STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Sayt yaratmağı sıfırdan necə öyrənmək olar?

IT Step

14.07.2023

32 blog_count_views_2_4

İstənilən işdə ən mühim amil ideya və onun həyata keçirilməsinin üsullarının tapılmasıdır. Yaradılacaq saytın xarici görünüşü haqda təsəvvürünüz varsa, sizə saytların sıfırdan yaradılması dərslərində təlim almaq və əsas mərhələlərin müəyyən edilməsindən başqa heç nə lazım deyil.

Hər mərhələnin öz xüsusiyyəti var və onu keçmək üçün müəyyən biliklərin olması zəruridir. Bunun öhdəsindən necə (müstəqil şəkildə və ya kənar müdaxilə ilə) gələ biliməyinizi müəyyən etmək üçün bu mərhələləri bir-bir nəzərdən keçirək.

 

Dizayn və tərtibat

Birinci mərhələdə siz yaradılacaq saytınızın xarici görünüşünü, onun rəng və çalarlarını, üslubunu, məlumat bloklarının yerləşəcəyi mövqelərini təyin edirsiniz. Bəzi hallarda yaradılacaq saytın əsası kimi Adobe Photoshop, Corel Draw və ya digər qrafik redaktorda yaradılmış təsvirdən istifadə olunur. Lakin sayt yaradılması tədrisi bununla yekunlaşmır: cəlbedici olmaqla bərabər sayt yüksək dərəcəli vizual funksionallığa da malik olmalıdır. Bundan əlavə, mürəkkəb interaktiv sayt yaratmaq üçün siz Adobe Photoshop-da təkrarolunmaz təsvirlər yaratmağı da bacarmalısınız. Burada siz hazır şablonlardan da istifadə edə bilərsiniz.

 

HTML səhifələrinin yaradılması

Saytın dizaynı hazır olduqdan sonrakı mərhələ səhifələrin kodlarşdırılması ilə bağlıdır. Bu o deməkdir ki, bu mərhələdə bütün elementləri dizayna uyğun yerləşdirmək lazım gələcək. Sadə saytların hazırlanmasında bəzən birinci mərhələni, yəni dizaynın hazırlanmasını buraxıb birbaşa ikinci mərhələyə keçirlər. Lakin mürəkkəb saytlarda bu mərhələlərin ikisini də keçmək zəruridir.

HTML dilində yaradılmış səhifələr istənilən saytın əsasını təşkil edirlər. Funksional sayt yaratmaq üçün bu mərhələdə siz xüsusilə diqqətli olmalısınız. HTML səhifəsi necə yaradılır? Bunu etməyin iki yolu var: 1) Windows-un tərkibindəki "Bloknot" adlanan sadə proqramdan (redaktordan) istifadə 2) Sayt yaratmaq üçün nəzərdə tutulmuş xüsusi vizual redaktordan istifadə.

"Bloknot" mətn redaktorundan istifadə edilməsi yalnız proqramlaşdırma dilini çox yaxşı bilənlərə aiddir. İkinci halda isə proqramlaşdırma dilinin xırdalıqları deyil, əsaslarını bilmək də kifayətdir. "Bloknot" mətn redaktorunun əvəzinə "Word" mətn redaktoru da istifadə oluna bilər. Lakin burada yazılmış kod optimal olmadığından və istifadə çətinlikləri törətdiyindən, peşəkarlar müvafiq vizual redaktorlardan istifadə etməyi tövsiyə edirlər.

 

Proqramlaşdırma: təkmilləşdirimə və xırdalıqların əlavə edilməsi.

 

Sadə funksiyalı sayt yaradanlar adətən bu mərhələdən yan keçirlər. Lakin saytınıza interaktiv funksiyalar, çatlar, səsvermə və forum əlavə edərək onu daha cəlbedici etmək istəyirsinizsə, əlavə bir proqramlaşdırma dilini bilməyiniz zəruridir.

Dediyimiz kimi, proqramın kodu “Bloknot”da və ya daha funksional redaktorda yazılır. Bunu müstəqil şəkildə etmək çox çətindir. İstəsəniz, İnternetdə rast gələn hazır scriptlərdən istifadə edə bilərsiniz (onları, sadəcə olaraq, öz saytınıza yerləşdirməyiniz gərəkdir)

 

İnternet marketinq biznesinə təkan verir

Yeni məhsulun satışa çıxarılması haqda necə xəbər tutursunuz? Adətən siz bu məhsul haqda məlumatı reklamdan, internetdən, qonum-qonşudan alırsınız. Bu üsulla da İnternet marketinq saytınız haqda başqalarını məlumatlandırır.

Bütün mərhələlər bir-birlə ilə sıx əlaqəli olduğundan, siz saytın reklamı və irəliləməsi haqda artıq onun dizaynının və strukturunun hazırlanması mərhələlərində düşünməlisiniz. Çox uzatmaq lazım deyil, bizim kurslara gəlin və hər mərhələnin xırdalıqlarını həm nəzəri, həm də praktiki cəhətdən öyrənin.

Kursu bitirdikdən sonra siz müstəqil şəkildə sıfırdan sayt yaratmağı, onun inkişaf strategiyasını qurmağı və öz məhsul və ya xidmətinizi internet məkanında uğurla təqdim etməyi bacaracaqsınız.



author_about_title:

IT Step

STEP IT Academy

Rəqəmsal Dizayn

Qrafik dizayner kimi karyera quranlar üçün ilkin əməllər siyahısı

Nikolayla tanış olun. Onun 23 yaşı var. Səhər TikTok lentini vərəqləyir və müasir gənclər haqqında çəkilmiş seriyalar üçün dəli olur. Uzun müddət mobil telefon mağazasında satış məsləhətçisi kimi çalışıb. Amma artıq yorulub. Nikolay bloknotunda və ya Photoshop-da rəsm çəkməyi sevir. O, boş vaxtlarında Photoshop-la məşğul olur, əsas alətləri və əmrləri istifadə edə bilir. Hazırda Nikolay yeni bir işə başlamaq üçün ilham mənbəyi axtarır. Tanışlarından qrafik dizayner kimi işləyə biləcəyini eşidib. Bu haqda məlumat və təlim kursu axtarmağa qərar verib. O yalnız faydasız materialı öyrənməyə çox vaxt və pul sərf etməmək, eləcə də mürəkkəb işlərə rast gəlib ruhdan düşməmək haqqında düşünür. Biz Nikolaya qrafik dizaynerin kim olduğunu və nə etdiyini söylədik. Və ən əsası, biz

ШАГ логотип

Proqramlaşdırma

Java proqramlaşdırmasını öyrənməyin 8 səbəbi

Məqalədə biz sizə Java proqramçısı peşəsinin nə üçün dəbdə olduğunu və nə üçün dəbdə qalacağını izah edirik. Xüsusilə də proqramlaşdırmaya yeni gələnlər üçün. Məqalədə StackOverflow, ən böyük Tech-jobs platforması olan Dice.com və Rabota.ua-nın məqalələri, eləcə də DOU və IT STEP Kompüter Akademiyasının mütəxəssislərinin fikirləri toplanmışdır. Java veb proqramlaşdırması: C və C++ proqramlaşdırma dillərinin növbəti mərhələsi Mütəxəssislər Java-nın insan nitqinə bənzədiyini söyləyir. O eyni dərəcədə sadədir və kompilyatorlar və ya interpretatorlar vasitəsilə digər dillərə keçirilir. Bu həmin dildə yazını və oxunu sadələşdirərək proqramların hazırlanmasını asanlaşdırır. Həm müəllif, həm də digər proqramçılar üçün. Java proqramlaşdırma d

ШАГ логотип

Proqramlaşdırma

Şəbəkələr Və Kibertəhlükəsizlik

Rəqəmsal Dizayn

IT peşəsində pul qazanmağın 6 yolu.

Məqalədə biz iş birjası və ya qonşulara və tanışlara Windows əməliyyat sisteminin quraşdırılması kimi üsulları nəzərdən keçirməmişik. Dünyada qazanc əldə etməyin üsulları kifayət qədər çoxdur. Siyahıda yer alanların birini və bir neçəsini sınaqdan keçirin. Bunu siz hətta proqramlaşdırma kursunun   birinci dərsindən əvvəl də edə bilərsiniz. Başlayın! Telegram-da bir bloq yaradın və onda monetizasiyanı işə salın Pul qazanmağın çətinliyi təcrübəsiz olmaqdadır. Hətta gələcəkdə proqramçı olub-olmayacağınız haqda hələ qərar verməmisinizsə belə, bloq yaratmaqdan çəkinməyin. Auditoriya başqasının keçdiyi yolu təhlil etməyi sevir: nə öyrənmisiniz, hansı istiqamətə getmişiniz və kursdan gözləntiniz nədir. Telegram-da bilik, bacarıq və təcrübə ilə pul qazanmaq digər sosial şəbəkələrlə müqayi

ШАГ логотип

Proqramlaşdırma

Oyun tərtibatçısı peşəsinə necə yiyələnmək olar?

Müasir dövrün kompüter oyunları bir neçə il əvvəlkilərlə müqayisədə daha istifadəçi yönümlü və populyardır. Bunun səbəbi yalnız onları oynamaq deyil, həm də onlar vasitəsilə pul qazanmaq imkanın yaranmasıdır. Həm də yaxşı pul qazanan bir oyun tərtibatçısı olmaq üçün bir Dota oyunçusu nə etməlidir? Həvəsi qazanc gətirən peşəyə çevirmək üçün nə etməli: oyunçulara 5 tövsiyə. Oyunların yaradılmasında təcrübə toplamalı Bir çox oyunçu müstəqil şəkildə kompüter oyunları yaratmağı düşünür. Əlbəttə ki, bunun üçün müəyyən bilik və bacarıq lazımdır. Əvvəlcə proqramlaşdırmanı öyrənməli, yəni proqramlaşdırma təlim kursuna yazılmaq lazımdır. Sonra oyun tərtibatına hazırlaşmalı: oyun bazarındakı vəziyyəti öy

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat