Professionallığın artırılması üçün vacib komponentlər: istək, inad, daim öyrənməkdir. Əgər proqramlaşdırmanı və ya veb – tərtibatı məktəbdə deyil, misal üçün universitetdən sonra və ya bir neçə illik iş təcrübəsindən sonra öyrənirsinizsə, yenə də qərarlılıq, məqsədyönümlük və inad kimi keyfiyyətlər lazım olacaq.
Əksər tərtibatçıların fikirləri ona əsaslanır ki, hər kəs proqramlaşdırmanı, misal üçün saytlar və veb - əlavələr işləyib hazırlamağı və veb – tərtibatçı olmağı bacarar.
Proqramlaşdırma dilinin öyrənilməsi, saytların və mobil əlavələrin yaradılması yalnız kitab oxumaqla alınmayacaq. Ona görə ki, proqramlaşdırma – tətbiqi elmdir. Təcrübə isə daha yaxşı nəzəriyyədir. Nəzəriyyəni bilmək vacibdir, lakin təcrübəsiz bu və yə digər əlavələrin və ya saytların yaradılması zamanı tərtibatçıları nələrin gözlədiyini bilmək çətindir.
Yaratmağa başlayın
Yeni mövzunu öyrənən zaman, daha yaxşı olardı ki, öyrəndiyiniz vaxt dərhal təcrübəyə keçin və əldə etdiyiniz bilikləri layihə üzərində işdə istifadə etməyə başlayın. Bu halda təhsil effektiv olacaq. Özünüz üçün veb - əlavələr yazın və ya mobil oyunlar hazırlayın. Daha yaxşı olardı ki, bəzi problemləri həll etməyə çalışın. Axı özünüz üçün tərtibat və aktual problemlərin (biznes, bazar, istifadəçi) həlli üçün tərtibat tamamilə fərqli yanaşma tələb edir. Biznesdə problemləri həll etmək və lazımi əlavələri yaratmaq bacarığını qiymətləndirirlər.
İş – təhsil yeridir
İlk iş yerinə təhsil məkanı kimi baxmaq lazımdır. İşəgötürənlər üçün iş axtaranların motivasiyası vacibdir, onlar nə üçün məhz bu şirkətdə və bu layihədə işləmək istəyirlər. Tərtibatçılar üçün layihədə istifadə olunan texnologiyaların prioritetləri vacib olmalıdır.
Şirkətdə dərhal yalnız tərtibatı öyrənmək deyil, eyni zamanda komanda işinin biliklərinə yiyələnmək, kommunikasiyanı öyrənmək və digər tərtibatçılar ilə qarşılıqlı münasibətdə olmaq, müştərilər ilə münasibət qurmaq qaydalarını anlamaq lazımdır. Ünsiyyətin çatışmamasından və ya onun qeyri – effektivliyindən layihənin icrası və tərtibatçıların birbaşa olaraq öz öhdəliklərinin icrası əziyyət çəkir.
Digərlərini öyrətmək
Təcrübənin ötürülməsi bilikləri qüvvətləndirir. Müəllimlər ilə işləmək vacib deyildir. Tələbələr üçün tərbiyəçi və ya müəllim olmaq, proqramlaşdırma üzrə uşaqlar ilə dərnəklər aparmaq mümkündür. Bloq yaratmaq və tərtibatda olan təcrübən, və üzləşdiyin problemlər barəsində yazmaq və əlbətdə ki, forumlarda hansı həll yollarının əldə olunduğundan danışmaq və bununla da öz biliklərini paylaşmaq olar.
Daim öyrənmək
Əgər proqramlaşdırma yolundasınızsa, özünüzü fasiləsiz təhsilə və yeni biliklərin əldə olunmasına yönləndirməlisiniz. Tərtibatçıların hər zaman öyrənməli nələrsə vardır. Kitablar, kurslar, forumlar, müxtəlif dərsliklər hər zaman yararlıdır. İnformasiya texnologiyası sahəsində hər şey o qədər tez dəyişir ki, tərtibatçılar işlədikləri və ya işləyəcəkləri texnologiyalarda baş verən yeniliklər barəsində öyrənməlidirlər.
Öz işlərini təqdim etmək
Tərtibatçılar üçün forumları oxuyun. StackOverFlow səhifəsinin daimi qonağına çevrilin. Sizin GitHub proqramında işləyə bildiyinizi göstərən layihələrinizi yerləşdirin.
Nəhayət öz vizit kartı – saytınızı yaradın. Bu saytda işlərinizdən nümunələr, sifarişçilər və işəgötürənlər üçün məlumatlar yerləşdirin, proqrammistlər üçün bloq idarə edin. Bu fəaliyyət minimum olaraq, iki səbəbə görə faydalıdır: əlavə tərtibat təcrübəsi və öz işlərinizin portfoliosu.
Ümid edirik ki, Kenın məsləhətləri tələbələrə daha yaxşı oxumaqda və tərtibatda öz professionalizm səviyyələrini artırmaqda yardım edəcək.
Hətta əgər “Proqram təminatının yaradılması” sahəsində artıq təhsil alırsınızsa, verilən məsləhətlər proqramlaşdırma üzrə biliklərinizi möhkəmlətməkdə və öz təhsilinizi maksimum effektiv etməkdə sizə yardım edəcək.
İT sahəsində çox maraqlı bir karyeraya başlamaq istəyirsinizmi? O zaman Step İT Akademiyasının Proqram Təminatının Yaradılması ixtisasındaoxumağa gəlin: