Məqalədə biz 2023-cü ildə həm şirkətlərdə, həm də frilansda tələbatın böyük olacağı ilk beş peşədən bəhs edirik.
Frilanserin əsas üstünlüyü onun bir neçə şirkətlə birdən işləyə və tədricən öz xidmətlərinin qiymətini artıra bilməsidir. Burada hər şey bilik və bacarıq səviyyəsindən, danışıqlar aparmaq bacarığından, özünü təqdim etmək qabiliyyətindən, təcrübədən və portfoliodan asılıdır. Yalnız bir proqramlaşdırma və ya dizayn biliyi kifayət deyil.
Frilansda işi icra edən şəxsin yaşı ilə bağlı heç bir məhdudiyyət yoxdur. 45 yaşı olan bir kəs sayt yaratmağı sevir və bacarırsa, frilansda onun yolu açıqdır. Burada insana deyil, onun işin öhdəsindən gəlmə bacarığına qiymət verilir.
Front-end proqramçısı
Bu terminlə tanış olmayanlar üçün qeyd edək ki, frontend proqramçısı saytın xarici dizaynını tərtib edən insandır. Gəlin veb-dizaynerin və sayt tərtibatçısının nəyi, necə və hansı ardıcıllıqla icra etməsi ilə tanış olaq.
Veb-dizayner saytı qrafik redaktorda yığır. O, düymələrin şəklini çəkməli, blokların dizaynını düşünməli və mətni başlıqlar, siyahılar və şəkillərlə birgə düzgün yerləşdirməlidir. O, dizaynın saytda necə görünəcəyini bilir: ekranın çözümünü nəzərə alır, dizaynı kompüter və mobil qurğulara uyğunlaşdırmağı bacarır.
Saytın dizaynı hələ saytın özü demək deyil. Onu internetdə görmək və onun düymələrinə tıklamaq mümkün deyil. Sayt üzərində işin növbəti mərhələsində köməyə frontend proqramçısı gəlir.
O, tərtibatçı və proqramçı peşələrini icra edir.
Bir tərtibatçı kimi o, dizaynı serverə köçürür. O, bunu insanların sayta daxil olub veb-dizaynerin işini görməsi üçün edir.
Bir proqramçı kimi o, məsələn, interaktiv elementləri tənzimləyir. Bu, hər hansı bir məhsulun sifariş forması olarsa, onda o, düyməni sıxmaqla sifariş formasının və ya əks əlaqənin yaradılması səhifəsinin açılmasını təmin edir (şirkətin ünvanı və telefon nömrəsi ilə birgə).
Front-end proqramçısı üçün hər zaman iş var: sayt sifarişləri çox olur, yeni konsepsiyalar sınaqdan keçirilir, dizayn dəyişdirilir. Bunun üçün yaxşı tərtibatçı lazım olur.
Saytda interaktiv formalar olarsa, yaxşı bir proqramçıya da ehtiyac yaranır.
IT STEP Kompüter Akademiyasındakı «Front-end» kursunda biz frontend proqramçısı ixtisasını tədris edirik. Tələbələr internet platformaları üçün əsas tərtibat və proqramlaşdırma dillərini öyrənir (HTML, CSS və Javascript). Diplom işlərinin yazılması ilə yanaşı, təlim zamanı portfolio da yığıla bilər: kod elementləri, onların saytda tətbiq edilməsi, tələbələrin öz işləri. Daha ətraflı məlumatla siz bu linkdə tanış ola bilərsiniz.
QA Engineer
Proqramı, mobil proqram tətbiqini və ya saytı müştəriyə təqdim etməzdən əvvəl sınaqçı onu yoxlayır. Proqram Windows-da və MacOS-da işləyirmi? Bəs kompüter və smartfonda necə?
Sınaqçı saytın səhvsiz işə düşməsini və işləməsini təmin edir.
Proqramı iki yolla sınaqdan keçirmək olar: əllə və avtomatik şəkildə. Bu səbəbdən də sınaqçılar da iki cür olur: əllə işləyən və proqramla işləyən sınaqçılar.
Birincisi proqramları əl ilə sınayır.
Tutaq ki, hər hansı bir onlayn mağazasına daxil olmuşuq. Sifariş vermək üçün müvafiq düyməni sıxırıq. Malın adı, yaşayış ünvanımız, adımız, soyadımız və malın qiyməti göstərilən bir səhifə açılır.
Bəs mağazanın işə salınmasından əvvəl düymənin işləyib-işləmədiyini necə bilmək olar? Sınaqçı bir təlimat yazır: "Ssenarini yoxlamaq üçün saytın əsas səhifəsinin ünvanını daxil etmək və düyməni tıklamaq lazımdır". Testin nəticəsi analitiklərə ötürülür. Onlar isə onu proqramçılara ötürür. Buna test təlimatı deyilir.
Avtomatik test əl testindən bir qədər fərqlənir. Sınaqçı həm əl, həm də proqram testini bilməlidir: hansı variantın daha sürətli olacağını heç vaxt əvvəlcədən demək olmur. Əsas səhifəyə daxil olub düyməni proqramla yoxlamaq onu üzərinə siçanla tıklamaqdan daha çox vaxt aparır.
❌ Sınaqçı saytı və ya proqram tətbiqini yaxşılaşdırmır. Bunun üçün şirkətlərdə proqramçılar və analitiklər çalışır. Və ya digər frilanserlər işə götürülür. Sınaqçının vəzifəsi proqramın işi haqqında hesabatdır. O sadəcə nəyin işlədiyini və nəyin işləmədiyini qeyd etməlidir.
Hal-hazırda UpWork saytında 350-dən çox sayt testi ilə bağlı iş var.
«Front-end» kursunda biz iki ay deyil, bir il ərzində təlim keçirik. Bu müddət ərzində tələbələr müxtəlif mühitlərdə QA testi üzrə biliklər əldə edir: sayt, proqram tətbiqi, oyunlar. Son dərslərdə müsahibədən necə keçməyi öyrədirik: CV yazırıq və portfolio hazırlayırıq.
Kopirayter
Burada söhbət yazıçılardan, məktəb inşalarını sevənlərdən və filoloji təhsili olan digər insanlardan getmir. Kopirayterin işi yazıçılıq və ya jurnalistikadan fərqlidir.
Kopirayter biznes üçün mətnlər yazır. Və demək olar ki, bu mətnlər hər zaman marketinq məsələləri ilə əlaqəli olur.
Bir qrup kopirayter gələcək lendinqlər, yəni bir səhifəlik saytlar üçün mətnlər yazır. Müəllifin vəzifəsi satılan məhsul və onun oxuculara necə kömək edəcəyi barədə məlumat verməkdir.
Digər qrup kopirayter 1-100 səhifə sayında kommersiya təklifləri yazır. Öz mətnlərində onlar şirkətin rəqiblərlə müqayisədə üstünlükləri, satılan məhsullar və onların insanlar üçün faydalarından bəhs etməlidir. Bu mətnlər istehlakçılar üçün deyil, gələcək partnyorlar, sifarişçilər və ya investorlar üçün yazılır.
Bəzi kopirayterlər bloq mətnləri və ya sosial şəbəkə postları yazır. Bu mətnlərin bir neçə məqsədi ola bilər: məhsulları tanıtmaq, kurslara cəlb etmək, şirkətin hər hansı bir məsələ ilə bağlı təcrübəsini göstərmək (məsələn, İT sahəsində və ya alüminium borularının istehsalı sahəsində). Yaxşı kopirayterin işinin nəticəsi şirkətin etibar qazanmasındadır. O, oxucu üçün də faydalıdır: məqalələri sevirlər, bloqlara və sosial şəbəkələrə abunə olurlar, yeni postları izləyirlər.
UX-kopirayterlər xüsusi məsələlərin həlli ilə məşğul olur. Onlar interfeys üçün mətnlər yazmaqla saytdakı düymələri, menyu formalarını və ya kateqoriyaları təsvir edir.
❌ 404 səhifəsini (xəta səhifəsi) olduğu kimi saxlaya bilərsiniz. Bu zaman istifadəçinin keçməsi üçün tıklamağa linki olmur. Yalnız saytı bağlamaq qalır.
✅ UX mətni yaza bilərsiniz: 404 xətası ilə rastlaşdıqda istifadəçinin nə edəcəyini düşünün. Xəta səhifəsində məqalələrə bir neçə link əlavə etsəniz, istifadəçi saytı bağlamaz, keçid edib oxumağa davam edər.
Kopirayter olmağın üstünlüyü çeviklikdir. Bu insan adətən internet marketinqi, biznes mətnləri haqqında məlumatlıdır. O həmişə həm frilansda, həm də şirkətdə sifariş ala bilər. Məsələn, IT bloqu üçün mətn yaza və eyni zamanda SPA salonu saytı üzərində işləyə bilər.
Və ya əlaqəli peşələrə keçə bilər: marketoloq, redaktor, product manager.
SMM mütəxəssisi
Çox zaman SMM mütəxəssisi kimi marketoloq, məhsul meneceri, tarqetoloq və kopirayter işləyir. Bəzən operator və ssenarist. Bu qədər peşəni birləşdirməkdə məqsəd müştərini və ya onun məhsullarını sosial şəbəkələrdə tanıtmaqdır.
Şirkətinizə Instagram-da bir bloq lazımdır? SMM mütəxəssisi mətnlər yazar, eləcə də hekayələr və videolar üçün ssenarilər üzərində düşünər. Abunəçi toplamaq lazım olduqda isə reklam yaradıcılığı ilə məşğul olar, tarqetoloq tapar və ya reklamı özü işə salar.
Bloggerlər vasitəsilə təlim kursu satmaq istəyirsiniz? SMM mütəxəssisi bu məsələdə məşhur bloggerlər tapar, pul və ya məhsul müqabilində onların internet hesablarında reklam yerləşdirər.
Yaxşı bir SMM mütəxəssisinin əsas xüsusiyyəti reklam və platformaları sınamaqdır. Məsələn, hal-hazırda Tiktok-da SMM çox məşhurdur. Bu sosial şəbəkədə videolar yerləşdirilir, hətta hesabın hələ abunəçisi olmadıqda belə. Reklamın strukturunu, videonun ssenarisini və fonunu düşünmək lazımdır – auditoriyanın marağını oyatmaq və diqqəti cəlb etmək üçün.
SMM mütəxəssisinin maaşı müştərilərin sayından, işin həcmindən və hesabdakı abunəçilərdən asılıdır. 1000 abunəçisi olan bir səhifəyə xidmət göstərən SMM mütəxəssisi ilə 100 min abunəçisi olan bir səhifənin SMM mütəxəssisinin maaşından 10 dəfə az ola bilər.
Motion Designer (Mouşn Dizayner)
Bu mütəxəssis 2023-cü ilin ən populyar frilans peşələri siyahısında aparıcı mövqelərin birindədir. O, statik təsviri animasiyaya və ya videoçarxa çevirir.
Mouşn dizaynerin işinin bir Youtube nümunəsi: The Best Motion Design and Animation of 2022 (So Far...)
Motion Design saytlarda, təqdimatlarda, oyunlarda və ya proqram tətbiqlərdə istifadə olunur.
Videooyun treylerini xatırlayın. O, süjetdən parçalar və uydurma personajları olan bir filmdir. Başlanğıcda bir sıra statik illüstrasiya var. Oyuna onları oyun dizayneri köçürür: hərəkətləri, partlayışları və ya maşının təkərinin fırlanmasını. Youtube videosu üçünsə bu işləri Motion Designer görür.
Oyun dizayneri oyun mühərriki ilə işləyir. Motion Designer isə video və animasiya montajı üçün nəzərdə tutulmuş proqramlarla işləyir.
Animasiya qrafikası təsvir, mətn və səs kimi üç informasiya kanalından istifadə edir. Bu çox zaman marketinqin xeyrinə işləyir.
Məsələn, bir çox insan videooyun oynayır və onlar üçün oyun personajını anlamaq və qavramaq daha asandır. Şirkətlər işçilər və ya məhsul testləri haqqında video çəkməkdən daha çox personaj şəkli çəkmək üzərində işləyir.
Başqa bir misal Web3 layihələrilə bağlıdır. NFT kolleksiyalı ilə hər hansı bir sayt açın: onlar dizayn və animasiya səviyyəsinə görə rəqabət aparır. Şəkildə nə qədər çox hərəkət varsa, kolleksiya bir o qədər maraqlı olur. Bunu 2 misalla ilə müqayisə edin:
Motion Designerin animasiyanın lazım olduğu hər yerdə işi var: oyunlar, reklam, kriptovalyuta, NFT, televiziya. O heç də həmişə şirkət tərkibində olmur: tez-tez birdəfəlik layihələrdə frilanser kimi işləyir. Məsələn, NFT kolleksiyası üçün saytda bir video və ya animasiya düzəldir.