STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Kodlaşdırma istedadı olmayan şəxs qısa zamanda proqramçı olmaq üçün nə etməlidir

IT Step

Soft Skills

Proqramlaşdırma

Rəqəmsal Dizayn

05.05.2023

670 blog_count_views_5_9_11_14

Proqramçılar deyir ki, hər kəs öz işini ömür boyu öyrənməlidir, bu yolda inkişaf etməlidir. Bu, istənilən peşə üçün bir həqiqətdir: hüquqşünas qanunlardakı dəyişiklikləri, marketoloq xarici təcrübəni və öz auditoriyasının maraq dairəsini, proqramçı isə yeni proqramlaşdırma dillərini öyrənir.

Məqalədə biz sizi uzun illər təcrübə yığmadan və yüzlərlə kitab oxumadan proqramçı olmağın üsulları ilə tanış edirik. İlk kodunuzu yazmaq üçün siz uzun müddət öyrənmək və universitetdə 5 il oxumaq məcburiyyətində qalmayacaqsınız.

Az oxuyun, çox işləyin

Proqramlaşdırmağı öyrənməyə yeni başlayanlar çox zaman minlərlə səhifəlik kitablar alır, mövzuya dair bloqlara abunə olur və proqramlaşdırma ilə bağlı forumlara üzv olurlar. Onlar biliyin heç zaman çox olmadığına inanırlar. Onlar düşünür ki, nə qədər çox məlumat alsalar, bir o qədər daha yaxşı proqramlaşdıra bilərlər. Lakin gəlin bir proqramçının nəzəriyyə deyil, təcrübə ilə mükəmməlləşdiyini unutmayaq.

Photoshop-a dair kitabın üzünü açmamısınızsa, qrafik dizaynı öyrənə bilməzsiniz. Çertyoj çəkməyi və onu oxumağı bilmirsinizsə, o zaman raket yığmağı bacarmazsınız. Kod yazmayanadək insan proqramlaşdırmanı öyrənə bilməz. Kitab oxumaq, təlim kursunda təhsil almaq, maarifləndirici videoya baxmaq təcrübə yığmaq demək deyil. Bütün bunlar məlumatın qavranmasıdır.

Orta oxu sürəti saatda 50 səhifə təşkil edir. 1000 səhifədən ibarət bir kitab 20 saat ərzində oxuna bilər. İnsanlardan oxuduqları kitablardan nəyi xatırladığını soruşsanız, insanların niyə kitablardan çox az öyrənməsinin və ya eyni kitabı niyə 10 dəfə oxumasının səbəbini bilərsiniz.

Daha uzun müddət öyrənmək istəyirsinizsə, oxumaqdan əlavə heç nə etməyin.

Diqqətinizi yalnız bir kitabda və ya kursda cəmləyin. Tutaq ki, C++ proqramlaşdırma dilini öyrənməyə qərar vermisiniz. Bu halda dəyişənlərə qədər oxuyub dərhal məşq edin. Kod redaktorunu açın (məsələn, Visual Studio Code) və öyrəndiyiniz mövzunu praktikada tətbiq edin.

Kitabdan bir misal götürüb onu redaktora köçürün. Qiymətləri dəyişin, onların mövqeyini dəyişin, işi sınayın. Yalnız belə siz özünüzün güclü və zəif tərəfini müəyyən edə, eləcə də növbəti fəsilə keçməzdən əvvəl nəyi təkrarlamalı olduğunuzu bilə bilərsiniz. Bu, emalatxanada işləməyə bənzəyir: illərlə dəzgahın necə işlədiyi haqqında oxuyar, lakin işə başladıqda heç nəyi bilmədiyinizi anlaya bilərsiniz.

Oxuduğunuzu işdə tətbiq edin. Yazdığınızı işə salıb, sınaqdan keçirin

İkinci problem kitabdakına bənzər bir kod yazıb daha onunla heç nə etməməkdir. Çoxları elə bilir ki, kodu dərslik üzrə və ya mütəxəssisin tövsiyəsi ilə yazıbsa, deməli, kodda hər şey düzdür.

Bir misala baxaq. Bir mühəndis günlərlə çertyojları araşdırır. O hər bir cizgini, hər bir xırda detalı öyrənir. Onu yuxudan oyadıb ondan mühərrikin necə işlədiyini soruşsaq, bütün elementləri sadalayar və onların funksiyasını izah edər. Ancaq işə gəldikdə, o heç nə bilmir. Mühəndis çertyojları öyrənməklə kifayətlənib. O, öz biliklərini heç yerdə sınamayıb, tətbiq etməyib. Bu, doğru yanaşma deyil.

Etibar et, amma yoxla. Riyazi proqram 5 və 2 dəyişənlərinin toplayıb 7 ədədini verirmi? Arxiv proqramına mətn faylları ilə birgə şəkil faylları da, yoxsa yalnız mətn faylları əlavə edilir? Kodun və onun elementlərinin necə işlədiyini anlasanız, kodu mükəmməlləşdirmək imkanınız da olar. Dərsliyi yenidən oxumağa, yeni təlim kursu almağa ehtiyac olmaz.

Kitablardan, kurslardan, Youtube videolarından öyrəndiyiniz hər bir xırda detalı sınaqdan keçirin. Başqa bir imkan kod şablonlarından istifadə etməkdir. Bu, məsləhət almaq üçün yanınızda heç kimin olmadığı zaman kömək edər. Kitablar inkişafdan geri qalır, kitablardan aktual misallar götürmək mümkün olmur.

Bəs şablonu necə əldə etmək olar? Şablonu siz aşağıdakı mənbələrdən əldə edə bilərsiniz:

  • Proqramlarla bağlı marketpleys (codester.com).
  • C++ və C# üçün Visual Studio layihə şablonları (pulsuz).
  • Android və iOS üçün 6000 min ödənişli şablon (codecanyon.net).
  • Forumlar, mövzu qrupları, həmkarlarınız.

Təlim kursuna yazılmaq olar. Maarifləndirici məlumatı təkrar-təkrar oxumaq əvəzinə siz dərhal düzgün istiqamətdə addımlar atırsınız. Səhviniz olarsa, onu biz Google-da axtarış və forum olmadan düzəldərik və səbəbini söyləyərik. IT STEP Akademiyasındakı təlim kursları haqqında daha çox məlumat əldə etmək üçün bu linkə daxil olun.

Öz səhvlərinizi düzəldərək öyrənin

Ən yaxşı hal problemi tapıb həll etməkdir. Bu zaman insan harada səhvə yol verilə bilmədiyini və necə düzgün edəcəyini başa düşür. Kodda səhv tapmaq üçün proqramçılar bir neçə üsuldan istifadə edir. Yeni başlayanlar üçün Debugger uyğun gəlir.

Fallout oyunu üçün kod yazdığınızı düşünün. İstifadəçi oyuna başlayır və səhvə rast gəlir.

Oyun işə düşmür, bu isə o deməkdir ki, proqramçı səhv edib. Öyrənməyə yeni başlayanlar forumlara müraciət edir və ya təcrübəli proqramçılardan cavab istəyir. Çox güman ki, lazımi cavabı alar və səhvini düzəldər. Bu variantda insana harada və niyə səhv etdiyi ilə bağlı izah verilmir. Bənzər bir problem meydana gəldikdə, həmin təcrübəsiz proqramçı cavab almaq üçün yenidən foruma müraciət edəcək.

Şparqalka sevənlər məktəbdə 2 qrupa bölünür. Birinci qrupa cavabları internetdən götürən və yoxlama işi zamanı onları köçürən şagirdlər daxildir. İkinci qrup isə şparqalkaya cavab yazan və yazılanın belə olmasının səbəbini araşdıran şagirdlərdən ibarətdir. Qrupların davranışı aşağıdakı hallarda fərqlidir:

  • Şparqalkada səhv varsa, birinci qrupun şagirdləri onun köçürüb iki alır, ikinci qrupun şagirdləri isə səhvi evdə aşkar edib başqa və düzgün şparqalka yazır.
  • Yeni keçilən dərsdə ötən dərsdəki üsullardan, terminlərdən istifadə olunursa, birinci qrupun şagirdləri heç nə anlamaz, ikinci qrupun şagirdləri isə ötən dərsi və şparqalkadakı cavabları analiz edib, yeni ev tapşırığını yerinə yetirə və yoxlama işinə hazırlaşa bilər.

Materialları daha sürətli və səmərəli öyrənmək üçün ikinci qrupun şagirdləri kimi davranın. Sizin hazır kodunuz var. O, kitabdan və ya təlim kursundan götürülən bir misaldır. Bu halda o, bir şparqalka rolunu oynayır. Kodunuzda bilərəkdən səhvə yol verin. Sonra isə kodu debugger vasitəsilə düzəldin.

Bu, Visual Studio Code kod redaktoru misalında aşağıdakı kimi olur:

Debug rejimi F5 düyməsi ilə işə düşür

Debugger kodu sətirbəsətir oxuyur. Səhv aşkar edildikdə, sizə bir neçə yolla xəbər edilir:

1.       Qırmızı dalğalı xətt həmin mövqedəki səhvi düzəltməyinizin zəruri olduğunu bildirir.

2.       Yaşıl dalğalı xətt həmin mövqeyi araşdırmanızın zəruri olduğunu bildirir. Sətir və ya dəyişən kodun işinə mane olmursa, onu atlayıb işə davam etmək lazımdır.

3.       İstisna halları aşağıdakı şəkildəki kimi.

Bildirişdə kod sətrinin verilənləri oxumadığı göstərilir.

Təlimat Microsoft Visual Studio Code redaktorunun "Sazlama" bölməsində yazılır. Nəzəriyyəni öyrənmisinizsə və səhvləri təhlil etməyə hazırsınızsa, o zaman təlimatı oxuyun və özünüzü Visual Studio Code redaktorunun səhv şablonunda sınayın. Təlimatla siz rus dilində də tanış ola bilərsiniz.

Xülasə

Az oxuyun, çox işləyin. Proqramlaşdırma dünyasını yalnız sınaq və səhv yolu ilə öyrənmək olar. Proqramlaşdırmanı təkbaşına öyrənirsinizsə, o zaman daha sürətli öyrənə və minlərlə kitab almaya bilərsiniz.

Təlimçidən dərs alsanız, institutun 5 ilini 2,5 ilədək endirə bilərsiniz. Həftədə 2 dəfə həmkarlarınızla birgə praktik işlər görür, proqramlaşdırmanı daha dərindən öyrənir və ilk həftələrdən portfolio üzərində işə başlayırsınız. Bu layihələr işə düzələrkən müsahibədə göstərilir. Alacağınız təcrübə təlimçi olub başqalarına kömək etmək üçün kifayət edəcək.



Müəllif::

IT STEP Academy

Rəqəmsal Dizayn

İnteryer dizayner olmaq üçün nə bilmək lazımdır

Görünür, loft və xaytek üslubunda olan gözəl mənzillərin və ya kovboy üslubunda olan restoranların arxasında, yalnız dizaynerin yaradıcılığı, gözəlliyi və zövqü gizlənir. Əsas olan, insanlar dizaynı bəyənməsi, restoranın fotoşəkillərini instaqramda paylaşması və barmenin bar arxasında rahat kokteyl hazırlamasıdır - bunun üzərində işləyən şəxs isə interyer dizayneridir. Bu məqalədə interyer dizaynın nə olduğunu və başqalarını minimalizm, avanqard və ya yüzlərlə başqa üslubla necə sevdindirə biləcəyiniz barədə danışacağıq. İnteryer dizayner kimdir İnteryer dizayneri - gələcək təmir və binaların tikintisi üçün planlar yaradan mütəxəssisdir. Bu, restoran, kafe, kovorkinq mərkəzi, ofis, mənzil və ya biznes mərkəzi üçün olan plan ola bilər. Dizayner otağın daxili dekorasiyasə haqqında düşü

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Kibertəhlükəsizlik-bu çətindir? Amma yox!

İnternet təhlükəsizliyi qaydaları-etibarlı antivirus yükləmək və quraşdırmaqdan daha çoxudur. Kibertəhlükəsizlik üzrə mütəxəssisin IT STEP Kompüter Akademiyasında kurslarda nə öyrətdiyini öyrənin Təhlükəsizlik proqramını yaradın 2015-ci ildə proqramçılar Wired jurnalı üçün eksperiment bir aparıblar. Səbəb istənilən sistemin haker hücumlarına qarşı zəif olduğunu göstərməkdir. Hərəkətdə olan bir avtomobil kimi böyük və mürəkkəb bir cihaz belə. Hakerlər Jeep Cherokee markalı avtomobilin bort kompüterinə hücum ediblər. Sistemə girdilər, kondisioneri və şüşə silənləri işə saldılar. Sonra da avtomobili yolda saxlayaraq mühərriki tamamilə söndürdülər. Eyni zamanda, mütəxəssislər həmin vaxt Jeep-dən bir neçə kilometr aralıda olublar. Təcrübə uğurlu alındı,

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb sayt və ya sosial şəbəkələr üçün infoqrafika necə yaradılır

  İnfoqrafiya məlumatları daha asan formada təqdim edir: həmkarlar və menecerlər üçün hesabat, auditoriya üçün məqalənin xülasəsi və ya reklam təklifi - hədəf kütlə və ya digər reklamlar üçün. Bu məqalədə sizə infoqrafikanın nə olduğu və onların necə yaradılacağı haqqında danışacağıq. Yaxşı infoqrafikanın, qeyri- dəqiq məlumatlı, illüstrasiyasız və şəkilsiz infoqrafikadan: nə ilə fərqləndirdiyinə də baxacağıq. İnfoqrafika nədir İnsanlara məlumatlar maraqlı deyil: ensiklopediyaları və ya gəlir hesabatlarını oxumaq üçün vaxtları məduddur. Nəticələri və əsas məqamları başa düşmək daha vacibdir. Buna görə də insanlar məlumatları digər insanlar: rəhbərlik, həmkarlar və ya hədəf auditoriyası üçün sadələşdirir:. İnfoqrafika - məlumatı dəstəkləyici məqamlar, şəkillər və

ШАГ логотип

Rəqəmsal Dizayn

Veb dizayneri - peşə haqqında və necə olmaq barədə hər şey

Veb saytlar yaratmaq istəyirsinizsə, lakin kod yazmaq Everest dağına qalxmaq və ya paraşütlə tullanmaq kimidirsə, veb-dizayner peşəsinə daha yaxından nəzər salın. Onun veb-saytların yaradılmasında əli var: proqramlaşdırma və ya rəsm texnikası olmadan. Veb dizayneri nə edir? Veb dizayneri bir komandada veb saytlar və mobil proqramlar yaradan İT mütəxəssisidir. O, açılış səhifələri (landing page), çox səhifəli vebsaytlar, onlayn mağaza maketləri və veb proqramları yaradır. Netflix və ya Rozetka veb saytının dizaynı veb-dizaynerin işidir.       Tutaq ki, biz OLX-də velosiped satırıq. Mesaj lövhəsini tapmaq üçün brauzerə keçin və axtarış çubuğuna «internet-marketpleys» və ya «OLX» daxil edin. OLX veb-saytını axtarış sistemində tapmaq bizim üçün vacibdir. Siyahının birinci sətri olsa daha yaxşıdır. Enter düyməsini ba

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti