STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

IT Step

02.11.2023

668 blog_count_views_5_9_11_14

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır.

Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır.

Veb saytlar üçün cəlbedici interfeyslər yaratmağınıza kömək edəcək əsas qanunlara nəzər salaq.

UI dizaynının əsas prinsipləri

Kompozisiya prinsipləri

Kompozisiya interfeys dizaynının əsas istiqamətlərindən biridir. Bu, səhifədə elementlərin yerləşdirilməsi və tənzimlənməsi mənasına gəlir. Elementlərin asan tapıldığı və istifadəçilər üçün başa düşülən, rahat və məntiqli struktur yaratmaq vacibdir. Elementləri elə yerləşdirin ki, informasiya asan başa düşülsün və naviqasiya intuitiv olsun.

Sahə (space) və modul (grid) şəbəkəsi ilə işləmək

Səhifədə sahədən səmərəli istifadə UI dizaynının vacib istiqamətidir. İnterfeysin dağınıq və ya çox boş görünməməsi üçün, doluluq və boşluq arasında tarazlıq yaratmağa çalışın . Elementləri yerləşdirmək və ardıcıl, balanslaşdırılmış interfeys yaratmaq üçün modul şəbəkəsindən (grid) istifadə edin.

Elementlərin tarazlığı və uyğunlaşdırılması

Səhifədə vizual balans yaratmaq və elementlərin dağınıq görünməməsi üçün elementləri səhifədə bərabər şəkildə yerləşdirin. Nizam və səliqə hissi yaratmaq üçün mətni, düymələri, şəkilləri və digər elementləri üfüqi və şaquli olaraq nizamlayın.

İstifadəçinin baxış axınını nəzərə alınmaqla

İstifadəçinin baxış axınını başa düşmək sizə əsas interfeys elementlərini mümkün qədər görünən və əlçatan etməyə kömək edəcək. Nəzərə alın ki, istifadəçilər çox vaxt səhifəni yuxarıdan aşağıya və soldan sağa doğru nəzərdən keçirirlər. Ən vacib elementləri və məlumatları istifadəçinin səhifəyə baxarkən ilk görəcəyi sahələrə yerləşdirin.

İndi isə istifadəçi interfeysi dizaynında mühüm rol oynayan rəng sxemi, tipoqrafiya və ikon istifadəsinə nəzər salaq.

Rəng sxemi və rəngin istifadəsi

Rəng, istifadəçilərin emosional qavrayışına və onların interfeys ilə qarşılıqlı əlaqəsinə təsir etdiyi üçün UI dizaynında mühüm rol oynayır. Bu bölmədə biz, rəng sxemlərinin əsaslarına və effektiv interfeyslər yaratmaq üçün rəngdən necə istifadə ediləcəyinə baxacağıq.

Rəng təsirinin psixologiyası

Rəng insanların duyğularına və assosiasiyalarına güclü təsir göstərir. Hər bir rəng müəyyən hisslər və əhval-ruhiyyə yaradır. Məsələn, mavi sakitlik və inamla, qırmızı enerji və ehtirasla, yaşıl təbiət və təravətlə əlaqələndirilə bilər. Rəng psixologiyasını başa düşmək, istifadəçidə düzgün təəssürat yaratmaq və interfeysiniz üçün düzgün rəngləri seçməyə kömək edəcək.

Rəng sxeminin seçilməsi

İnterfeys üçün rəng sxemi seçərkən, bir-birinə uyğun gələn və harmonik görünüş yaradan rənglərdən istifadə etmək tövsiyə olunur. Rəng sxemini seçmək üçün bir neçə yanaşma var, məsələn analoji rənglər (rəng çarxında bir-birinin yanında olan rənglər), tamamlayıcı rənglər (rəng çarxında bir-birinə əks olan rənglər) və monoxrom rənglər (bir rəngin müxtəlif çalarlar).

UI dizaynında rəng sxemi. UI dizaynında rəng sxeminin nümunəsi

Vurğu və naviqasiya üçün rənglər

Rəng əsas interfeys elementlərini vurğulamaq və istifadəçilər üçün məntiqi naviqasiya yaratmaq üçün istifadə edilə bilər. Məsələn, kliklənən keçidlər və ya düymələr üçün parlaq rəngdən istifadə edə bilərsiniz ki, onlar istifadəçinin diqqətini cəlb etsin. İstifadəçilərin saytda rahat hərəkət etməsi üçün və ehtiyac duyduqları məlumatları asanlıqla tapa bilməsi üçün veb saytınızın müxtəlif bölmələrinə və ya kateqoriyalarına müxtəlif rənglər də tətbiq edə bilərsiniz.

Tipoqrafiya və oxunaqlılıq

Şriftlərin düzgün seçimi və onların düzgün kombinasiyası, mətnin qavranılmasına və saytın ümumi görünüşünün estetikasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Düzgün şriftlərin seçilməsi

İnterfeysiniz üçün şriftləri seçərkən onların üslubunu, əhval-ruhiyyəsini və hədəf auditoriyasını, eləcə də oxunaqlılığını və kontekstlə nə dərəcədə uyğunlaşdığını nəzərə almalısınız. Fərqli şriftlər müxtəlif emosiyalar və təəssüratları əks etdirir. Məsələn, serif şriftləri rəsmi və klassik hiss yaradarkən, sans serif şriftləri isə adətən müasirlik və minimalizmlə əlaqələndirilir. Qalın və kursiv kimi müxtəlif şrift üslublarını birləşdirmək əsas elementləri vurğulamağa və ya mətndə vurğu yaratmağa kömək edə bilər.

Şriftin ölçüsü və üslubu

Şrift ölçüsünün artırılması istifadəçinin diqqətini başlıqlara və əsas mövzulara cəlb edir, əlavə məlumat üçün isə daha kiçik şrift ölçüsündən istifadə etmək olar. Bundan əlavə, qalın və ya kursiv kimi müxtəlif şrift üslublarından istifadə müəyyən söz və ya ifadələri vurğulamağa kömək edir və mətni daha ifadəli edir. Nəzərə almaq lazımdır ki, mətn hətta kiçik şrift ölçülərində də kifayət qədər oxunaqlı olmalıdır.

UI dizaynı üçün şriftlər

İnterfeys dizaynında istifadə olunan Google Fonts-dan nümunələr

Müxtəlif cihazlarda mətnin oxunması

İstifadəçilərin müxtəlif ekran ölçüləri olan müxtəlif cihazlarda mətnə baxdığını nəzərə almaq vacibdir. Maksimum oxunaqlılığı təmin etmək üçün müxtəlif görüntü keyfiyyətində (resolution) və cihazlarda yaxşı görünən şriftləri seçin. Mətnin çox kiçik olmadığına və hətta kiçik ekranda da oxunaqlı olduğundan əmin olun. Lazım gələrsə, böyüdülə bilən şriftlərdən istifadə edə bilərsiniz.

İkonlar və Piktoqramlardan istifadə

İkonlar və piktoqramlar veb-saytın və ya tətbiqin blokları üçün marker funksiyası daşıyır və interfeysin başa düşülməsini artırır. Məsələn, əlavə etmək, silmək, saxlamaq və ya çap etmək üçün düymələri göstərməklə istifadəçilərin saytda asanlıqla və tez hərəkət etməsinə kömək edin. Piktoqramlar universal və ya müəyyən sahələrə xas ola bilər, onlardan istifadə informasiyanın qavranılmasını asanlaşdırır.

Uyğun ikonların hazırlanması və seçilməsi

İkonları tərtib edərkən və ya seçərkən onların aydın olmasını və kontekstlə uyğunluğunu nəzərə almaq vacibdir. İkonlar sadə və asanlıqla tanınmalıdır ki, istifadəçilər dərhal onların mənasını başa düşə bilsinlər. İkonların ölçüsü də vacibdir, onlar görünəcək qədər böyük olmalıdır, lakin çox böyük olmamalıdır.

İkonları əldə etməyin bir neçə yolu var: onları özünüz yaratmaq, hazır ikon dəstlərindən istifadə etmək və ya peşəkar dizaynerlərə müraciət etmək. Öz ikonalarınızı yaratmaq qərarına gəlsəniz, formaları sadə və şəkilləri aydın formada hazırlayın.

UX dizaynında ikonlar

İkonlar və piktoqramlar dəstləri nümunəsi

 

Aydın olmanı artırmaq üçün ikonlarda istifadə

İkonlar veb saytın aydınlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır və onu istifadəçilər üçün daha cəlbedici edir. Onlar düymələrdə, naviqasiya panellərində, siyahılarda və digər interfeys elementlərində istifadə oluna bilər. Məsələn, böyüdücü şüşə işarəsi axtarış, çəkic işarəsi redaktə, ürək işarəsi isə sevimlilərə əlavə etmək mənasını verə bilər.

Uğurlu interfeys dizaynının prinsipləri

Sadəlik və aydınlıq: Yaxşı interfeys istifadəçilər üçün sadə və aydın olmalıdır. İstifadəçilərin asanlıqla naviqasiya edə və tapşırıqları tamamlaya bilməsi üçün lazımsız mürəkkəblikdən və lazımsız elementlərdən çəkinin.

Ardıcıllıq: Bütün interfeys vizual üslubunda ardıcıl olmalıdır, yəni bütün məlumatlar bir-birinə uyğun olmalıdır və çaşqınlıq yaratmamalıdır. Bu, istifadəçilərə, tez bir zamanda interfeysə sürətli alaşmağa 0və interfeysdən istifadə edərək rahat hiss etməyə kömək edir.

Oxunma və əlçatanlıq: Mətn kifayət qədər kontrast və düzgün şrift seçimi ilə oxunması asan olmalıdır. Nəzərə alın ki, istifadəçilər interfeysə müxtəlif cihazlarda və ekran ölçülərində baxa bilərlər.

Naviqasiya rahatlığı: İstifadəçilərin interfeysdə asanlıqla naviqasiya edə bilməsi və lazım olan məlumatları tapa bilməsi vacibdir. Menyular, keçidlər və düymələr kimi intuitiv naviqasiya elementlərindən istifadə edin.

İstifadəçi tapşırıqlarına fokuslanmaq: İnterfeys dizaynı istifadəçilərin ehtiyaclarına və tapşırıqlarına yönəldilməlidir. İstifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqədə olacağını və məqsədlərinə çatmağa kömək edəcək elementlərə diqqət yetirin.

Vizual cazibə: Estetik istifadəçi interfeysi dizaynında mühüm rol oynayır. Xoş və cəlbedici interfeys yaratmaq üçün rənglərin, nisbətlərin, formaların və teksturaların kombinasiyasından istifadə edin.

Uyğunlaşma (adaptive) və həssaslıq (responsive): Veb inkişafının bugünkü dünyasında istifadəçilərin interfeysinizə baxacağı müxtəlif cihazları və ekranları nəzərə almaq vacibdir. Mobil cihazlarda, planşetlərdə və stolüstü kompüterlərdə yaxşı görünməsi üçün onu responsive  edin.

Detallara diqqət: Məlumatın bloklara bölünməsi, elementlərin hizalanması, adekvat doldurma və xətt hündürlüyünün istifadəsi kimi kiçik detallara diqqət yetirin. Bu kiçik detallar interfeysin oxunmasında və başa düşülməsində böyük fərq yarada bilər.

Test və geri dönüş (feedback): İnterfeys dizaynını yaratdıqdan sonra real istifadəçilərlə sınaqdan keçirmək vacibdir. Geri dönüş problemləri müəyyən etməyə və interfeysi mümkün qədər istifadəçi dostu və intuitiv olması üçün təkmilləşdirməyə kömək edəcək.

Ən son trendlər və ən yaxşı təcrübələr: UI dizaynında ən son tendensiyaları izləyin, uğurlu layihələrdən və ən yaxşı təcrübələrdən istifadə edin. Bu, sizə ilham almağa və dizaynınıza yeni ideyalar tətbiq etməyə kömək edəcək.

İstifadəçi interfeysi dizaynında peşəkar olmaq istəyirsinizsə, IT STEP akademiyasında Rəqəmsal Dizayn kursuna qoşulun və cəlbedici interfeyslər yaratmaq üçün ən son metod və texnikaları öyrənin.



Müəllif::

IT STEP Academy

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti