STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Oyun tərtibatçısı peşəsinə necə yiyələnmək olar?

IT Step

Proqramlaşdırma

14.08.2023

358 blog_count_views_5_9_11_14

Müasir dövrün kompüter oyunları bir neçə il əvvəlkilərlə müqayisədə daha istifadəçi yönümlü və populyardır. Bunun səbəbi yalnız onları oynamaq deyil, həm də onlar vasitəsilə pul qazanmaq imkanın yaranmasıdır.

Həm də yaxşı pul qazanan bir oyun tərtibatçısı olmaq üçün bir Dota oyunçusu nə etməlidir?

Həvəsi qazanc gətirən peşəyə çevirmək üçün nə etməli: oyunçulara 5 tövsiyə.

Oyunların yaradılmasında təcrübə toplamalı

Bir çox oyunçu müstəqil şəkildə kompüter oyunları yaratmağı düşünür. Əlbəttə ki, bunun üçün müəyyən bilik və bacarıq lazımdır. Əvvəlcə proqramlaşdırmanı öyrənməli, yəni proqramlaşdırma təlim kursuna yazılmaq lazımdır. Sonra oyun tərtibatına hazırlaşmalı: oyun bazarındakı vəziyyəti öyrənməlisiniz, hazırda nəyin populyar olduğunu və nəyə tələbatın olmadığını müəyyənləşdirməlisiniz. Təcrübəsiz oyun tərtibatçılarının oyunçular və oyun tərtibatçıları forumlarında qeydiyyatdan keçməsi də faydalı olar. Bu forumlarda oyunçular müəyyən oyunun təəssüratlarından bəhs edir, tərtibatçılar isə həmin oyunun yaradılmasına dair öz tövsiyələrini verir.

Unreal Engine və ya Unity proqramlarında işləməyi öyrənməli

Növbəti addım oyunların tərtibat (inkişaf) mühiti ilə işləmək bacarığını əldə etməkdir. Öyrənməyə yeni başlayanlar üçün onların ən əlverişlisi Unreal Engine və Unity proqramlarıdır. Bu iki oyun mühərriki, demək olar ki, bütün növ oyunların yaradılmasında ən çox istifadə olunur, çünki onlar smartfonlardan tutmuş mürəkkəb oyun konsollarınadək 20-dən çox oyun cihazında dəstəklənir. STEP Kompüter Akademiyasında kiçik uşaqlar da oyun inkişafını öyrənir. Bu görə də uşağınıza aktual bir peşə vermək istəyirsinizsə, kiçik Kompüter Akademiyasından yaxşısı olmadığına əmin olun.

GİT sistemlərinin və məlumat bazasının nə olduğunu bilməli

Müxtəlif məlumat bazalarından məlumatları birbaşa almaq qabiliyyətinə malik Git fayl sistemi oyunun inkişafında çox vacib bir elementdir. Bu sahədə biliyiniz olmasa, oyuna dair məlumatlarınız saxlanılmaz və ümumi istifadəyə ötürülməz.

Git ən yaxşı və ən məhsuldar versiyalara nəzarət sistemlərindən biridir. Onun ilkin kodunun açıq olması oyun tərtibatçısı peşəsinə yiyələnmək üçün yaxşı imkanlar yaradır.

Qrup şəklində işləməyi öyrənməli

Oyun yaratmaq yalnız kod yazmaqdan ibarət deyil. Oyunun yaradılması bütün bir qrupun (komandanın) işidir. Bu layihədə aşağıdakı mütəxəssislər iştirak edir:

  • oyun dizaynerləri;
  • animatorlar;
  • rəssamlar;
  • veb dizaynerlər;
  • kopirayterlər;
  • sınaqçılar və başqaları.

Hamı ilə dil tapmağı bacarmalısan.

OYP proqramlaşdırmanın metodologiyasının əsaslarını öyrənməli

 

OYP (obyekt yönümlü proqramlaşdırma) proqramın tərkibindəki məlumatlar sayəsində idarə oluna və sadələşdirilə bilən sadə bloklara çevrilməsi prosesidir. Onun metodologiyası qarşılıqlı əlaqəli obyektlərin, yəni blokların vəhdətindən ibarətdir.

OYP mürəkkəb bir proqramı obyektlərə bölməklə daha sadə və anlaşıqlı hala gətirmək xüsusiyyətinə malikdir. Bu obyektlərin hər biri öz sinfinə aid olur, bu siniflər isə vərəsəlilik iyerarxiyasını təşkil edir. Oyunların yaradılmasında OYP-dən geniş istifadə olunur, çünki bu zaman oyundakı səhvlərin sayının azalmasına nail olmaq mümkün olur, kodun strukturu isə daha yaxşı qurulur.

Bundan əlavə, OYP-nin köməyi ilə yaradılmış oyunun personajları daha təbii görünür.

Unreal Engine və Unity proqramlarından hansı daha yaxşıdır?

Hal-hazırda ən çox müqayisə olunan iki məşhur mühərrik var. Onlar UE4 və Unity5 oyun mühərrikləridir. Bəs onların üstünlüyü nədədir? Birində personajların təbiiliyi və qrafikanın keyfiyyəti, digərində isə istifadə rahatlığı. Bir çox tərtibatçı onlar üçün nəyin daha vacib olduğunu anlaya bilmir: qrafikanın gözəlliyi və çoxlu vaxtın sərf olunması və ya oyunun sadəliyi və az vaxtın sərf olunması. Bu mühərriklərin hər birinin müsbət və mənfi cəhətləri var. İndi biz onları sadalayarıq.

Unreal Engine oyun yaratmaq üçün nəzərdə tutulmuş pulsuz rahat bir mühitdir. Unreal Engine 4 proqramının istifadəsinin böyük bir üstünlüyü oyunun demək olar ki, kod olmadan qurulmasıdır. İri həcmli oyun yaratmaq üçün, əlbəttə ki, C++ proqramlaşdırma dilində işləmək bacarığı tələb olunur.

Unreal Engine proqramında qrafika standart olaraq daha yaxşıdır, lakin tərtibatçı peşəkardırsa, oyuna istənilən mühərrikdə gözəllik verə bilər. Unreal Engine vasitəsilə oyun yaradarkən effektlər çox yaxşı alınır və olduqca sadə mexanizmlə əldə edilir.

Unity milyonlarla insanın oyun yaratdığı mühərrikdir. Unity-də versiya yeniləmələri dəstəyi yoxdur. Bu o deməkdir ki, oyun özünün yazıldığı versiyada işləyər. Ancaq bunun da öz üstünlükləri var. Belə ki, yeniləmələrdən sonra yaranan səhvlər mövcud olmur.

Şübhəsiz, proqramçı peşəsini öyrənməyə yeni başlayanlar üçün məhz bu proqram uyğundur, çünki onun istifadəsi daha asandır və o, C++ dilindən daha asan olan C# dilində yazılır.

Öyrənməyə yeni başlayanlara xoş bir bonus: Unity proqramının çox gözəl dəstəyi var, tərtibatçı forumlarını axtarmağa və tərtibatçının cavab verməsini gözləməyə ehtiyac yoxdur.

Oyun tərtibatçısı nə qədər qazanır?

Oyun tərtibatçısı peşəsinə əmək haqqının asılı olduğu bəzi iyerarxik anlayışlar daxildir. Gəlin bir oyun tərtibatçısının nə qədər qazandığına baxaq.

Orta rəqəmi götürsək,Azərbaycanda oyun tərtibatçısı ayda 2500-3000manat qazanır. Bu, iş axtarışı saytlarından alınan məlumatdır. Orta təcrübəli oyun tərtibatçısına məhz bu qədər maaş təklif olunur.

Təcrübəsiz tərtibatçılara təklif olunan məbləğ bir qədər daha azdır. O, ayda 1000-1500 manat qazanır. Bu, ədalətli yanaşmadır, çünki oyunun inkişafına qoyulan vəsait təcrübəsiz bir mütəxəssisin ucbatından təhlükəyə məruz qala bilməz.

Müstəqil şəkildə öyrənib oyun tərtibatçısı olmaq mümkündürmü?

Nəzəri cəhətdən buna nail oluna bilər, lakin xeyli vaxt çəkər. Oyun tərtibatçısı olmağın daha rahat və daha qısa yolu yaxşı bir mütəxəssisdən və ya keyfiyyətli proqramlaşdırma kursunda təlim almaqdır.

Əlbəttə ki, müstəqil şəkildə öyrənmə daha ucuz başa gəlir. Bundan əlavə, hal-hazırda pulsuz vebinarlarların sayı da çoxdur. Lakin həmin vebinarlarda çoxlu vaxt itirib, heç bir biliyə yiyələnməmək ehtimalı da çox böyükdür.



Müəllif::

IT STEP Academy

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti