Şirkətdə "şəbəkə mühəndisi" vəzifəsində işləyən şəxs nə etməlidir? Çoxları ona bütün elektron cihazların nəzarətçisi və mütəmadi olaraq printerin kartricini yeniləyən şəxs kimi baxırlar.
İndi isə biz şəbəkə mühəndisliyinin sıfırdan öyrənilməsi haqqında söhbət açacağıq. Şəbəkə mühəndisi əslində tamamilə fərqli bilik və bacarıqlara malik olmalıdır. Onlar aşağıdakılardır:
- Linux və Windows daxil olmaqla müxtəlif əməliyyat sistemlərinin iş prinsiplərinə bələd olmaq və onları bir-biri ilə əlaqələndirmək;
- MS Office ofis proqram paketindəki bütün proqramları bilmək;
- İşlədiyi şirkətdə istifadə edilən mühasibat, qrafik və digər proqramlar haqqında təsəvvürə malik olmaq (belə ki, istifadə olunan proqramlar bütün şəbəkənin işinə birbaşa təsir göstərir);
- kompüterin komponentlərini və quruluşunu bilmək (belə ki, bəzən sistemdəki proqram nasazlıqları kompüterin sıradan çıxmasına səbəb olurlar)
Şəbəkə mühəndisliyi dərsləri sizə internet, poçt, ATS və digər ofis obyektlərinin daim işlək vəziyyətdə saxlanmasına cavabdeh olacağınızı da tez bir zamanda aşılayacaq. Bunlardan əlavə, siz korporativ şəbəkə qurmağı bacarmalı və onun da daim işlək vəziyyətində olmasına nəzarət edəcəksiniz.
Müstəqil şəkildə öyrənmək olarmı?
Şəbəkə texnologiyaları haqda bəzi məlumatları siz internetdən ala bilərsiniz. Təcrübə göstərir ki, siz internetdən yalnız konkret məsələlərin həllini tapa bilərsiniz. Lakin bu biliklər sizdə yaxşı nəzəri və praktiki əsasın yaranmasına kifayət etməyəcək. Peşəkarlar şəbəkə mühəndisi olmaq üçün internetdəki dərslərə baxmağın kifayət etmədiyi qərarına gəliblər. Bəli, İnternetdə kifayət qədər çox tədris materialı tapmaq olar. Lakin onların sistemləşdirilməsi sual altındadır. Bu amil isə yenicə öyrənməyə başlayan tələbə üçün çox vacibdir. Çünki məlumatın mərhələ şəkilində verilməsi və onun hər mərhələdə təcrübə ilə möhkəmləndirilməsi uğurlu təlimin əsasıdır.
Karyeranı uğurla başlanması üçün nə lazımdır?
lk növbədə STEP İT Akademiyasında şəbəkə texnologiyalarını sıfırdan öyrənməyinizi tövsiyə edirik, Akademiyanın müəllim heyəti sizə maksimal dərəcədə faydalı və aktual məlumat verəcək. Bu məlumatı siz elə həmin an təcrübədə tətbiq edə bilərsiniz. Ali məktəblərdən fərqli olaraq biz sizə yalnız lazımlı məlumatı verəcəyik. Burada heç bir lazımsız fənn tədris edilmir.
Təhsilinizi başa vurduqdan sonra sizə Azərbaycanın istənilən nöqtəsində və hətta xaricdə belə tanınan şəhadətnamə veriləcək. Bizim proqramın əsas üstünlüyü tədris səviyyəsinin Avropa standartlarına uyğun olmasıdır. Bu o deməkdir ki, xarici dili bilməklə siz Avropanın istənilən şəhərində bizdən aldığınız bilikləri tətbiq edə biləcəksiniz.
Yaş məhdudiyyəti varmı?
Bu sualın cavabı çoxlarını, əsasən də İnternetdən uzaq olanları maraqlandırır. İT sahəsinin əsas üstünlüyü odur ki, onun öyrənilməsi və istifadə edilməsində yaş məhdudiyyəti, demək olar ki, yoxdur. Təbii ki, şirkət sahibləri şirkətlərində işləyənlərin gənc və aktiv olmalarını üstün tuturlar. Lakin özünüzü yaxşı mütəxəssis kimi göstərsəniz, yaşınızdan asılı olmayaraq iri şirkətlərin qapıları üzünüzə hər zaman açıq olacaq.
Biz sizə şəbəkə texnologiyaları dərslərinin sizə uyğun vaxta keçirilməsini təklif edirik. Akademiyanın müəllimləri hər bir tələbəyə diqqət ayırsın deyə dərs qruplarındakı tələbələrin sayı az olur. Dərslərinizin keçirilmə qrafikini özünüz müəyyən edirsiniz. Buradakı tədrisə sistemli yanaşsanız və bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirsəniz, tədrisin sonunda siz yüksək ixtisaslı mütəxəssisə çevriləcəksiniz. Bu, sizə, işə düzəlmək üçün istənilən şirkətə müraciət etməyinizə imkan verər.