STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

DevOps kimdir: peşənin təhlili

IT Step

Soft Skills

Proqramlaşdırma

05.05.2023

198 blog_count_views_5_9_11_14

Bu məqalədə biz DevOps engineer-in işinin mahiyyətindən bəhs etməyə çalışmışıq. Material proqramlaşdırmağa yeni başlayanlar və bu peşə ilə maraqlananlar üçün yazılmışdır.

İnternetdə bu barədə ən müxtəlif fikirlər var. Mövzunu müxtəlif baxış bucaqlarından nəzərdən keçirək.

DevOps kimdir: fikirlər müxtəlifdir

Proqramçılar dünyasında DevOps-un nə və ya kim olduğuna dair 2 fikir var. Hər bir fikrin öz tərəfdarları və tənqidçiləri var.

DevOps bir fəlsəfədir. 10-15 il əvvəl tərtibatçılar proqramın işlək olmasına, administratorlar isə həmin proqramın server vasitəsilə istifadəçiyə çatmasına cavabdeh idilər.

Əvvəllər səhv düzəltmək üçün çox vaxt lazım olurdu. Sistem administratoru mesajı proqramçıya ötürürdü və ona problemi izah edirdi. Proqramçı isə yeniləmə buraxmaq və koda düzəliş vermək üçün vaxt itirirdi.

Hal-hazırda vəziyyət bir qədər fərqlidir. Şirkətlər hər gün 10-dan çox proqram üzərində işləyir. Yeniləmələr buraxmaq, səhvləri aşkarlamaq lazımdır. Smartfonunuza baxın və bu gün nə qədər tətbiqin yeniləndiyini görün. Onların sayı nə bir, nə də ikidir.

Hal-hazırda rəqabət aparmaq üçün digər şirkətlərdən daha sürətli və daha yaxşı işləmək lazımdır. Proqramçılar yalnız kod yazır, sistem administratorları isə yalnız proqramları serverə quraşdırıb onların işini izləyirsə, bunu necə etmək olar? Necə daha sürətli ünsiyyət qurmaq olar?

Bunun üçün İT şirkətləri DevOps prinsipini düşünüblər:

Build tərtibatçının (Dev), test və release isə sisadminin, optimizatorun (Ops) məsuliyyət dairəsindədir.

Bu, tərtibatçının və administratorun (məhsul optimizatoru) birgə iş qaydasıdır. Sisadminə hər hansı bir proqram yeniləməsi lazım olarsa, o, tərtibatçıya komanda çatında sorğu verir. Server üçün skripti isə sisadminin özü yaza bilər.

DevOps-dan Amazon, Microsoft, Etsy, Ebay kimi şirkətlər istifadə edir. İstehlakçının diqqətini cəlb etmək və rəqiblərini geridə qoymaq üçün onlar kodda bütün səhvləri düzəltməli və mümkün qədər çox yeniləmə buraxmalıdır.

Sadə dillə desək, DevOps bir şirkətdə tərtibatçı ilə administrator arasında yeni ünsiyyət qaydası və ya ünsiyyət üsuludur.

DevOps bir peşədir. Sistem administratorları dünyasında aysberqin təpəsi məhz belə adlanır. DevOps sisadminlərin və tərtibatçıların məhsul üzərində daha sürətli işləməsini təmin edir. Sadələşdirilmiş misallara baxaq:

DevOps həmkarlarına: "Microsoft Teams proqramında ünsiyyət qururuq. Tapşırıqları və icra prosesini orada qeydiyyatdan keçirin. Sualınız yaranarsa, mənə yazın". Tərtibatçı kodu və zəruri faylları sisadminə göndərir. Sisadmin kodu serverə köçürür. Quraşdırma mərhələsində administrator səhv aşkarlaya bilər. O, tərtibatçılara bununla bağlı heç nə yazmır, bir DevOps kimi problemi özü həll edir.

DevOps-da bütün alətlərdən istifadə edə bilmək zəruri deyil. Məsələn, bir şirkət Slack proqramı, digəri isə Microsoft Teams ilə işləyir.

DevOps tərtibatçılar qrupu ilə sisadminlər qrupu arasındakı əlaqədir. O, koddakı toqquşmaları (конфликт) təhlil edir, sistem administratorları üçün yeniləmələr təşkil edir, tapşırıqları şöbələr arasında bölür. Onun bunları necə etməsi onun istifadə etdiyi vasitələrdən asılıdır.

DevOps-a proqramlaşdırma lazımdırmı?

İki msala baxaq. Birincisində sisadmin proqramlaşdırmanı bilmir, ikincisində isə bilir.

Bir sisadmin kodu tərtibatçıdan alır. Onun vəzifəsi kodu hazır serverə köçürməkdir. Onun işi bununla bitir. Əlavə proqramlar və ya yeniləmələr almaq üçün o, tərtibatçıya müraciət edir. Tərtibatçının skript yazması, sisadminin isə sonradan onları serverə quraşdırması xeyli vaxt aparır.

Başqa bir sisadmin isə skript olmadan proqrama heç bir yeniləmə quraşdıra bilməyəcəyini görür. Tərtibatçıya məktub yazmaq əvəzinə o, skripti özü yazır: sisadmin proqramlaşdırmanın əsaslarını bilir, Python proqramlaşdlırma dilində işləməyi bacarır və işin öhdəsindən gəlir. Tərtibatçı proqramın təkmilləşdirilməsi üzərində işləyir, sisadmin isə ona mane olmur. Bu, daha sürətli olur.

Şirkətlərdə DevOps proqramlaşdırma bacarığı olmadan işləyə bilməz. Bu, onun gördüyü işlərin natamam və sadələşdirilmiş siyahısıdır: serverləri sıfırdan quraşdırmaq, proqramlar üçün əməliyyat sistemi hazırlamaq, daxili şəbəkələrə qoşmaq, monitorinq aparmaq və ehtiyat nüsxə çıxarmaq.

Bütün bunları proqramlaşdırma bacarığı olmadan etmək mümkün deyil. Proqramlaşdırmanın əsaslarını bilən DevOps isə tərtibatçının nə ilə və necə işlədiyini anlayır.

Junior DevOps-un alətləri.

Proqramlaşdırmanı bilməyən DevOps sadəcə sistem administratorudur. O, tərtibatçının yazdığı kodu oxuya bilmir və server üçün skript yazmağı bacarmır.

DevOps Python-dan necə yararlanır?

IT STEP Kompüter Akademiyasının «DevOps» təlim kursunda biz tələbələri DevOps üçün proqramlaşdırmanın əsasları ilə tanış edirik. Python proqramlaşdırma dilinin üstünlükləri, sistem administratorunun bilməli və bacarmalı olduğu şeylər və avtomatlaşdırma məsələlərinin 99%-nin bir proqramlaşdırma dili ilə necə idarə edilməli olduğundan bəhs edirik.

Gəlin DevOps mühəndisinin Python-dan istifadə etdiyi hallara baxaq.

"Boş resursların" təhlili vasitəsi. Mobil proqram tətbiqləri tərtib edən şirkətlər, mobil operatorlar buludlu anbarlardan istifadə edirlər. Buludlu anbarı dəstəkləmək üçün şirkət ildə milyonlarla dollar xərcləyir. Python-da buludda istifadə olunmamış yerləri tapan və onları söndürən bir bot yazmaq mümkündür. Orta hesabla, bir bot vasitəsilə işləməyən mənbələrin 40-50%-ni söndümək və həmin məbləğdə vəsaitə qənaət etmək olar.

Proqramda səhv axtaran skript. Server iri həcmli məlumat deməkdir. Bu qədər məlumatı əl ilə işləmək mümkün deyil. Bir skript yazmaqla səhvlərin monitorinq proqramını və tapşırıq sistemini birləşdirmək olar (Slack və ya Trello kimi). Proqram işə düşür, kodda bir səhv tapır, onu işləyir və avtomatik olaraq tapşırıq yaradır. Sisadmin səhv deyil, hazır tapşırıq görür: serverdəki problemi düzəltmək üçün nə etmək lazım olduğunu bilir.

Ansible və Kubernetes üçün Python lint testləri. Proqramı insanların görməsi üçün onu sınaqdan keçirmək və serverə quraşdırmaq tələb olunur. Kodu ya əllə və gözlə (proqrama daxil edərək, səhvləri aşkar edərək), ya da proqramla sınamaq olar. İkinci variantda Python-da avtomatik test proqramı yazılır. Bu, sisadminlərin gündə 10 Proqram və 100 yeniləmə buraxdığı zaman faydalıdır. Hər şeyi əl ilə yoxlamaq mümkün deyil.

Daha sadə vəziyyətlərə də rast gəlinir. Məsələn, onlayn bankçılıq üçün xüsusi bir skript yazırlar. Serveri yükləməmək üçün onlayn tətbiq hissələrə ayırır və yüzlərlə serverə quraşdırılır. Servisdə xəta yaranarsa, sisadminlər onu müəyyən bir serverdə tapacaqlar. Qeyd etdiyimiz kimi, həmin serverdə kodun yalnız bir hissəsi olur. Bu, bir serverin bazasındakı 10 000 kod sətrinin içərisində bir kod sətrini axtarmaqdan daha sürətlidir.

DevOps-un proqramlaşdırma ilə bağlı işləri çox olur. Bu, müxtəlif DevOps-ların maaşı arasındakı fərqin yaranmasının əsas səbəbidir. Sisadminlər isə proqramlaşdırma ilə məşğul olmur, onlar daha az iş görürlər.

İstinad tezisləri

DevOps-un iki vəzifəsi var: tərtibatçı və sistem administratoru arasında ünsiyyət sazlamaq və şöbələr arasında fasiləsiz iş qurmaq. Məsələn: məhsul-server-yeniləmə-server-yeniləmə…

Tərtibatçıya mane olmamaq üçün DevOps proqramlaşdırmanı bilməlidir. Bu halda o, məhsulu özü sınayır, server üçün proqram yazır.

Sistem administratorunun işinin 99 faizini Python-la görmək olar.



author_about_title:

IT Step

STEP IT Academy

Rəqəmsal Dizayn

Dizayn düşüncəsi nədir və müasir dizaynda necə istifadə olunur?

Dizayn düşüncəsi müasir dizayn sənayesində istifadə olunan məşhur bir termindir. Son vaxtlar getdikcə daha çox populyarlıq qazanır. Gəlin dizayn təfəkkürü nədir, onun müasir dizaynda necə istifadə edildiyi, biznesə və yeni başlayan peşəkarların karyerasına hansı faydalar gətirdiyindən danışaq. Dizayn düşüncəsi nədir? Dizayn düşüncəsi müasir dizaynda innovativ həllər yaratmaq, səmərəliliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunan bir üsuldur. O, həmçinin biznesdə yeni məhsul və xidmətlər yaratmaq, prosesləri təkmilləşdirmək və komandaları idarə etmək üçün istifadə olunur. Sadə dillə desək, dizayn düşüncəsi insanların ətrafımızdakı dünya ilə necə düşündüyü və qarşılıqlı əlaqəsi əsasında dizayn yaratmağa yanaşma

ШАГ логотип

Rəqəmsal Dizayn

UI dizayna giriş: Effektiv və cəlbedici interfeyslərin yaradılması

İstifadəçi interfeysi (UI) dizaynı effektiv və cəlbedici veb-saytların yaradılmasında mühüm rol oynayır. UI dizaynı istifadəçilərin interfeyslə necə qarşılıqlı əlaqəsindən, hansı emosiyaları yaşadıqlarından və sayt və ya proqramdan istifadənin onlar üçün nə qədər asan olduğuna görə məsuliyyət daşıyır. UI dizaynerinin rolu yalnız funksional deyil, həm də istifadəçilər üçün xoş olan interfeys yaratmaqdır. Hər bir elementin yaxşı tərtib edildiyi, məlumatın asan şəkildə oxunduğu, düymələrin və keçidlərin asan tapıldığı, rənglərin və şriftlərin ahəngdar olduğu bir veb-sayt təsəvvür edin. Bu sayt çox güman ki, istifadəşilər üçün cəlbedici olacaq və onlar orada vaxt keçirməkdən zövq alacaqlar. UI dizaynının işi də məhz bu yerdə başlayır. Veb saytlar üçün cə

ШАГ логотип

Proqramlaşdırma

Proqramlaşdırma öyrənmək hansı soft skills-i inkişaf etdirir?

Soft skills və ya çevik bacarıqlar müasir sosial və biznes mühitimizdə çox mühüm rol oynayır. Bunlar başqaları ilə səmərəli qarşılıqlı əlaqə qurmağa, problemləri uğurla həll etməyə və məqsədlərimizə çatmağa kömək edən bacarıqlardır. Bunlara ünsiyyət, liderlik, yaradıcılıq, uyğunlaşma və s. kimi keyfiyyətlər daxildir. Proqramlaşdırmanı öyrənmək bizə yalnız texniki bacarıqlar qazandırmır, həm də müxtəlif soft skills-i inkişaf etdirməyə kömək edir. Proqramlaşdırma analitik düşüncə, problem həlli, komanda işi və əzmkarlıq tələb edir. Proqramlaşdırmanın öyrənilməsi prosesində hansı xüsusi soft skills-in inkişaf etdirildiyinə və onların şəxsi və peşəkar inkişaf üçün niyə bu qədər vacib olduğuna baxaq. Düşüncənin inkişafı Analitik düşüncə Proqramlaşdırmanı &o

ШАГ логотип

Rəqəmsal Dizayn

3D Yaradıcılıq Dünyasında: 3D Modelləşdirməyə yeni başlayanlar üçün bələdçi

3D modelləşdirmə müxtəlif sahələrin və sənayelərin ayrılmaz hissəsinə çevrilib. Bu, unikal vizual təsvirlər, animasiyalar, virtual dünyalar və daha da artığını yaratmağa imkan verir. Növbəti bölmələrdə biz ən yaxşı 3D modelləşdirmə proqramına, səmərəli iş üçün kompüter tələblərinə, iş imkanlarına və bu maraqlı sahəni kəşf etmək üçün ilkin addımlara daha yaxından nəzər salacağıq. 3D modelləşdirmə vizuallaşdırıla və müxtəlif sahələrdə istifadə edilə bilən üçölçülü obyektlərin və səhnələrin yaradılması prosesidir. O, memarlıqda, oyun sənayesində, animasiyada, reklamda, mediada, tibbdə və real və təfərrüatlı vizual təsvirlərin yaradılmasının vacib olduğu bir çox digər sahələrdə geniş istifadə olunur. Memarlıqda 3D modelləşdirmə memarlara binaların və məkanların virtua

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti