STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Birlikdə bərabərliyə doğru: STEP IT Academy və Femmes Digitales qızlarıın İT sahəsinə cəlb edilməsi üçün birləşir

IT Step

09.06.2023

145 blog_count_views_5_9_11_14

İT sahəsində gender asimmetriyası çoxdan nəzərə çarpır: belə ki, kişilərin sayı qadınlardan daha çoxdur. Səbəblərdən biri cəmiyyətdə və ailədə stereotiplərin olmasıdır: valideynlər çox vaxt qızları üçün ənənəvi olaraq “qadın” sənəti sayılan istiqamətləri seçirlər. Beləliklə, qızlar erkən uşaqlıq vaxtlarından nadir hallarda İT və texnologiya dünyası ilə tanış olmaq imkanı əldə edirlər.

Uşaq yaşı maraqların, ambisiyaların və bacarıqların formalaşmasında çox vacib rol oynayır. Qızlara bu yaşda İT sahəsində təhsil almaq imkanı verilməsə, onlar bu sahəyə maraqlarını heç vaxt aşkarlaya bilməzlər.

Bu problem təkcə imkanların bərabər olmasıyla deyil, həm də iqtisadiyyatımızın, bütövlükdə isə cəmiyyətimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Əhalinin yarısını belə mühüm və perspektivli sahədən kənarda saxlamaq ölkənin nəhəng inkişaf potensialının və perspektivli iqtisadi yüksəlişin və ölkəmizin rəqabət qabiliyyətinin itirilməsi deməkdir. Bu sahəni onlar üçün daha əlçatan və cəlbedici etmək üçün qızlara yönəlmiş uşaq İT proqramlarını hazırlamaq lazımdır. Valideynlərlə işləmək, hətta bu gün istənilən humanitar peşələrə belə texnologiya və innovasiyaların daxil olduğunu izah etmək də çox vacibdir.

Bu problemin birgə həlli yollarını tapmaq üçün mayın 31-də STEP IT Academy ilə “Femmes Digitales”– “Texnologiyalar səhəsində Qadınlara Dəstək” qeyri-kommersiya İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. İnformasiya texnologiyaları sahəsində gender bərabərsizliyi problemini nəzərə alaraq, Femmes Digitales-in dəstəyilə STEP IT Academy, qızlar üçün İT təhsilinin əlçatanlığını təmin etmək məqsədilə birgə aksiyaya başlayır. Belə ki, 8-14 yaş arası qızlar üçün bütün uzunmüddətli təhsil proqramlarında görünməmiş 25% endirim təqdim olunur. Bu unikal fürsətdən yararlanmaq üçün ərizə tərtib edən zaman mütləq "Femmes Digitales" promo kodundan istifadə etməlisiniz.

Həmçinin, bu memorandum çərçivəsində aşağıdakı istiqamətlərdə birgə iş aparılacaq: Azərbaycanda İT təhsili sahəsində birgə layihələrin hazırlanması və həyata keçirilməsi; təhsilin informasiyalaşdırılması və kompüterləşdirilməsi məsələlərinin həlli məqsədilə dövlət və qeyri-dövlət təşkilatlarının cəlb edilməsi; sənayedə informasiya texnologiyalarından istifadə standartları ilə tanışlıq; birgə seminarların, konfransların, təhsil proqramlarının, forumların və sərgilərin keçirilməsi; birgə tədbirlər zamanı təşkilati, konsaltinq və ekspert-analitik dəstəyinin göstərilməsi; İT-təhsil üzrə seminarların, konfransların təşkilində iştirak. Maliyyə maneələrini azaldaraq, STEP IT Academy və Femmes Digitales İT təhsilini çoxlu sayda qızlar üçün əlçatan edir, onlara bu sahədə bacarıqlarını öyrənməyə və inkişaf etdirməyə imkan verir. Bu cür təhsil proqramları qadınların İT-də iştirakını artıracaq ki, bu da öz növbəsində bu sahədə tərəqqi və innovasiyalara töhfə verəcəkdir.

Xüsusilə qeyd edək ki, artıq 7 ildir STEP IT Academy Femmes Digitales tərəfindən təşkil edilən bütün regional tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərin keçirilməsində məqsəd müxtəlif regionlardan olan azərbaycanlı qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə populyarlaşdırmaq və cəlb etməkdir. Xeyriyyə tədbirləri artıq 600-dən çox qızları əhatə edib və praktiki məşğələlərdə Akademiyanın mentorları onları kodlaşdırma və robot texnikasının əsasları ilə tanış edir.



author_about_title:

IT Step

STEP IT Academy

Rəqəmsal Dizayn

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

Rəqəmsal Dizayn

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti