STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Java proqramlaşdırmasını öyrənməyin 8 səbəbi

IT Step

Proqramlaşdırma

04.09.2023

20 blog_count_views_5_9_11_14

Məqalədə biz sizə Java proqramçısı peşəsinin nə üçün dəbdə olduğunu və nə üçün dəbdə qalacağını izah edirik. Xüsusilə də proqramlaşdırmaya yeni gələnlər üçün.

Məqalədə StackOverflow, ən böyük Tech-jobs platforması olan Dice.com və Rabota.ua-nın məqalələri, eləcə də DOU və IT STEP Kompüter Akademiyasının mütəxəssislərinin fikirləri toplanmışdır.

Java veb proqramlaşdırması: C və C++ proqramlaşdırma dillərinin növbəti mərhələsi

Mütəxəssislər Java-nın insan nitqinə bənzədiyini söyləyir. O eyni dərəcədə sadədir və kompilyatorlar və ya interpretatorlar vasitəsilə digər dillərə keçirilir. Bu həmin dildə yazını və oxunu sadələşdirərək proqramların hazırlanmasını asanlaşdırır. Həm müəllif, həm də digər proqramçılar üçün.

Java proqramlaşdırma dilinin sintaksisi (qaydalar və strukturlar toplusu) C++ proqramlaşdırma dilinin sintaksisi ilə oxşardır. Ancaq o daha sadədir. C proqramlaşdırma dili inkişaf etdikcə proqramçılar ona istədiklərini əlavə ediblər. O bəzən hibrid adlanır. Məsələn, kodu Begin sətri ilə başlamaqla siz C++ mühitində, lakin Pascal adlı digər bir proqramlaşdırma dilində yazırsınız. Bu, oyunu yükləyib ona 200+ rejim quraşdırmaq deməkdir. Proqramlaşdırmaya yeni gələnlər üçün maraqlıdır, amma heç nə aydın deyil.

Java-nın sintaksisi Obyekt Yönümlü Proqramlaşdırmaya əsaslanır. O, bir köklü iyerarxiyaya malik səliqəli bir sistemdir. Valideynlərindəki qüsurlar olmadan (axı o, C və C++ dillərinin əsasında hazırlanmışdır).

Java proqramlaşdırma dili obyekt yönümlü proqramlaşdırmadan istifadə edir

Java proqramlaşdırma dilinin hər bir elementi bir obyektdir. Stəkan, kitab və ya cibinizdəki pul kimi.

OYP-də siz yalnız məlumat növünü və quruluşunu deyil, həm də obyektlə bağlı əməlləri təyin edirsiniz. Tutaq ki, sizin bir detalınız var. Bir mühəndis kimi siz onun üzərində aparacağınız işi təyin edirsiniz: cilalamalı, itiləməli, laklamalı, başqa bir obyektə əlavə etməli.

OYP-nin əksi funksional proqramlaşdırmadır. Bu prinsip dəyişənlərdən və funksiyalardan istifadə edərək təlimatlara riayət etdiyiniz riyazi düsturlar əsasında işləyir.

Nə üçün proqramlaşdırmaya yeni başlayanların funksional proqramlaşdırma deyil, obyekt yönümlü proqramlaşdırmadan istifadə etməsi daha məsləhətlidir:

  • Obyekt bir detaldır. Onu bir proqramdan digərinə asanlıqla köçürmək olar.
  • OYP bəzi kodlama obyektlərini gizlədərək təcrübəsiz proqramçıların səhvlərini aradan qaldırır. Bu, administrator hüququ olan Windows qovluqlarına bənzəyir. Tullantı səbətinə bir neçə qovluq atmaqla əməliyyat sistemini sıradan çıxarması üçün istifadəçinin sistem fayllarına daxil olması lazımdır. Bu isə mümkün deyil.
  • Kodun strukturlaşması. Lazım gələrsə, proqramçı siyahıdakı kodun bir hissəsini (elementi) tapa və təkmilləşdirə bilər. Funksional proqramlaşdırmada məlumatlar dəyişmir, təbəqə şəklində bir-birinin üzərinə yığılır. Çox yazmaq lazım olur.

Öz büdcəsindən, ştatdakı işçilərin və sistem administratorların sayından asılı olmayaraq, şirkətlər Java proqramlaşdırmasına meyl edirlər

Java proqramlaşdırmasından həm startaplar, həm də iri kosmik korporasiyalar istifadə edir:

  • Twitter, Uber və Netflix şirkətləri Java-dan rəqəmsal interfeyslər və məhsul strukturlarında istifadə edir.
  • NASA Java-dan kosmik avadanlıqların proqramlaşdırılmasında istifadə edir.
  • Android proqram tətbiqlərinin tərtib edilməsi üçün rəsmi pulsuz Android Studio proqramı Java üzərində qurulub.

 

Minecraft – Java-da hazırlanmış məşhur bir Microsoft oyunudur.

Korporativ proqram tətbiqləri Java-nın güclü tərəfidir. Hələ 90-cı illərdə bir çox şirkət qüsurlu C dilinə bənzəməyən və dəstəklənməsi ucuz olan sabit bir tərtibat vasitəsi axtarışında olub. Java proqramlaşdırma dili bir çox kitabxananı, yəni tikinti bloklarını dəstəkləyir. Proqramçılar onlardan kərpic kimi istifadə edərək şirkətlər üçün müxtəlif layihələr qurur. Bu dildə olan bütün qusurlar və xətalar 30 il ərzində demək olar ki, tam aradan qaldırılıb. Buyurub rahatca istifadə edə bilərsiniz.

Siz Pentaqon kimi qorunan bir kod yazırsınız

Müəllif və proqramçılar istisna olmaqla hər kəsin girişini bloklamaq üçün Java proqramlaşdırma dili daxili yaddaş və məlumat idarəetmə sistemlərindən istifadə edir. C və C++ dillərində yaddaşı tənzimləmək üçün göstəricilərin qiyməti (pointer values) istifadə olunur. Bu göstəricilər kodun sahibi haqqında məlumat tələb etmir. Hakerlər bu boşluqdan proqramı sındırmaq və məlumat əldə etmək üçün istifadə edir.

Java-nın çox səviyyəli qorunma sistemi onun rəqib proqramlaşdırma dilləri qarşısında üstünlüyüdür. Sizin layihələrinizə heç kim müdaxilə edə və onları heç kəs ələ keçirə bilməz, hətta çox çalışsa belə.

Kompilyatora (kod tərcüməçisi) daxil edilmiş səhv yoxlayıcısı Java-nın daha bir üstünlüyüdür. Kompilyator dəyişiklik təklif edir, Java proqramçısı isə həmin dəyişikliyi qəbul edib etmədiyini bildirir. Müəllifin icazəsi olmadan heç nəyi dəyişdirmək mümkün deyil: dəyişikliklərin qəbul edilməsi üçün müəllif onları təsdiqləməlidir.

Sizinlə birgə dünyada 10 milyon tərtibatçı təlim alır. Deməli, bilmədiyinizi onlardan da soruşa bilərsiniz

Problem və ya xəta ilə təkbətək qalmaq öyrənməkdə olan təcrübəsiz bir proqramçı üçün çox çətindir. Hansı səhvlərə yol vermək olmaz? Mən harada səhv edirəm?

Proqramçılar arasında populyarlığa görə Java ilk üçlükdədir. İnternetdə çoxlu sayda qəzəbli şərh yazılmağına baxmayaraq.

stackoverflow.com saytının 2018-ci ildə keçirdiyi bir sorğunun iştirakçılarının təxminən 45 faizi Java-dan istifadə edib. 2012-ci ildə bu proqramlaşdırma dili ilə 9 milyon insan maraqlanırdı. Təsəvvür edin, indi neçə nəfər Java mühitində işləyir?

Bu proqramlaşdırma dili, hətta 30 il mövcud olduqdan sonra da köhnəlməyib. 2016-cı ildə Java proqramlaşdırma dili digər proqramlaşdırma dillərindən daha çox bəyənilirdi. 2022-ci ildə isə populyarlıq baxımından üçüncü mövqe.

Java icması ilə siz heç zaman çətinliyin qarşısında aciz qalmazsınız. Eyni növlü kod da sizə darıxdırıcı görünməz. Sual verə, məsləhət ala, yeniliklər öyrənə biləcəyiniz, eləcə də öz layihənizi təqdim edəcəyiniz, onun üstünlüklərini, müsbət və mənfi cəhətlərini müzakirə edə biləcəyiniz forumlar çoxdur. Ünsiyyət qurun!

Java proqramlaşdırma dili proqramçının kompüterini pulsuz təmizləyir

Xəbər aldığımız, yenilik öyrəndiyimiz və məlumat qəbul etdiyimiz zaman beyin onu bütünlüklə yaddaşa yazır (əhəmiyyətli və əhəmiyyətsiz məqamları). Elə bu cür də kompüter yazdığınız və işdən sonra silmədiyiniz kod elementlərini sistemə yükləyir.

Beyin yaddaşına hər gün istənilən miqdarda məlumat daxil edilə bilər. Kompüterdə isə bu imkan yoxdur. Onun yaddaşı məhduddur. Proqramçı yeni kod yazır, köhnə elementlər isə yaddaşda qalır. Sonuncular kompüteri yükləyir və o, yaddaşın lazımsız kod elementləri (tullantı) ilə dolması səbəbindən donur.

Proqramçının yazdığı xüsusi bir kod tullantı səbəti rolunu oynayır. Java-da avtomatik yaddaş idarəetməsi (автоматическое управление памяти – AMM) funksiyası var. Tullantı toplayıcısı proqramınızın artıq istifadə etmədiyi obyektləri aşkarlaya və silə bilər.

Java sizin müəllif kodunuzun qoruyucusudur

Burada əsas rolu JIT kompilyatoru (Just in Time Compiler) oynayır. 10 il əvvəl Java proqramlaşdırma dilinin məşhur olmadığı zaman proqramçılar C, C++ proqramlaşdırma dillərindən istifadə edərkən kod yalnız bir əməliyyat sistemi üçün yaradılırdı. Məsələn, Windows.

Windows deyil, Linux üçün bir proqram yaratmaq üçün kompilyator (proqrama müdaxilə etmədən kodu bir əməliyyat sistemindən digərinə ötürən alət) yox idi. Windows proqramçısı mənbə kodunu Linux proqramçısına ötürürdü. Kodu qorumaq mümkün olmadığından, müəllif öz məhsulunun hüququnu əldən verirdi.

Mənbə kodunu ötürmək əvəzinə Java onu bayt koduna çevirir. O, müəllifin layihəsinin kompüter (sadələşdirilmiş) versiyasıdır. Müəllif öz ilkin kodunu qorudu, layihə isə istənilən platformaya köçürüldü.

Şirkətlər Java-da stajor axtarır

2022-ci ilin iyul ayında Dice platforması Trainee-dən tutmuş Senior-dək təxminən 7 min java proqramçısı vakansiyası təklif edib.

Təlim kursunu bitirdikdən sonra hansı işlərdə işləmək olar:

  • Sr/Jr Java tərtibatçısı
  • JAVA proqramçısı
  • Proqram təminatı tərtibatçısı
  • Full stack java developer
  • Veb layihələrinin tərtibatçısı
  • EJB layihələrinin proqramçısı
  • Veb layihələrinin proqramçısı

Siz həmçinin yaxşı maaş müqabilində ştatdankənar JAVA tərtibatçısı kimi də işləyə bilərsiniz. Və ya frilans sisteminə keçib Fiverr və ya Upwork-la işləyə bilərsiniz.

Ukrayna bazarı da stajor vakansiyaları təklif edir. Öyrənin və sınayın.

Java proqramlaşdırmasına necə başlamalı

Biz Sizi Java-da işləməyə məcbur etmirik. Android tərtibatları üçün Kotlin-dən, kriptovalyuta çatbotları kimi mürəkkəb sistemlər üçün Python-dan istifadə edə bilərsiniz.

IT STEP Kompüter Akademiyasında dünya üzrə 75000 tələbə kod yazmağı sıfırdan öyrənir. Onlardan bir qismi nəzəriyyəni sevir, digər bir qismi isə praktik məsələlər axtarır. Hər kəs özü üçün maraqlı olan, ona motivasiya verən və onu ruhlandıran istiqamətdə inkişaf edir.

Öyrənməyiniz üçün motivasiyanız yoxdur? Təhsil almaqla yanaşı, IT STEP-də siz Cisco Networking Academy (rabitə sistemlərinin tərtib edilməsi üzrə dünyanın ən iri şirkəti) və Microsoft şirkətlərinin sertifikatlarını əldə edirsiniz.



author_about_title:

IT Step

STEP IT Academy

Rəqəmsal Dizayn

Qrafik dizayner kimi karyera quranlar üçün ilkin əməllər siyahısı

Nikolayla tanış olun. Onun 23 yaşı var. Səhər TikTok lentini vərəqləyir və müasir gənclər haqqında çəkilmiş seriyalar üçün dəli olur. Uzun müddət mobil telefon mağazasında satış məsləhətçisi kimi çalışıb. Amma artıq yorulub. Nikolay bloknotunda və ya Photoshop-da rəsm çəkməyi sevir. O, boş vaxtlarında Photoshop-la məşğul olur, əsas alətləri və əmrləri istifadə edə bilir. Hazırda Nikolay yeni bir işə başlamaq üçün ilham mənbəyi axtarır. Tanışlarından qrafik dizayner kimi işləyə biləcəyini eşidib. Bu haqda məlumat və təlim kursu axtarmağa qərar verib. O yalnız faydasız materialı öyrənməyə çox vaxt və pul sərf etməmək, eləcə də mürəkkəb işlərə rast gəlib ruhdan düşməmək haqqında düşünür. Biz Nikolaya qrafik dizaynerin kim olduğunu və nə etdiyini söylədik. Və ən əsası, biz

ШАГ логотип

Proqramlaşdırma

Java proqramlaşdırmasını öyrənməyin 8 səbəbi

Məqalədə biz sizə Java proqramçısı peşəsinin nə üçün dəbdə olduğunu və nə üçün dəbdə qalacağını izah edirik. Xüsusilə də proqramlaşdırmaya yeni gələnlər üçün. Məqalədə StackOverflow, ən böyük Tech-jobs platforması olan Dice.com və Rabota.ua-nın məqalələri, eləcə də DOU və IT STEP Kompüter Akademiyasının mütəxəssislərinin fikirləri toplanmışdır. Java veb proqramlaşdırması: C və C++ proqramlaşdırma dillərinin növbəti mərhələsi Mütəxəssislər Java-nın insan nitqinə bənzədiyini söyləyir. O eyni dərəcədə sadədir və kompilyatorlar və ya interpretatorlar vasitəsilə digər dillərə keçirilir. Bu həmin dildə yazını və oxunu sadələşdirərək proqramların hazırlanmasını asanlaşdırır. Həm müəllif, həm də digər proqramçılar üçün. Java proqramlaşdırma d

ШАГ логотип

Proqramlaşdırma

Şəbəkələr Və Kibertəhlükəsizlik

Rəqəmsal Dizayn

IT peşəsində pul qazanmağın 6 yolu.

Məqalədə biz iş birjası və ya qonşulara və tanışlara Windows əməliyyat sisteminin quraşdırılması kimi üsulları nəzərdən keçirməmişik. Dünyada qazanc əldə etməyin üsulları kifayət qədər çoxdur. Siyahıda yer alanların birini və bir neçəsini sınaqdan keçirin. Bunu siz hətta proqramlaşdırma kursunun   birinci dərsindən əvvəl də edə bilərsiniz. Başlayın! Telegram-da bir bloq yaradın və onda monetizasiyanı işə salın Pul qazanmağın çətinliyi təcrübəsiz olmaqdadır. Hətta gələcəkdə proqramçı olub-olmayacağınız haqda hələ qərar verməmisinizsə belə, bloq yaratmaqdan çəkinməyin. Auditoriya başqasının keçdiyi yolu təhlil etməyi sevir: nə öyrənmisiniz, hansı istiqamətə getmişiniz və kursdan gözləntiniz nədir. Telegram-da bilik, bacarıq və təcrübə ilə pul qazanmaq digər sosial şəbəkələrlə müqayi

ШАГ логотип

Proqramlaşdırma

Oyun tərtibatçısı peşəsinə necə yiyələnmək olar?

Müasir dövrün kompüter oyunları bir neçə il əvvəlkilərlə müqayisədə daha istifadəçi yönümlü və populyardır. Bunun səbəbi yalnız onları oynamaq deyil, həm də onlar vasitəsilə pul qazanmaq imkanın yaranmasıdır. Həm də yaxşı pul qazanan bir oyun tərtibatçısı olmaq üçün bir Dota oyunçusu nə etməlidir? Həvəsi qazanc gətirən peşəyə çevirmək üçün nə etməli: oyunçulara 5 tövsiyə. Oyunların yaradılmasında təcrübə toplamalı Bir çox oyunçu müstəqil şəkildə kompüter oyunları yaratmağı düşünür. Əlbəttə ki, bunun üçün müəyyən bilik və bacarıq lazımdır. Əvvəlcə proqramlaşdırmanı öyrənməli, yəni proqramlaşdırma təlim kursuna yazılmaq lazımdır. Sonra oyun tərtibatına hazırlaşmalı: oyun bazarındakı vəziyyəti öy

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat