Academy birmənalı şəkildə sizin xarici texnologiya universitetlərinə doğru yolunuzda yardımçı ola bilər. Bizim Bootcampproqramımız sizə nəyinki IT sahəsində ilk addımınızı atmaqda, həmçinin təhsilinizi prestijli universitetdə davam etdirmək üçün lazımi sertifikatlar və sənədlərlə də təmin edə bilər.

 

Bootcamp-ın “Python Fundamentals” istiqamətini uğurla bitirmiş məzunlar Cisco şirkəti tərəfindən təqdim olunan PCAP: Programming Essentials in Python sertifikatını, “Computer Fundamentals” istiqamətimizin məzunları isə IT Essentials: The Fundamentals of Connecting Computers to Networks sertifakını əldə edirlər. Bundan əlavə siz Akademiyanın Bootcamp proqramını müvəffəqiyyətlə bitirməyiniz haqda sertifikatla da təltif olunursunuz.

 

Qəbul olmaq şansınızı artırmağa hazırsınız? Gözləməyin! Hər bir neçə aydan bir biz Bootcamp intensiv hazırlıq proqramlarının yeni qruplarına qəbul elan edirik. Menecerlərimiz tərəfindən elə indi konsultasiya alın!



Müəllif::

IT STEP Academy

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti