STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Bootcamp nədir?

IT Step

Proqramlaşdırma

17.05.2023

31 blog_count_views_1

Hərfi tərcüməsi “boot camp” - yəni “çəkmə düşərgəsi” olan bu terminin kökü hərbiçilərin intensiv şəkildə tədris alma formatına dayanır. Bu format sayəsində hərbiçilər 3 ilə deyil 3 aya bütün məşqələlərdən keçərək tam hazır səviyyəyə çatırlar. Bu format daha sonra qərbdə biznes məktəblərində də istifadə olunmağa başlayır və effektiv olur. Nəhayətində bu praktika IT sahəsinə də gələrək, geniş yayılmağa başlayır.

 

IT bootcamplarda tələbələr intensiv şəkildə proqramlaşdırmanın ən vacib və aktual tərəflərini öyrənərək qısa zamanda hazır işçi dərəcəsinə çatırlar. Tələbələr tədris zamanı real layihələr üzərində işlədikləri üçün topladıqları biliklər də lazımlı və aktual olur. 2015-ci ildə ABŞ-ın eks-prezidenti Barak Obamanın qərarı ilə IT bootcampların yayılması proqramına start verilir və beləliklə cəmi bir ilə, yəni 2016 cı ildə Amerikada IT bootcamplar 17966 hazır kvalifikasiyalı kadr təqdim edir.

 

Bootcamplarda istənilən bilik dərəcəli insanlar iştirak edə bilər. Hətta IT barədə heçnə bilməsəniz belə bootcamplara qatılaraq qısa zamanda IT sahəsində bir peşəyə yiyələnə bilərsiniz. Innovatorlar, sahibkarlar, startapçılar, öz gəlirindən narazı olan şəxslər - Bir sözlə hər kəs Bootcamplara qatıla bilər. Maraqlı faktlardan biri də odur ki, ABŞ-da bootcampların 43%i-ni qadınlar təşkil edir odur ki bizim xanımlar da heç çəkinmədən özlərini IT sahədə sınaya bilərlər.

Bəs Azərbaycanda IT Bootcamp varmı? Varsa necə qoşula bilərəm deyirsinizsə, diqqtiniz bizdə olsun. Ölkənin aparıcı IT Akademiyası böyüklər üçün Bakıda yay bootcampları təşkil edir. Bootcamp 10 həftəlik intensiv hazırlığı əhatə edir və Pyton proqramlaşdırma, kompüterin əsasları (Helpdesk) və ya dizayn (Adobe Photoshop və Adobe Illustrator) sahələrini əhatə edir. 14-25 yaş arası hər bir şəxs sadaladığımız 3 istiqamətdən birini seçməklə bu link vasitəsilə bootcampın proqramı, vaxtı ilə tanış ola və qeydiyyatdan keçə bilər.

 

Niyə bootcamp?

 

  1. İntensivlik və sürət

    Bootcamp sizin vaxtınızı dəyərləndirir. Illəri ayları həftələtə qısaldır və sizə yalnız ən aktual və lazımlı bilikləri öyrədir.
  2. Tam Diqqət

    İlk saniyədən siz bütünlüklə prosesə qarışırsınız və texniki insan kimi düşünməyə məcbur olduğunuz üçün fikriniz dağılmır.
  3. Komanda iş və ekspertlər ilə müzakirələr

    Bootcampdakı Kouçlar səhnə spikerləri deyillər. Onlar sahənin real iştirakçılarıdırlar və sizin vaxtınızı boş uğur hekayələri ilə almayacaqlar. Onlar sizinlə üzbəüz müzakirələr aparıb sizin inkişafınız üçün çalışacaqlar.
  4. Praktiki iş

    Bootcampda boş nəzəriyyələrə yer yoxdur. Yalnız real layihələr və aktual tapşırıqlar olur.
  5. Disiplin

    Proqramın intensiv olması və komandaların dəstəyi sizə geri çəkilməyə imkan vermir. Əgər bu işə başlamısınızsa sona qədər gedəcəksiniz.

 

Əgər siz tələbə, şagird və universitet məzunusunuzsa, yay həftələrini daha dolğun və maraqlı keçirmək istəyirsinizsə, bu sizin üçün əla fürsət ola bilər. Bootcampımızda qeydiyyatdan keçmək üçün bura tıklayın.



author_about_title:

IT Step

STEP IT Academy

Birlikdə bərabərliyə doğru: STEP IT Academy və Femmes Digitales qızlarıın İT sahəsinə cəlb edilməsi üçün birləşir

İT sahəsində gender asimmetriyası çoxdan nəzərə çarpır: belə ki, kişilərin sayı qadınlardan daha çoxdur. Səbəblərdən biri cəmiyyətdə və ailədə stereotiplərin olmasıdır: valideynlər çox vaxt qızları üçün ənənəvi olaraq “qadın” sənəti sayılan istiqamətləri seçirlər. Beləliklə, qızlar erkən uşaqlıq vaxtlarından nadir hallarda İT və texnologiya dünyası ilə tanış olmaq imkanı əldə edirlər. Uşaq yaşı maraqların, ambisiyaların və bacarıqların formalaşmasında çox vacib rol oynayır. Qızlara bu yaşda İT sahəsində təhsil almaq imkanı verilməsə, onlar bu sahəyə maraqlarını heç vaxt aşkarlaya bilməzlər. Bu problem təkcə imkanların bərabər olmasıyla deyil, həm də iqtisadiyyatımızın, bütövlükdə isə cəmiyyətimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Əhalinin yarısını belə

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Sualtı kabellərin həyatı

1. Niyə telekommunikasiya şirkətləri kabellər yerinə peyklərdən istifadə etmirlər? 2. Yaxşı, bəs mənim smartfonum? Axı o simsiz məlumat mübadiləsi istifadə edir. 3. Neçə sualtı kabel var? 4. Onlar necə işləyir? 5. Onlar qalındırmı? 6. Kabellər həqiqətən düz okeanın dibində dayanır? 7. Köpəkbalığı (akula) onları yeyirmi? 8. Bütün kabellərin ümumi uzunluğu nə qədərdir? 9. Kabellər kimə məxsusdur? 10. Bu kabelləri kim istifadə edir? 11. Onlar hansı həcmdə olan informasiyanı ötürə bilərlər? 12. Facebook və Google öz peyklərini və dronlarını sınaqdan keçirir və buraxır. Kabellərin hələ də gələcəyi varmı?

1956-ci il sentyabrın 25-də ilk transatlantik telefon kabeli istismara verilmişdir. Sizin qarşınızda niyə internet indiyədək göydə deyil su altında yaşayır mövzusunda kiçik FAQ (Tez-tez soruşulan sual) var. Niyə telekommunikasiya şirkətləri kabellər yerinə peyklərdən istifadə etmirlər? Peyklər bir çox məqsədlər üçün çox münasibdir: onları fiber optik kabellərin hələ mövcud olmadığı məkan üçün istifadə etmək olar, üstəlik onlar məlumatları bir nöqtədən bir neçə nöqtəyə ötürə bilərlər. Ancaq məlumatların mərhələli şəkildə ötürülməsində fiber optikdən yaxşısı yoxdur.Bu cür kabellər az Bu məsrəflərlə daha böyük həcmli məlumatları ötürə bilər. Peyk vasitəsilə keçən beynəlxalq trafikin həcmini dəqiq öyrənmək çətindir, lakin bu həcmin oldu

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Sıfırdan şəbəkə mühəndisi olmaq üçün nə etməli?

0.1. Müstəqil şəkildə öyrənmək olarmı? 0.2. Karyeranı uğurla başlanması üçün nə lazımdır? 0.3. Yaş məhdudiyyəti varmı?

Şirkətdə "şəbəkə mühəndisi" vəzifəsində işləyən şəxs nə etməlidir? Çoxları ona bütün elektron cihazların nəzarətçisi və mütəmadi olaraq printerin kartricini yeniləyən şəxs kimi baxırlar. İndi isə biz şəbəkə mühəndisliyinin sıfırdan öyrənilməsi haqqında söhbət açacağıq. Şəbəkə mühəndisi əslində tamamilə fərqli bilik və bacarıqlara malik olmalıdır. Onlar aşağıdakılardır: Linux və Windows daxil olmaqla müxtəlif əməliyyat sistemlərinin iş prinsiplərinə bələd olmaq və onları bir-biri ilə əlaqələndirmək; MS Office ofis proqram paketindəki bütün proqramları bilmək; İşlədiyi şirkətdə istifadə edilən mühasibat, qrafik və digər proqramlar haqqında təsəvvürə malik olmaq (belə ki, istifadə olunan proqramlar bütün şəbəkənin işinə birbaşa təsir göstərir); kompüterin komponentl�

ШАГ логотип

Proqramlaşdırma

Java-nı nə üçün indi öyrənmək lazımdır?

Java-nı nə üçün indi öyrənmək lazımdır?

Artıq bilirik ki, Java – Sun Microsistems şirkətinin tərəfindən işlənib hazırlanmış obyektyönümlü proqramlaşdırma dilidir. Zamanımızda 3 milyard mobil telefon və 125 milyon televizor Java-dan istifadə edir. Bu proqramlaşdırma dili ən yaxşı proqramlaşdırma dilləri sırasında hər zaman öndədir. Bundan əlavə, Java-nın «Write once, run anywhere» (bir dəfə yaz, hər yerdə işə sal) prinsipi ilə yaşayan çoxlu pərəstişi var. Java çox populyar proqramlaşdırma dilidir. 1995-ci ildə işıq üzü görməsindən bu günədək onun 9 əsas versiyası buraxılmışdır. Java texniki fenomen olması əsasən onun hərtərəfli olması ilə bağlıdır: Java əlavələri istənilən əməliyyat sistemində və istənilən qurğuda işə düşə bilir. Qurğunun quruluşundan asılılığın olmamas və proqramların sadə, lakin etibarlı icra edilməsi onun əsas xüsusiyyətlərindəndir. B&uu

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat