STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Daim inkişaf edin: Javascript biliklərinizi artıran 6 freymvork və kitabxana

IT Step

27.07.2023

117 blog_count_views_5_9_11_14

Freymvork nədir

Məktəbdə ev tapşırığını başqalarından köçürürdünüzmü? Cəbr və ya həndəsə məsələlərini? Əla!

Özünü savadlı hesab edənlər məsələləri sıfırdan həll edirdi. Buna çox vaxt sərf edir, düstur tapır və alternativ həll yolları axtarırdılar (belələri də olurdu). Eynilə proqramçının sıfırdan JS kodu yazdığı kimi.

Bəziləri dostları ilə gəzmək və ya kompüter oyunları oynamaq istəyirdi, lakin vaxtları çatmırdı, bəzən (və ya tez-tez) məsələni həll etmiş bir sinif yoldaşından ideya alırdı, cavaba baxırdı və məsələni oxşar yolla həll edirdi.

Bu qayda freymvorklar üçün də keçərlidir. O, proqramlaşdırma üçün nəzərdə tutulmuş kitabxanalar və şablonlar toplusudur. Tərtibatçı onları layihənin (internet saytı, mobil proqram tətbiqi, Uİ elementi) içərisinə yığır (Lego kimi).

Freymvorklardan nə üçün istifadə olunur? Səbəbi onların milyonlar dəfə sınanmış, tam təhlükəsiz (əlaçı şagird səhvə yol verməz) və vaxt baxımından çox əlverişli olmasıdır.

Freymvork əvəzində yalnız kitabxanadan istifadə etmək yalnız bir müəllifin kitablarını oxumaq deməkdir. Marağı var, lakin başqaları ilə ünsiyyət üçün kifayət deyil. Buna görə də freymvorklardan istifadə edilir. Onlar yeni funksiyalar və maketlər əlavə edir. Bu funksiyalardan müxtəlif kombinasiyalar düzəldib, layihələrdə istifadə edirlər.

Vue

Vue.js adaptiv proqram tətbiqləri üçün nəzərdə tutulmuş açıq mənbə kodlu pulsuz bir Javascript platformasıdır.

Kodun açıq olması həm layihə, həm də icma üçün faydalıdır. Qapalı bir layihənin üzərində yalnız proqramçılar işləyir. Burada isə işə bütöv bir icma qoşulur: səhvlər tapılır, kod yaxşılaşdırılır. Məhsul daha sürətli inkişaf edir.

Vue freymvorku təqdimat təbəqəsi üçün nəzərdə tutulmuş əsas kitabxanadan və bir səhifəlik saytları optimallaşdırmaq üçün nəzərdə tutulmuş köməkçi kitabxanalardan ibarətdir.

Vue freymvorkunda yaradılmış sifariş formasının kodu.

VUE freymorkundan Landing Page üçün istifadə olunur. Freymvorkun kiçik ölçüdə (20 kb-dan çox deyil) olması sayəsində proqram tətbiqinin sürəti və çevikliyi qorunub saxlanılır. Angular üçün minimum ölçü 55 KB, React üçün isə minimum ölçü 100 KB təşkil edir. Bunun sayəsində VUE freymvorku bir qədər daha sürətlidir.

Vue.js freymvorku API və dizayn baxımından daha sadədir. Bunun sayəsində saytın tərtibatçısı daha sürətli işləyə bilir. Belə ki, link və animasiyası olmayan sadə bir səhifəli sayt bir günə yığılır.

Tam təlimat

React

React.js Facebook tərtibatçılarının bir JavaScript kitabxanasıdır. Onun da mənbə kodu açıqdır.

React kitabxanası tez-tez freymork adlandırılır. Bu yanaşma yanlışdır. Səbəbi isə çox sadə.

Öz işində React kitabxanası kitabxanalar bazasından deyil (freymvorklarda olduğu kimi), komponent və vəziyyətlərdən (состояние) istifadə edir. Komponent bir konstruktor elementidir. Onların hər birinin öz məntiqi və strukturu var. Onlar koda bir neçə dəfə əlavə olunur (elementlər təkrarlandıqda). Vəziyyət isə proqram tətbiqin dəyişənlərinin saxlandığı yerdir. Məsələn, "arıqlamaq üçün nə etməli" sorğusunun cavabı fitnes məşqçisinin veb saytında yerləşir.

Komponentlər (bloklar) və vəziyyətlər (saxlanc) vasitəsilə tərtibatçı proqram interfeysinin elementlərini qurur. Məsələn, əks rabitə formasını və ya onlayn mağazada məhsul sifariş pəncərəsini.

Facebook qismən React-da hazırlanmışdır.

Blokların özü freymvorkda işlədikləri kimi işləmir. Onlar Typescript, Redux və ya Jest kimi köməkçi alətə köçürür.

Bu kitabxanaya dair təlimat

Angular

Məqalələrin birində Angular tərkibində digər freymvorkların olduğu bir freymvork adlandırılır. Tamamilə yanlış bır yanaşma! Fremvorkun tərkibində hər hansı bir sistemin mövcud olması mümkün deyil. JS kitabxanalarında yazılan bir proqram freymvork adlanır.

Angular form-based prinsipi ilə işləyir. Forma istifadəçinin məlumat daxil edib verilənlər bazasına (Back-end) göndərdiyi bir quruluşdur. Məsələn, bir tikinti şirkətinin veb saytında telefon zəngi sifarişi forması.

To-Do List tətbiqləri üçün Angular arxitekturası nümunəsi. Proqram tətbiqi sıfırdan hazırlanırsa, Angular freymvokuna Mean.io, node.js, Angular, MongoDB, Express kimi full-stack imkanları əlavə olunur.

Angular fremvorku proqramçıya forma üçün bir sıra şablonlar verir. Proqramçıya onları layihələrə uyğunlaşdırmaq qalır.

Həmçinin, Uİ (istifadəçi interfeysi) üçün Angular tez-tez Bootstrap (HTML və CSS şablonları kitabxanası) ilə birlikdə istifadə olunur. Freymvorkda bir maket yaradılır, Bootstrap isə elementlərə rəng və forma verir.

Freymvorkun sənədləri arasında yalnız tərtibata dair tövsiyələr deyil, həm də stilizasiyaya dair təlimat var.

Angular material

 

Mobile Angular User Interface (UI) interfeysinin komponentləri siyahısı.

Angular freymvorku proqramçılar arasında çox populyardır. İcma üzvləri ona Material kimi yeni kitabxanalar əlavə edir. Bu veb saytlar və proqram tətbiqləri üçün şablonlardır. Komponentlərin özəlliyi ondadır ki, Angular-ın əsas kitabxanasını tamamlayır. Proqram tətbiqləri kompüter və mobil ekran çözümündə eyni görünür.

Angular material freymvorkuna dair təlimat

Ionic

Bu freymvork mobil proqram tətbiqləri üçün mükəmməldir. Onun Bootstrapa bənzər daxili kitabxanası var: düymələr, giriş xanaları və digər elementlər. Elementlər iOS, Android və proqramçının istəyinə uyğunlaşdırılır.

Ionic freymvorkunda yazılmış təqvimin kodu və təqvimin özü.

Proqramçıların qeyd etdiyi əsas məqam layihənin hazırlanma sürətidir. Proqramçı kompüterin brauzerində kod yazır, onun versiyalarını bütün telefonlara uyğunlaşdırır, hazır UI komponentləri və plaginlərindən istifadə edir. Sınayın!

Ionic freymvorkuna dair təlimat

Protractor

Bu freymvork layihəni istifadəçiyə təqdim etməzdən əvvəl onu sınamaq üçün nəzərdə tutulur. Hərtərəfli test proqram tətbiqinin istifadəçinin gözləntilərinə cavab verib-verməməsini aşkar edir: saytın sürüşməsi işləyirmi, tab-lar açılırmı, düymələr fəaliyyət göstərirmi.

Protractor-un içindəki alətlər koda heç cür təsir etmir, layihənin Google Chrome, Mozilla və digər brauzerlərdə davranışını imitasiya edir.

IT STEP Kompüter Akademiyasında tələbələr kursun 15-20 faizini əsas dillərə sərf edir. Qalanı Angular, React və digər Javascript alətlərinin öyrənilməsidir.

Bu yanaşma ilə veb tərtibatçısı məhsulun zəif tərəflərini, hansı freymvorkdan istifadə edəcəyini, müştərinin tələblərinə necə yerinə yetirəcəyini və biliklərini pul müqabilində necə tətbiq edəcəyini bilir.

"Front-End " kursunun səhifəsinə daxil olub təlim proqramı ilə tanış olun.



author_about_title:

IT Step

STEP IT Academy

Rəqəmsal Dizayn

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

Rəqəmsal Dizayn

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti