STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Dedlaynlardan qorxmamaq və işi vaxtını düzgün planlamaq üçün nə etməli: misallar və tövsiyələr

IT Step

04.05.2023

32 blog_count_views_2_4

Dedlayn Amerika lüğətindən götürülmüş bir sözdür. Əvvəllər o, cinayətkarların saxlanma məkanının çərçivəsini bildirirdi. Çərçivədən kənara çıxan cinayətkar qaydanı pozmuş və qaçmış hesab olunurdu. Onun qaçmasının qarşısı alındıqdan sonra ona cəza tətbiq olunurdu.

Hazırda dedlayn iki mənada işlənir. Birincisi hazır layihənin müştəriyə təhvil verildiyi tarix, ikincisi isə əməkdaşın öz müştərisini, rəhbərini və ya həmkarlarını pis vəziyyətdə qoymasına səbəb olan hadisədir.

Dedlaynların öhdəsindən necə gəlməli və mütəxəssis üçün o, nə deməkdir? Məqaləmizdə məsləhətləri paylaşırıq.

Layihənin heç də hər zaman plana uyğun getmədiyini unutmaq olmaz

Tutaq ki, hər hansı bir şirkətin layihə meneceri müştəri ilə mobil proqram tətbiqinin tərtib edilməsi ilə bağlı layihəni razılaşdırır.

Görüşdən əvvəl menecer bir plan qurur: hər şeyi mümkün qədər yaxşı icra edəcəyik, tərtibatçılar bir neçə yeniləməni əvvəlcədən hazırlayacaqlar, antivirus proqramının son versiyasını quraşdıracaqlar.

Həmin məmnun menecer təklifi müştəriyə təqdim edir. Müştəri hər şeyi bəyənir.

İşin icrasına gəldikdə, heç nə plan üzrə getmir:

1. Kibertəhlükəsizlik şöbəsinin müdiri məzuniyyətə çıxıb. Mobil tətbiqlərin təhlükəsizlik sisteminin layihəndirilməsini yalnız o bilir.

2. Əvvəlcədən bir neçə yeniləmə hazırlamaq yaxşı fikir deyil. Hələ layihənin testi olmayıb, biz isə onu yeniləməyə hazırlaşırıq (bu yanaşma doğru deyil). Bu əlavə vaxt sərfidir.

3. Bəzi əməkdaşlar bekar oturur, çünki hələ tapşırıq almayıblar.

Layihənin təqdimatına bir neçə ay qalmağına baxmayaraq o hələ hazır deyil. Müddət və qiymət haqqında razılığa artıq gəlmişik, müştərini pis vəziyyətdə qoymaq da yaxşı deyil: imkanlı bir müştərini və nüfuzu itirmək təhlükəsi var. Bəs nə etmək olar?

Mobil proqram tətbiqinin tərtib edilməsi məsələsi şərtidir. Ancaq o, rəqəmsal dünyada dedlaynlarla bağlı həqiqi vəziyyəti əks etdirir: menecer layihəni qəbul edir, lakin müddəti hesablamır, bütün işləri birdən görmək istəyir və əməkdaşlardan biri layihənin ona həvalə edilmiş hissəsinin təqdim edilməsini son günə saxlayır. Nəticədə, gecikmələr baş verir, şirkət işi vaxtlı-vaxtında təhvil verə bilmir, müştəri isə qəzəblənir.

Təəssüf ki, gündəlik həyatımız heç də hər zaman qurduğumuz plan üzrə getmir. Beynimizdə və kağız üzərində qurduğumuz planlar mükəmməl olur. Lakin bəzən qiyməti və vaxtı səhv hesablaya, prioritetləri yanlış təyin edirik.

İT sahəsi çox zaman kodla deyil, insanlarla işləyir. Onların da öz ehtiyacları, süründürməçilik istəkləri və dedlaynları sürüşdürmək üçün səbəbləri olur.

Dedlaynı qəbul və müzakirə etməli

Gəlin menecer misalına qayıdaq. Planlama uğursuz olub və biz vəziyyətdən çıxış yolu tapmalıyıq. Müştəri nəticəni və pulun boşa getmədiyinin təsdiqini gözləyir. Mümkün həll yollarından biri müştərini problemlə tanış etməkdir.

Heç nəyi dəyişə bilmirsinizsə, müştəriyə vəziyyəti danışmaq lazımdır:

Narahat etdiyim üçün üzr istəyirəm, Nikolay Semyonoviç, Tərtibat şöbəsində fövqəladə hal baş verib: bəzi proqramçılar xəstələnib, buna görə layihəni vaxtında təhvil verməyə imkanımız yoxdur. Son tarixin uzadılması ilə bağlı görüşə və bunu müzakirə edə bilərikmi?

Nikolay Semenoviç qəzəblənəcəkmi? - Əlbəttə. Bu insan əməkdaşlığa nə qədər pul və vaxt sərf edib. Onun üçün bu layihə vacibdir. O, dedlaynı uzadacaq. Proqram tətbiqi yaranacaq. Bir qədər gec olsa da, düzələcək.

Nikolay Semyonoviçin meneceri məsuliyyətsiz hesab edib bir daha heç vaxt bu İT şirkətinə müraciət etməyəcəyi də, zəif risk idarəçiliyinə görə layihə menecerinin işdən çıxarılacağı da mümkündür.

Visotsky Inc şirkətinin təsisçisi Aleksandr Vysotsky redaksiyamıza verdiyi müsahibədə aşağıdakıları tövsiyə edib:

İdarəetmə vasitələrinin avtomatlaşdırılması üçün bu il komandamız bir İT platforması yaradıb. Biz çoxdan belə bir məhsul arzusunda idik.

Müştərilərin platformadan ofisdən kənarda istifadə etməsi üçün biz mobil tətbiqetmə yaratmaq qərarına gəldik. Bu zaman problemlər meydana gəldi: testlər bir çox yanlışlığın mövcudluğunu göstərdi. Tətbiq təkmilləşdirilir və bununla da biz təqdimatın vaxtını pozmuş oluruq.

Bizim üçün əsas olan müştərilərlə açıq ünsiyyətdir. Biz açıq etiraf etdik ki, son tarixin pozulması problemi bizdən qaynaqlanır. Müştərilər gecikməni anlayışla qarşıladı. Biz isə işimizi davam etdiririk.

Əsas odur ki, tərəflər yaranmış vəziyyətə aydınlıq gətirib: problem var və onu həll etməyə çalışırlar. Qeyri-müəyyənlik yarandıqda və gecikmənin səbəbi açıqlanmadıqda nəticə gözlənilməz olur. Müqavilənin şərtlərinin pozulduğuna görə müştərilər hətta məhkəməyə müraciət belə edə bilər.

Layihənin işlək hissəsini təqdim etmək olar

Rəqəmsal tərtibatda planlamadan tutmuş məhsulun test edilməsinədək çoxlu sayda mərhələ var. Bəzi mərhələlər təqdimat vaxtını sürüşdürə bilər: məhsulun görkəminin yaxşılaşdırılması, məhsula edilən kosmetik düzəlişlər, yeniləmələr, kodun sadələşdirilməsi və s. yüngül işlərin görülməsi üçün.

Hər şeyi son tarixədək düzəltmək mümkün deyilsə və nəticəni artıq göstərmək lazımdırsa, layihənin işlək hissəsini göstərin. Mobil tətbiqi misalında: ən kiçik detallarına qədər düşünülmüş son UX dizaynından müvəqqəti imtina etmək olar. Bu, müştərinin düymələri sıxması və tətbiqin işlədiyini hiss etməsi üçün kifayətdir.

Vacib dedlayn qaydası:

Hər zaman üstünlüyü "mükəmməl layihə"-yə deyil, "vaxtında təhvil verilmiş layihə"-yə verin.

Proqramçılar da inşaatçılar kimidir: məhsulu buraxdıqdan sonra ona düzəliş verir, müəyyən yerlərini yenidən düzəldirlər. Kosmetik işi sonraya saxlayıb layihənin işlək hissəsini göstərmək normaldır.

Müştərinin gözündə daha məsuliyyətli görünmək üçün ona plan dəyişikliyinin səbəbini açıqlamaq olar.

Nikolay Semyonoviç, iclasda tətbiqin əvvəl qərarlaşdığımız son tarixdə hazır olmasının mümkün olmadığı aşkar oldu. Sizə işin hansı mərhələdə olmasını göstərmək üçün biz təkrar test mərhələsini bir qədər ertələdik. Qalanını obyektin bizim tərəfimizdən və fokus qrupları tərəfindən sınaqdan keçirilməsindən sonra quraşdıracağıq.

Müştəri nəticələrin olmasından məmnundur. Menecer isə öz nüfuzunu qorudu və müştərisini əlində saxladı, həmkarlarını dedlayn stresindən qurtardı.

Komandadakı əməkdaş işini dedlayna uyğun apara bilmirsə, ona kömək edin

Mərhələlərin birində menecer hər hansı bir şöbənin əməkdaşının öz işinin öhdəsindən vaxtlı-vaxtında gələ bilmədiyini görür. Onun iki həmkarı məzuniyyətə çıxıb, şöbə müdiri isə xəstələnib. Maketlər ona vaxtında verilmədiyi üçün onun kodu yazıb bitirməyə vaxtı çatmır. Bəlkə də bu, bəzi əməkdaşların bekar oturması səbəbindən baş verir.

û Yandan keçmək və görməzdən gəlmək olarmı? Axı bu, müəyyən bir şöbənin işidir. “Birtəhər çatdırarlar, çatdırmasalar cərimələyərik” deyib keçmək doğrudurmu?

ü Bəlkə köməklik edək? Əməkdaşın işini görməyin, ona yalnız məsləhət verin və ya avtomatlaşdırma vasitəsini göstərin. Direktordan işçilərin bir hissəsinin həmin şöbəyə yönəltməsini də xahiş etmək olar, çünki bekar oturub üç saat qəhvə içirlər.

Vasili, gəlin kömək edim. Əlavə həmkarlarımızı işə cəlb edə bilərik. Onlara standart işlər verin, özünüz isə daha çətin işə başlayın.

Əsas odur ki, iş dayanmasın. Kodu yazmaq Vasilinin vəzifəsidir. Ancaq mobil tətbiqi vaxtlı-vaxtında təhvil vermək lazımdır və bu ümumi bir işdir.

Bu köməklik xəyal dünyasından məsləhət kimi görünə bilər. Çox vaxt işçilər və ya layihə menecerləri tapşırıqları ötürür və nəticəni gözləyir. "Mənim işçilərim müstəqil insanlardır. Hamı öz vəzifəsini bilir. Əgər bacarmırlarsa, gəlib kömək istəyərlər" deməklə kifayətlənməyin. Axı heç vaxt belə olmur. Burada qorxu və utancaqlıq əsas rol oynayır. Bundan əlavə, hər kəs müstəqiləm desə də, bu, heç də belə deyil.

Visotsky Inc şirkətinin təsisçisi Aleksandr Vysotsky bunları tövsiyə edir:

Əməkdaşları nəzarətdə saxlamaq üçün yaxşı rəhbərin müəyyən vasitələri var. Məsələn, komanda üzvlərinə gündəlik zənglər. Zənglər zamanı yalnız tapşırıqların vəziyyəti barədə soruşmaq deyil, həm də işçinin daxili vəziyyəti ilə maraqlanmaq vacibdir.

Bəzən əməkdaşı öz gündəlik vəzifələrindən azad etmək və onu yalnız layihəyə yönəltmək zəruri olur. İşçiyə işinin vacibliyini hiss etməsi üçün dəstək vermək və onu motivasiya etmək lazımdır: bu yalnız pul deyil, həm də münasibətlə həyata keçirilir.

Tez yetişib, işə müdaxilə etmək lazım deyil. İşçinin layihəsi hansı mərhələdədir, nəyi təqdim etmək olar və o hansı problemlərlə üzləşib? Məhz bunları soruşmaq lazımdır. Üzləşdiyi problemi necə həll edəcəyinizi söyləmək yaxşı olar.

Dedlaynla işləmək adi bir təcrübədir. Ondan qorxmaq lazım deyil, onu əvvəlcədən hərtərəfli düşünmək lazımdır  `

Menecerlə müştəri görüşünə baxaq.

û Menecer şirkətin layihəni 3 aya təhvil verə biləcəyini bilir. O, müştəriyə məhz bunu söyləyir. Lakin o, mümkün problemlər, gözlənilməz hallar və tətbiqin yeni bir proqramlaşdırma dilində qurulduğunu və proqramçıların onu hərtərəfli öyrənməyə kifayət qədər vaxtlarının olmadığını söyləmir. Bu, yanlışdır.

ü Başqa halda menecer layihə üçün 3 ay lazım olduğunu unutmur. Ancaq başa düşür ki, çox vaxt heç də hər şey plana uyğun getmir. Müştərini əsəbiləşdirmək olmaz: bu, böyük məsuliyyət və puldur. 3 ay əvəzinə menecer nəvazişlə layihə üçün 5 ay tələb edir. Müştəri razılaşır. Bu, doğru yanaşmasıdır.

İkinci misalda menecer mümkün problemləri həll etmək üçün bir platforma hazırlayıb. Vaxt qalarsa, kosmetik düzəlişlər də etmək olar. Və ya layihəni vaxtından əvvəl təhvil vermək olar. Müştəri buna çox məmnun olar. Şirkətiniz haqqında yaxşı rəy paylaşar.

Çox vaxt bu qərarlar son tarixlərin razılaşdırılması zamanı verilmir. Bunu bir, iki, hətta bir gün əvvəldən düşünmək lazımdır.

Software Engineering rəhbəri Danilo Tolmaçov bunları tövsiyə edir:

Yaxşı bir mühəndis üçün son tarixin haradan gəlməsi vacib deyil: onu şirkətin rəhbəri və ya müştəri təyin edib. Həmişə əlavə vaxt almaq və tapşırığı dərindən və hərtərəfli qiymətləndirmək lazımdır.

Dedlaynların razılaşdırılmasını ertələsəniz, heç kəsə zərər verməz və ya heç kəsi əsəbiləşdirməzsiniz. Çox zaman bu, bir peşəkarlıq göstəricisidir: mütəxəssis işi görməyə tələsmir və problemin həllinə hərtərəfli və analitik yanaşır.

Bundan əlavə, fasilə nəyi vaxtında təhvil vermək və nəyi ertələmək lazım olduğunu müəyyən etməyə kömək edir. Prioritetləri təyin edə və rəhbərliyə, həmkarlara xəbər vermək olar. Bu da insanı peşəkar kimi göstərir.

İşdə və təhsildə dedlaynların öhdəsindən hər zaman gəlmək olar. Problemi qəbul etmək və müzakirə etmək lazımdır. Və ya bacarıq və təcrübəniz manevr etməyə imkan verərsə, dedlaynlara əlavə vaxt da daxil edin. Məsələn, insanlar saytı bir həftəyə, bacarıqlı mütəxəssis isə 5 günə yığır. Dedlaynı bir həftəyə təyin edib, layihəni vaxtından əvvəl təhvil verə bilərsiniz.

İT sahəsində yaxşı bir peşəyə sahib olmaq, eləcə də iş vaxtını düzgün planlamaq və dedlaynları idarə etmək istəyirsinizsə, IT STEP kurslarına yazılın.

Linkdə siz kursların siyahısı və proqramları ilə tanış ola bilərsiniz.



author_about_title:

IT Step

STEP IT Academy

Birlikdə bərabərliyə doğru: STEP IT Academy və Femmes Digitales qızlarıın İT sahəsinə cəlb edilməsi üçün birləşir

İT sahəsində gender asimmetriyası çoxdan nəzərə çarpır: belə ki, kişilərin sayı qadınlardan daha çoxdur. Səbəblərdən biri cəmiyyətdə və ailədə stereotiplərin olmasıdır: valideynlər çox vaxt qızları üçün ənənəvi olaraq “qadın” sənəti sayılan istiqamətləri seçirlər. Beləliklə, qızlar erkən uşaqlıq vaxtlarından nadir hallarda İT və texnologiya dünyası ilə tanış olmaq imkanı əldə edirlər. Uşaq yaşı maraqların, ambisiyaların və bacarıqların formalaşmasında çox vacib rol oynayır. Qızlara bu yaşda İT sahəsində təhsil almaq imkanı verilməsə, onlar bu sahəyə maraqlarını heç vaxt aşkarlaya bilməzlər. Bu problem təkcə imkanların bərabər olmasıyla deyil, həm də iqtisadiyyatımızın, bütövlükdə isə cəmiyyətimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Əhalinin yarısını belə

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Sualtı kabellərin həyatı

1. Niyə telekommunikasiya şirkətləri kabellər yerinə peyklərdən istifadə etmirlər? 2. Yaxşı, bəs mənim smartfonum? Axı o simsiz məlumat mübadiləsi istifadə edir. 3. Neçə sualtı kabel var? 4. Onlar necə işləyir? 5. Onlar qalındırmı? 6. Kabellər həqiqətən düz okeanın dibində dayanır? 7. Köpəkbalığı (akula) onları yeyirmi? 8. Bütün kabellərin ümumi uzunluğu nə qədərdir? 9. Kabellər kimə məxsusdur? 10. Bu kabelləri kim istifadə edir? 11. Onlar hansı həcmdə olan informasiyanı ötürə bilərlər? 12. Facebook və Google öz peyklərini və dronlarını sınaqdan keçirir və buraxır. Kabellərin hələ də gələcəyi varmı?

1956-ci il sentyabrın 25-də ilk transatlantik telefon kabeli istismara verilmişdir. Sizin qarşınızda niyə internet indiyədək göydə deyil su altında yaşayır mövzusunda kiçik FAQ (Tez-tez soruşulan sual) var. Niyə telekommunikasiya şirkətləri kabellər yerinə peyklərdən istifadə etmirlər? Peyklər bir çox məqsədlər üçün çox münasibdir: onları fiber optik kabellərin hələ mövcud olmadığı məkan üçün istifadə etmək olar, üstəlik onlar məlumatları bir nöqtədən bir neçə nöqtəyə ötürə bilərlər. Ancaq məlumatların mərhələli şəkildə ötürülməsində fiber optikdən yaxşısı yoxdur.Bu cür kabellər az Bu məsrəflərlə daha böyük həcmli məlumatları ötürə bilər. Peyk vasitəsilə keçən beynəlxalq trafikin həcmini dəqiq öyrənmək çətindir, lakin bu həcmin oldu

ШАГ логотип

Şəbəkələr Və Kibertəhlükəsizlik

Sıfırdan şəbəkə mühəndisi olmaq üçün nə etməli?

0.1. Müstəqil şəkildə öyrənmək olarmı? 0.2. Karyeranı uğurla başlanması üçün nə lazımdır? 0.3. Yaş məhdudiyyəti varmı?

Şirkətdə "şəbəkə mühəndisi" vəzifəsində işləyən şəxs nə etməlidir? Çoxları ona bütün elektron cihazların nəzarətçisi və mütəmadi olaraq printerin kartricini yeniləyən şəxs kimi baxırlar. İndi isə biz şəbəkə mühəndisliyinin sıfırdan öyrənilməsi haqqında söhbət açacağıq. Şəbəkə mühəndisi əslində tamamilə fərqli bilik və bacarıqlara malik olmalıdır. Onlar aşağıdakılardır: Linux və Windows daxil olmaqla müxtəlif əməliyyat sistemlərinin iş prinsiplərinə bələd olmaq və onları bir-biri ilə əlaqələndirmək; MS Office ofis proqram paketindəki bütün proqramları bilmək; İşlədiyi şirkətdə istifadə edilən mühasibat, qrafik və digər proqramlar haqqında təsəvvürə malik olmaq (belə ki, istifadə olunan proqramlar bütün şəbəkənin işinə birbaşa təsir göstərir); kompüterin komponentl�

ШАГ логотип

Proqramlaşdırma

Java-nı nə üçün indi öyrənmək lazımdır?

Java-nı nə üçün indi öyrənmək lazımdır?

Artıq bilirik ki, Java – Sun Microsistems şirkətinin tərəfindən işlənib hazırlanmış obyektyönümlü proqramlaşdırma dilidir. Zamanımızda 3 milyard mobil telefon və 125 milyon televizor Java-dan istifadə edir. Bu proqramlaşdırma dili ən yaxşı proqramlaşdırma dilləri sırasında hər zaman öndədir. Bundan əlavə, Java-nın «Write once, run anywhere» (bir dəfə yaz, hər yerdə işə sal) prinsipi ilə yaşayan çoxlu pərəstişi var. Java çox populyar proqramlaşdırma dilidir. 1995-ci ildə işıq üzü görməsindən bu günədək onun 9 əsas versiyası buraxılmışdır. Java texniki fenomen olması əsasən onun hərtərəfli olması ilə bağlıdır: Java əlavələri istənilən əməliyyat sistemində və istənilən qurğuda işə düşə bilir. Qurğunun quruluşundan asılılığın olmamas və proqramların sadə, lakin etibarlı icra edilməsi onun əsas xüsusiyyətlərindəndir. B&uu

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat