STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

İş və təhsillə birgə məşğul olmağa dair faydalı məsləhətlər.

IT Step

31.07.2023

107 blog_count_views_5_9_11_14

Məqalədə biz iş və IT təlimi arasında tarazlığın necə qurulacağına dair tövsiyələrə baxırıq. Şirkətə yeni ideyalar gətirməklə və ya təliminizi uğurla başa vurub IT sahəsinə daxil olmaqla siz rəhbərliyin hörmətini qazana bilərsiniz.

Bu üsulları bir-bir istənilən ardıcıllıqla tətbiq edin. Təlim kursuna bir-iki saat vaxt ayırmağınız üçün hətta bir məsləhət də kifayətdir.

İş və təhsillə birgə məşğul olmağın çətinliyindən şikayətlənməyin

Birincisi və ən əsası dərsdən sonra işə getməyin, daha sonra isə işdən gəlib ev tapşırıqlarının yerinə yetirməyin sizin üçün nə qədər çətin olduğunu heç kimə söyləməməlisiniz. Siz kiminsə sizə yazığı gəlməsini istəyirsiniz, qarşıdakının isə öz problemləri var.

Bunun müqabilində sizin öz addımlarınızı tərifləməyiniz daha yaxşı olar: “Bu gün mən həmişəkindən 15 dəqiqə tez oyandım və dərsimi təkrarladım. Artıq rahatca işə gedə bilərəm. Afərin mənə”.

Hər səhər və hər axşam, eləcə də hər bir işin öhdəsindən gəldikdən sonra öz ürəyinizdə bunu və ya buna bənzər sözlər söyləyin. Səhərdən axşamadək, səhər yuxudan oyanandan gecə yatağa girənədək.

Öz təhsilinizlə az-az olsa da, hər gün məşğul olun

Tutaq ki, siz bazar ertəsindən cümə gününə qədər işləyirsiniz. 8 saatlıq standart iş gününüz var. Belə bir sıx cədvəldə dərs oxumağa vaxtınız qalmır. Siz çıxış yolu axtarırsınız: "Şənbə gəlir. Mən sakitcə oturub 3-4 saat ərzində bir neçə mövzunu öyrənəcəm. Ev tapşırıqlarını yerinə yetirəcəm və gələn həftəsonuna qədər sərbəst olacam". Bu, pis fikirdir. Səbəbini izah edirik.

İdman zalına ilk dəfə getməyinizi xatırlayın. Bədəninizin bütün əzələlərinin fayda alması üçün çoxlu məşq etdiniz. Növbəti məşqinizi səbirsizliklə gözlədiniz.

Növbəti günün səhəri belə başladı: "Bütün bədənim ağrıyır. Lifti gözləyir və heç yerə tərpənmirəm. Pilləkənlə çıxmaq bu gün mənlik deyil". Bir həftə belə ağır məşq etdikdən sonra əzələ ağrısı səbəbindən adam idman zalına ziyarəti bir qədər sonraya saxlayır. O, növbəti məşqi bir aydan sonra başlayır və ya ümumiyyətlə unudur.

Təhsildə də belədir.

Gündəlik təlimin qrafiki. Biliklərin mənimsənilməsi dərəcəsi kimi, irəliləyiş də qeyri-müntəzəmdir.

İstirahət günü ərzində bir neçə mövzunu öyrənirsiniz. Ancaq bununla kifayətlənmək olmaz, bilikləri praktika tətbiq etmək lazımdır. Materialı oxuyursunuz, ancaq beyin aşırı yüklənir. İdmançıların dili ilə desək, mikrotravma alır.

Luiziana Universitetinin alimləri də həftəlik materialı bir gün ərzində öyrənməyin səmərəsiz olduğunu təsdiqləyir. Onlar yeni materialın öyrənilməsinə gündə 50 dəqiqədən çox vaxt sərf edilməli olmadığını aşkar ediblər. 50 dəqiqədən sonra beyin yeni məlumat qəbul etmir.

Çıxış yolu hər gün təlimə 30-50 dəqiqə ayırmaqdır. Dərsinizlə hər gün az-az məşğul olun. Əgər hər gün bu qədər vaxt ayıra bilmirsinizsə, gündəlik işlərinizə bir az düzəliş verin: qida qəbuluna çox vaxt sərf etməyin, işə piyada deyil, avtobusla gedin, evdəki iti gəzintiyə qoy ailənin digər üzvləri çıxarsın.

Dərsinizlə hər gün bir neçə dəfə məşğul olun. Məsələn, səhər və axşam

Axşam vaxtında yuxuya getməyiniz, səhər təravətli və gümrah olmağınız deməkdir. Beyniniz hələ gündəlik işlərlə yüklənməyib, məlumat daha yaxşı qəbul edilir.

IT STEP Kompüter Akademiyasında dərs cədvəli seçdiyiniz proqramdan və təhsil formasından asılı olaraq, həftədə 3 dəfəyədək səhər və axşam təlim ala biləcəyiniz şəkildə qurulmuşdur.

Səhər-axşam parçalanması sizin üçün uyğun deyilsə, digər variantları sınayın: səhərlər və nahar zamanı, işdən sonra və yatmazdan əvvəl.

Həyatınızı planlayın

Vaxta nəzarət etməyəndə, boş vaxt tapmaq çətin olur:

1. İtlə gəzintisi bir və ya iki saat çəkdi.

2. Səhər yeməyinə təxminən 40 dəqiqə sərf olundu.

3. İşdən sonra dostlarla birlikdə kafeyə getdik. Həftəsonu nə edəcəyimizi və ya Marvel filmlərindən hansının uğurlu olduğunun müzakirəsinə saat yarım-iki saat sərf etdik.

Hər gün belədir. Vəziyyətin dəyişməsi vaxt itkisinə səbəb olur. Siz isə həyatın necə keçdiyini hiss etmirsiniz. Hədəf təyin etmədən və gündəlik həyatınıza dair plan qurmadan.

Səhərə dair iş cədvəli qurun. Həmin cədvəldə aşağıdakılar olmamalıdır: İnstagram-da storisə baxış, elektron poçta giriş, facebook-dakı mesajların oxunması. Bu cədvəldə başqa vaxt görülə bilməyən vacib işlər yer alır.

Hər növbəti günün planını öz bloknotunuza yazın. Onu həmişə özünüzlə gəzdirin.

Telefondakı planlayıcı da yaxşı bir variantdır. Lakin unutmayın ki, gülməli itlər və şirin pişiklər üçün telefonla internetə girmək proqram tətbiqini açıb növbəti gün üçün cədvəl qurmaqdan daha asan və daha maraqlıdır. Növbəti günün planını qurmaq üçün telefonunuzu əlinizə alanda diqqətinizin yayınmasına imkan verməyin və telefonu əlinizə nə üçün aldığınızı unutmayın.

Dərsinizi öyrənərkən telefonunuzu kənara qoyun

RescueTime saytı məlumat verir ki, telefonda faydasız işlərə hər gün orta hesabla 3 saat 15 dəqiqə sərf olunur. İstifadəçilərin 20%-dən çoxu isə 4,5 saat sərf edir.

İndisə İnstagram-da nə qədər vaxt keçirdiyinizə baxın. Bu vaxtı 50% azaltsanız dərs öyrənməyə vaxtınız olarmı?

Dərs zamanı telefonunuzdan necə qurtulacağınıza dair bir neçə tövsiyə:

1. Plan üzrə ayrılmış 30 dəqiqə ərzində mobil və interneti söndürün.

2. Telefonunuzu başqa bir otağa qoyun. Kilidli bir şkaf varsa, onu şkafın içərisinə yerləşdirib şkafı kilidləyin.

3. Açarı və ya telefonu başqa bir şəxsə verin. Əvvəlcə telefonda "səssiz" rejimini aktivləşdirin.

Telefonunuzun şarjı bitmək üzrə olarsa, dərsinizi öyrənib və ev tapşırığını yerinə yetirib bitirməyənədək telefonunuzu şarj etməyin.

IT kursunda bilik əldə etmək üçün özünüzü ruhlandırın

Rəhbərinizdən kursda bilik əldə etməniz biznes proseslərinə necə kömək edə biləcəyinizi soruşun. Artıq müəyyən biliyiniz varsa, ideya irəli sürməkdən çəkinməyin: hesabatların göndərilməsinin avtomatlaşdırmasını tövsiyə edin, şöbənin işi barədə məlumatları cədvələ daxil edən bir proqram yazın.

Öyrəndiyinizi praktikada tətbiq edin. Sizin dəyəriniz artar: həm özünüz üçün – daha çox bildiyiniz üçün işdən kənarda pul qazanmağa imkan var, həm də rəhbərliyin gözündə – daha çox iş görürsünüz, şirkətə yeni-yeni ideyalar gətirirsiniz, işə gəlməyən sysadminləri və IT mütəxəssislərini əvəz edirsiniz.

“Rəqəmsal Dizayn” kursunda oxuyarkən öz şirkətinizdə dizayner olmağa cəhd edin. Və ya “Proqram təminatının yaradılması” kursunda oxuyarkən şirkətdəki rəhbərinizə iş proseslərinin avtomatlaşdırılması ideyalarından danışın. Şirkətiniz üçün “Python”-da bir proqram yazıb, onun necə işlədiyinə, nəyin əlavə edilməli olduğuna və ya səhvin necə düzəldiləcəyinə diqqət yetirin. Siz həqiqi işlər dolu bir portfolio, təcrübə və yaxşı nəticələr əldə edəcəksiniz.

Kompüter Akademiyasının cədvəli ilə 75 000 tələbənin həm işləməyə, həm də oxumağa vaxtı var. Əminik, siz də onlar kimi ola bilərsiniz!



author_about_title:

IT Step

STEP IT Academy

Rəqəmsal Dizayn

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

Rəqəmsal Dizayn

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti