STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Sualtı kabellərin həyatı

IT Step

Şəbəkələr Və Kibertəhlükəsizlik

06.06.2023

362 baxış

1956-ci il sentyabrın 25-də ilk transatlantik telefon kabeli istismara verilmişdir. Sizin qarşınızda niyə internet indiyədək göydə deyil su altında yaşayır mövzusunda kiçik FAQ (Tez-tez soruşulan sual) var.

Niyə telekommunikasiya şirkətləri kabellər yerinə peyklərdən istifadə etmirlər?

Peyklər bir çox məqsədlər üçün çox münasibdir: onları fiber optik kabellərin hələ mövcud olmadığı məkan üçün istifadə etmək olar, üstəlik onlar məlumatları bir nöqtədən bir neçə nöqtəyə ötürə bilərlər. Ancaq məlumatların mərhələli şəkildə ötürülməsində fiber optikdən yaxşısı yoxdur.Bu cür kabellər az Bu məsrəflərlə daha böyük həcmli məlumatları ötürə bilər.

Peyk vasitəsilə keçən beynəlxalq trafikin həcmini dəqiq öyrənmək çətindir, lakin bu həcmin olduqca az olduğunu dəqiq deyə bilərik. ABŞ Federal Rabitə Komissiyası tərəfindən nəşr olunan statistika göstərir ki, peyklər ABŞ-ın bütün beynəlxalq potensialının yalnız 0,37% -ni təşkil edir.

Yaxşı, bəs mənim smartfonum? Axı o simsiz məlumat mübadiləsi istifadə edir.

Siz telefon istifadə etdiyiniz zaman məlumatları kabelsiz olaraq yalnız ilk kommunikasiya qüllələrinə ötürürsünüz ki, onlar da məlumatları artıq torpaq və ya sualtı ilə ötürür.

Neçə sualtı kabel var?

2017-ci ilin əvvəlində bütün dünya üzrə təxmini olaraq 428 sualtı iş kabeli qeydə alınmışdı. Bu say həmişə dəyişir, çünki yeni kabellər qoşulur və köhnələr sıradan çıxarılır.

Onlar necə işləyir?

Müasir sualtı kabellər, yuxarıda dediyi kimi fiber-optik texnologiyadan istifadə edir. Elektrik siqnalı mikrolazerlər tərəfindən yayılmış işığa çevrilir və tel üzərindən digər uca olan qəbulediciyə yüksək sürətlə ötürülür.

Onlar qalındırmı?

Kabelin özü sarğını nəzərə alsaq təxmini olaraq suvarma şlanqı qalınlğındadır. Ancaq siqnalların ötürüldüyü kabelin daxili elementlərinin qalınlığı insan tükünün qalınlığına bərabərdir. Kabelin daxili telləri bir neçə qat izolyasiya və qoruyucu material ilə örtülmüşdür. Kabelin davamlılığını qorumaq məqsədilə sahil zonasından keçən hissələrini əlavə təbəqə örtür.

Kabellər həqiqətən düz okeanın dibində dayanır?

Bəli. Sahil yaxınlığında onların zədələnməsinin qarşısını almaq məqsədilə torpaq altında yerləşdirirlər. Buna görə də çimərliklərdə onları görmək mümkün deyil.

Əlbəttə ki, kabellər dənizin ən təhlükəsiz sahələrində qüsur, balıqçılıq zolaqları, lövbərlər üçün açılış sahələri və kabel üçün digər təhlükələr olmayan hissələrdə yerləşdirilməlidir. Sualtı kabel çəkilişi ilə məşğul olan şirkətlər qərəzsiz xəsarət ehtimalını azaltmaq üçün kabellərin harda yerləşdiyini açıq şəkildə bildirirlər.

Köpəkbalığı (akula) onları yeyirmi?

Kabellərin akulalar tərəfindən zədələnməsi KİV-in miflərindən biridir. Keçmişdə akulaların bir neçə dəfə kabellərə “hücum etməsindən” sonra bu, məqalələrin məşhur mövzusu olmuşdur. Bugünkü gün onlar kabellər üçün əsas təhlükə hesab olunmurlar. Bununla belə tez-tez, orta hesabla ildə 100 dəfə zədələnirlər. Siz bu zədələnmələr haqqında nadir hallarda eşidirsiniz, ona görə ki, bu sahədə işləyən şirkətlər “rəqəmlərdə təhlükəsizlik” yanaşmasından istifadə edirlər: kabel bərpa olunana qədər xidmət edəcəyi məlumat axını digər kabellər arasında paylanacaq.

Bütün kabellərin ümumi uzunluğu nə qədərdir?

2017-ci ilədək bütün əməliyyat kabellərinin ümumi uzunluğu təxminən 1,1 milyon kilometr təşkil edir.

Bəzi kabellər çox qısadır: CeltixConnect şirkətinin İrlandiya və Böyük Britaniyanı birləşdirən kabeli Cəmi 131 kilometrdir. Digər kabellər isə inanılmaz dərəcə uzun ola bilər, məsələn, Asia America Gateway kabelinin uzunluğu 20000 kilometr təşkil edir.

Kabellər kimə məxsusdur?

Ənənəvi olaraq kabellər onların istifadəsi ilə maraqlananlar tərəfindən konsorsium yaradan telekommunikasiya agentliklərinə aid idi. Ötən əsrin 90-cı illərin sonlarında yeni şirkətlərin axını çox sayda xüsusi kabellər yaratdı ki, onların gücü istifadəçilərinə satıldı.

Bu gün həm özəl, həm konsorsiumlara məxsus kabellər mövcuddur. Kabel vasitəsilə məlumat köçürmələrinin təşkilində ən böyük dəyişiklik bu işlə məşğul olan şirkətlərdə baş verdi.

Kabel işində əsas investorlar Google, Facebook, Microsoft və Amazon kimi məzmun təminatçılarıdır. Özəl operatorların məzmun təminatçıları kimi genişləndirdikləri gücün həcmi son illər ərzində internet-magistral operatorlarının təmin etdiyi həcmi ötüb keçib.

Bu kabelləri kim istifadə edir?

Məsələn, siz. Sualtı kabellərin potensial istifadəçiləri – müxtəlif insanlar və şirkətlər, hökümət, mobil rabitə operatorları, transmilli korporasiyalar və məzmun təminatçılarıdır. İnternetdə daxil olan hər bir insan cihazdan asılı olmayaraq artıq sualtı kabeldən istifadə etmiş sayılır.

Onlar hansı həcmdə olan informasiyanı ötürə bilərlər?

Bütün kabellər ötürmə qabiliyyəti müxtəlifdir. Yeni kabellər 15 il öncə qoyulanlarda daha çox məlumatı ötürmə qabiliyyətinə malikdir. İstifadəyə hazır MAREA kabeli, məlumatları saniyədə 160 terabit səviyyəsində ötürə bilər.

Facebook və Google öz peyklərini və dronlarını sınaqdan keçirir və buraxır. Kabellərin hələ də gələcəyi varmı?

Hər iki şirkət bu layihələrə investisiya yatırırlar ki, planetin az inkişaf etmiş hissələrində internetə çıxış məhdudlaşdırılan və ya ümumiyyətlə internet olmayan yerlərdə internetə qoşulmanı təmin etsinlər. Onlar hələ ki, sualtı kabellərin əvəzinə peykləri və dronları istifadə etməyi planlaşdırmırlar.

Facebook və Google fiber optik kabellərin çəkilməsini maliyyələşdirməyə davam edirlər. Məsələn, hər iki şirkət Pacific Light Cable Network layihəsinə investisiya yatırır.



Müəllif::

IT STEP Academy

Rəqəmsal Dizayn

İnteryer dizayner olmaq üçün nə bilmək lazımdır

Görünür, loft və xaytek üslubunda olan gözəl mənzillərin və ya kovboy üslubunda olan restoranların arxasında, yalnız dizaynerin yaradıcılığı, gözəlliyi və zövqü gizlənir. Əsas olan, insanlar dizaynı bəyənməsi, restoranın fotoşəkillərini instaqramda paylaşması və barmenin bar arxasında rahat kokteyl hazırlamasıdır - bunun üzərində işləyən şəxs isə interyer dizayneridir. Bu məqalədə interyer dizaynın nə olduğunu və başqalarını minimalizm, avanqard və ya yüzlərlə başqa üslubla necə sevdindirə biləcəyiniz barədə danışacağıq. İnteryer dizayner kimdir İnteryer dizayneri - gələcək təmir və binaların tikintisi üçün planlar yaradan mütəxəssisdir. Bu, restoran, kafe, kovorkinq mərkəzi, ofis, mənzil və ya biznes mərkəzi üçün olan plan ola bilər. Dizayner otağın daxili dekorasiyasə haqqında düşü

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Kibertəhlükəsizlik-bu çətindir? Amma yox!

İnternet təhlükəsizliyi qaydaları-etibarlı antivirus yükləmək və quraşdırmaqdan daha çoxudur. Kibertəhlükəsizlik üzrə mütəxəssisin IT STEP Kompüter Akademiyasında kurslarda nə öyrətdiyini öyrənin Təhlükəsizlik proqramını yaradın 2015-ci ildə proqramçılar Wired jurnalı üçün eksperiment bir aparıblar. Səbəb istənilən sistemin haker hücumlarına qarşı zəif olduğunu göstərməkdir. Hərəkətdə olan bir avtomobil kimi böyük və mürəkkəb bir cihaz belə. Hakerlər Jeep Cherokee markalı avtomobilin bort kompüterinə hücum ediblər. Sistemə girdilər, kondisioneri və şüşə silənləri işə saldılar. Sonra da avtomobili yolda saxlayaraq mühərriki tamamilə söndürdülər. Eyni zamanda, mütəxəssislər həmin vaxt Jeep-dən bir neçə kilometr aralıda olublar. Təcrübə uğurlu alındı,

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb sayt və ya sosial şəbəkələr üçün infoqrafika necə yaradılır

  İnfoqrafiya məlumatları daha asan formada təqdim edir: həmkarlar və menecerlər üçün hesabat, auditoriya üçün məqalənin xülasəsi və ya reklam təklifi - hədəf kütlə və ya digər reklamlar üçün. Bu məqalədə sizə infoqrafikanın nə olduğu və onların necə yaradılacağı haqqında danışacağıq. Yaxşı infoqrafikanın, qeyri- dəqiq məlumatlı, illüstrasiyasız və şəkilsiz infoqrafikadan: nə ilə fərqləndirdiyinə də baxacağıq. İnfoqrafika nədir İnsanlara məlumatlar maraqlı deyil: ensiklopediyaları və ya gəlir hesabatlarını oxumaq üçün vaxtları məduddur. Nəticələri və əsas məqamları başa düşmək daha vacibdir. Buna görə də insanlar məlumatları digər insanlar: rəhbərlik, həmkarlar və ya hədəf auditoriyası üçün sadələşdirir:. İnfoqrafika - məlumatı dəstəkləyici məqamlar, şəkillər və

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb dizayneri - peşə haqqında və necə olmaq barədə hər şey

Veb saytlar yaratmaq istəyirsinizsə, lakin kod yazmaq Everest dağına qalxmaq və ya paraşütlə tullanmaq kimidirsə, veb-dizayner peşəsinə daha yaxından nəzər salın. Onun veb-saytların yaradılmasında əli var: proqramlaşdırma və ya rəsm texnikası olmadan. Veb dizayneri nə edir? Veb dizayneri bir komandada veb saytlar və mobil proqramlar yaradan İT mütəxəssisidir. O, açılış səhifələri (landing page), çox səhifəli vebsaytlar, onlayn mağaza maketləri və veb proqramları yaradır. Netflix və ya Rozetka veb saytının dizaynı veb-dizaynerin işidir.       Tutaq ki, biz OLX-də velosiped satırıq. Mesaj lövhəsini tapmaq üçün brauzerə keçin və axtarış çubuğuna «internet-marketpleys» və ya «OLX» daxil edin. OLX veb-saytını axtarış sistemində tapmaq bizim üçün vacibdir. Siyahının birinci sətri olsa daha yaxşıdır. Enter düyməsini ba

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti